Şriftin ölçüsü :

Saytın rəngi :

6 fevral 2018-cı il tarixdə Bərdə rayonunun 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

06 fevral 2018 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağıni açaraq bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
          2017-ci il rayonumuz üçün uğurlu olmuş, makroiqtisadi göstəricilərin sabitliyi təmin edilmişdir. 
İl ərzində 417,5 milyon manatlıq ümumi məhsul, o cümlədən 14,3 milyon manatlıq sənaye, 195,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 65,1 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 6,3 milyon manatlıq nəqliyyat xidməti, 1,2 milyon manatlıq informasiya və rabitə, 135,5 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2016-cı  ilə nisbətən  ümumi məhsul istehsalı 26,6 faiz, sənaye məhsulu istehsalı 5,4 faiz, kənd təsərrüfatı məhsulu üzrə 24,8 faiz, tikinti-quraşdırma işləri 68,0 nəqliyyat xidməti 2,6 faiz, informasiya xidməti 7,8 faiz, ticarət xidmətləri 18,9 faiz artmışdır.
İl ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna tam, xərcləri proqnozuna 95,0 faiz əməl edilmişdir.
Rayonun özünümaliyyəyə keçməsi və  büdcənin yerli gəlirləri üzrə proqnozuna bütün göstəricilər üzrə tam əməl işi bundan sonra da davam etdirilməlidir.
2017-ci ildə rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 16,3 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu keçən ilin axırındakından 14,0 faiz çoxdur.
Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun təmin edilməsi üçün tədbirlər görülmüş, il ərzində özəl sektor tərəfindən rayonun iqtisadiyyatına 11 milyon manatdan çox investisiya qoyulmuş,  çoxsaylı sahibkarlıq obyektləri, o cümlədən 3 iri heyvandarlıq kompleksi, 2 iri ticarət xidməti, 1 iri turizm obyekti, 1 iri digər xidmət obyekti tikilib istifadəyə verilmiş, 302 daimi iş yerləri yaradılmışdır.  
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 15718 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş 3168-sı daimi iş yerləridir.

Ötən il rayonda  480 şagird yerlik şəhər 5 saylı və 1150 şagird yerlik şəhər 6 saylı və 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbləri əsaslı təmir edilmiş və məktəbin 400 şagird yerlik əlavə yeni korpusu tikilib istifadəyə verilmiş, Qaratəpə kəndində 80 şagird yerlik modul tippli məktəb tikilmişdir. Hazırda Hacılı kəndində 80 şagird yerlik modul tippli məktəb, Güloğlular kənd tam orta məktəbi tikilir;
- 15 mindən çox əhalinin yaşadığı 17 kəndi birləşdirən 25 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolu yenidən qurulmuş, 
         - Hacılar kəndində süd toplama məntəqəsi tikilmişdir;                                                   Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla birinci qatı tikilmiş, Hüseynalılar-Qaradırnaq kəndlərarası yolun 2 km, Lək-Qazıqurdalı kəndlərarası yolun 2 km hissəsi, Mehdili kəndinin 11,8 km və Mustafağalı kəndinin 19,5 km daxili yolu qum-çınqılla əsaslı təmir edilmiş, Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzərindəki körpü təmir edilmişdir.
Rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı, H.Aslanov, M.Cəfərov və H.Cavid, Koroğlu, küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin, 6 saylı tam orta məktəbin həyətində, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, C.Cabbarlı, Atatürk, H.Cavid, Gəncə küçələrində və yeni yaşayış massivində 19853 kv. metr sahə qum-çınqıl verilərək hərəkətin rahatlığı təmin edilmişdir;  - daxili imkanlar hesabına şəhərin 22 küçəsi və Qaradağlı və Mirzalıbəyli kənd yollarının kənarında Yeni yaşayış məhəllələrinin küçələri qum-çınqıl və şebenlə təmir edilmiş, - Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 km su xətləri çəkilmiş, 9 ədəd su qülləsi quraşdırılmış, 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılmışdır, Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə sutəmizləyici qurğular quraşdırılmış, - Azərbaycan Kənd İnvestisiya Layihəsi  çərçivəsində Dəymədağıldı kəndində 9.4 km, Bəcirəvan kəndində 10,13 km kanalllar, Qaratəpə və Mustafaağalı kəndlərində 24 km açıq dren kanallar lildən təmizlənmiş, - rayonun 32  kəndinin elektrik şəbəkəsində yenidən qurma işləri aparılmış, - 172,3 km-dən çox qaz xətləri, o cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılmış, il ərzində 1315 ailəyə təbii qaz verilmişdir, rayonun Təhlə kəndində 160 nömrə tutumlu yeni Elektron ATS quraşdırılmış, 1010 abonentə yeni telefon rabitəsi verilmişdir, 8 ədəd çoxmərtəbəli yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, - küçə və meydasnlarda  21,2 min ədəd ağac, 16,5 min gül kolları əkilmişdir, Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulur, rayon Mədəniyyət Mərkəzi yenidən qurulur və əsaslı təmir edilir, “Bərdə” türbəsi və Torpaqqala tarixi abidəsi bərpa edilir, Hacılı kəndində 80 şagird yelik modul tipli məktəb tikilir, Yaxın vaxtda “Bərdə” türbəsinin və Torpaqqala tarixi abidəsinin bərpası, rayon Mədəniyyət Mərkəzinin yenidən qurulması və əsaslı təmiri, 80 şagird yerlik Hacılı kənd tam orta məktəbinin, tarla düşərgəsinin tikintisi, 4 kənddə sutəmizləyici qurğunun quraşdırılması işləri başa çatacaqdır. 
Şəhər 2 saylı tam orta məktəbin tikintisi və 2 kəndin qazlaşdırılması artıq 2018-ci ilin investisiyası proqramına daxil edilmişdir. 

