Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Lənbəran kəndində təbii qaz verilişinin açılışı olmuşdur.

05 fevral 2018 | 16:00
Bərdənin Lənbəran kəndində təbii qaz verilişinin açılışı olmuşdur.
03 fevral tarixində Bərdə rayonunun Lənbəran kəndinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Həmin tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili, Azərbaycan Respublikası Neft Fondunun prezidenti Rövnəq Abdullayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin  direktoru Əkbər Hacıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, yaxın vaxtlarda rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar.  Lənbəran kəndinin qazlaşdırılması üçün 71,6 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 66 ədəd siyirtmə və  929 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. Bu gün 929 ailəyə təbii qaz verilir.
         Tədbirdə Lənbəran kənd sakinləri Şölə Qasımova, Rasim Quliyev  çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Tədbirdə Millət vəkili, Azərbaycan Respublikası Neft Fondunun prezidenti Rövnəq Abdullayev,  Millət vəkili Zahid Oruc   çıxış edərək kənd sakinlərini və tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə  təbrik etmişlər.
          Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Neft Fondunun prezidenti Rövnəq Abdullayev, Millət vəkili  Zahid Oruc kənd sakini ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.
Sonda qaz çəkilişində iştirak etmiş fəhlələrə   qiymətli hədiyyələr təqdim edilmişdir.
Keçidlər