Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhadət” filmi şəhər 5 sayli tam orta məktəbində şagirdlərə təqdim olunmuşdur.

02 fevral 2018 | 16:00
Bərdə şəhər 5 sayli tam orta məktəbdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunmuşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən filmdə, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunur. "Şəhadət" filminin hazırlanmasından məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı çıxmaqdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  Yevlax Regional şöbəsinin baş məsləhətçisi Rahim İbrahimov çıxış edərək qeyd etmişdir ki, biz inanırıq ki, bu filmin   bizim gənclərimizin vətənpərvərlik hissinin daha da gücləndirilməsində mühüm  təsiri olacaqdır.  Şəhər 5 saylı tam orta məktəbin direktoru  Teymur Həmidov radikalizmin mahiyyəti, yaranma səbəbləri, fəsadları, təzahür formaları barədə gənclərimizi məlumatlandırmağa çalışırıq. Gənclərimizə bildirmək istəyirik ki, dini bilgi alan zaman ehtiyatlı olsunlar, hər adama inanmasınlar.
              Məktəblilər “Şəhadət” filmindən təsirləndiklərini bildirmişlər.
Keçidlər