İl ərzində 8 ədəd 5 mərtəbəli, 2 ədəd 2 mərtəbəli kommunal yaşayış binanın dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir edilmiş, 1 ədəd 9 mərtəbəli, 3 ədəd 5 mərtəbəli, 1 ədəd 4 mərtəbəli və 5 ədəd 2 mərtəbəli binada cari təmir işləri aparılmış, 1 ədəd 9 mərtəbəli, 9 ədəd 5 mərtəbəli yaşayış binalarının 7588 kv. metr zirzəmiləri təmiznərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 437s nömrəli Sərəncamı ilə Bərdə rayonunun inzibati ərazisində yerləşən Təhlə kəndində dövlət ehtiyat fondundan 2000,0 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar kateqoriyası dəyişdirilmiş, İl ərzində rayonda 195,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz çoxdur. 9 ədəd yeni subartezian quysu vurulmuş, 2017-ci ildə 53506,3 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 38,3 sentner məhsul götürülmüşdür.
223 hektar qarğıdalı sahəsindən 1672,5 ton məhsul toplanmış, hər hektardan orta hesabla 75,0 sentner qarğıdalı dəni götürülmüşdür.
Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi 2016-cı ilə nisbətən 4,7 faiz və ya 2519,7 ton artaraq 55178,8 tona çatmışdır.
İl ərzində 44396,5 ton buğda, 9067,8 ton arpa, 1672,5 ton qarğıdalı, 1991 ton kartof, 42887,5 ton tərəvəz, 28200,3 ton bostan məhsulları, 550,6 ton dən üçün günəbaxan, 22,4 min tondan çox pambıq, 33107 ton şəkər çuğunduru istehsal  olunmuşdur.
Hər hektardan orta hesabla 38,3 sentner taxıl, 39,7 sentner buğda, 32,7 sentner arpa, 75,0 sentner qarğıdalı, 118,5 sentner kartof, 168,2 sentner tərəvəz, 201 sentner bostan məhsulları, 20,7 sentner dən üçün günəbaxan, 26,3 sentner pambıq,  334,7 sentner şəkər çuğunduru yığılmışdır.
Bütün əkinçilik məhsulları üzrə məhsuldarl əldə edilmiş, ən yüksək məhsuldarlıq kələm istehsalında olmuşdur. Pomidor istehsalçıları yüksək gəlir əldə etmişlər. 
2016-cı ilə nisbətən məhsuldarlıq kartof üzrə 8,5 sentner, tərəvəz üzrə 54,3 sentner, bostan məhsulları üzrə 36 sentner artmışdır.
Həmçinin 550,6 ton dən üçün günəbaxan, 1277 ton şəkər çuğunduru istehsal edilmiş, 7261 ton meyvə və giləmeyvə toplanmışdır.
Payızlıq bitkilərinin əkini mütəşəkkil qaydada aparılmış, indiyədək 10614 hektar sahədə buğda, 2539 hektar sahədə dən və 1129 hektar sahədə xəsil arpası, 734 hektar sahədə baş soğan, 64 hektar sahədə sarımsaq, 1541 hektar sahədə təzə yonca əkilmişdir.
Cari ilin məhsulu üçün 9500 hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülmüş, artıq 7 min hektar pambıq əkiləcək sahələr şumlanmış, sahələrdə qış aratı aparılır.
Hesabat dövründə 310 baş ətlik-südlük və 41 baş südlük istiqamətli cins heyvan alınıb rayona gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Hacılar kəndində süd qəbulu məntəqəsi tikilmışdır.
İl ərzində 8179 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 4130 baş sağlam bala alınmışdır.
İlin sonunda təsərrüfatlarda 92 min 537 baş iribuynuzlu mal-qara, o cümlədən 42 min 45 baş inək və camış, 140 min 503 baş qoyun və keçi, 420 min 300 baş quş olub. İl ərzində iribuynuzlu mal-qaranın sayı 1,2 faiz, o cümlədən inək və camışların sayı 0,1 faiz, qoyun və keçilərin sayı 0,2 faiz, quşların baş sayı 0,5 faiz artıb.
İl ərzində diri çəkidə 20,4 min ton ət, 81,5 min ton süd, 31,7 milyon ədəd yumurta istehsal edilmişdir. 2016-cı ilə nisbətən  ət istehsalı 6,3 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 5,8 faiz artmışdır. 
Uzun illər fasilədən sonra rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülmüş, rayonun 13 kəndində 2016-cı ildə əkilmiş 60712 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, mövcud ting ağacları budanmış,  2017-ci ildə ərazilərdə 168950 ədəd ting əkilmiş, cari ilin yazında isə daha 81 min ting əkiləcəkdir.
2017-ci ildə kümçülərimiz 12,5 yüksək keyfiyyətli barama istehsal edilmişdir ki, bu da keçən ildəkindən 2,8 dəfə çoxdur. 
İl ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 850 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün rayonun Yeni Daşkənd və Qaraqoyunlu kəndlərində hər biri 3 otaqlı 2 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə 5965,3 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 4279,5 min manat, qeyri-büdcə təşkilatları üzrə 1685,8 min manat vəsait toplanaraq proqnoza ümumilikdə 87,8 faiz əməl edilmışdır.
İl ərzində keçən ilə nisbətən qeyri büdcə təşkilatları üzrə 264,9 min manat, fiziki şəxslər üzrə 141,2 min manat çox vəsait toplanmışdır. 
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən il ərzində 615 nəfərə pensiya işi təyin edilmiş, 9098 nəfərə sosial müavinət, təqaüd və kompensasiyalar, o cümlədən 1181 nəfərə Prezident təqaüdü, 1223 nəfərə birdəfəlik sosial müavinət verilmişdir.
İl ərzində 253 nəfərə evində sosial xidmət göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əlaqədar seçilmiş 30 aztəminatlı ailədən biznes planı təqdim etmiş 23 ailəyə öz biznesini qurmaq üçün proqram icra olunmuş, onlara mal-qara və avadanlıqlar alınıb verilmişdir. Özünəməşğulluqla məşğulluq proqramına cəlb olunanlardan 13 nəfəri südlük və 1 nəfəri ətlik istiqamətli heyvandarlıqla, 2 nəfəri qoyunçuluq, 1 nəfəri keçiçilik, 1 nəfəri kompyuter salonu xidməti, 2 nəfəri çörək istehsalı, 1 nəfəri at yəhərləri hazırlanması, və təmiri, 1 nəfəri avtoyuma və 1 nəfəri dərziliklə məşğul olurlar. 
İl  ərzində sığorta işləri davam etdirilmiş, 6 növ sığortalanama üzrə 150,0 min manatlıq sığorta olunmuş, proqnoza 100 faiz əməl edilmişdir.
İl ərzində rayonun 32  kəndinin elektrik şəbəkəsi yenidən qurulması üçün tədbirlər görülmüş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla əvəz edilmiş, Şəbəkədə 85 ədəd 10 kv-luq və 253 ədəd 0,4 kv-luq beton və metal dirəklər basdırılmış, 121,7 km SİP kabel çəkilmişdir. İl ərzində istehlak edilmiş elektrik enerjisinin dəyəri 92,1 faiz, keçən ilin müvafiq dövründəkindən 3,7 faiz çox ödənilmişdir.
İl ərzində podaratçı təşkilatlar tərəfindən 172,3 km-dən çox qaz xətləri, o cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək, 1 ədəd Qaztənzimləyici, 107 ədəd siyirtmə və 1090 ədəd sayğac quraşdırılaraq Otuzikilər, Bayramlı və Mollalı kəndləri qazlaşdırılmış, 1090 ailəyə təbii qaz verilmişdir.
Hazırda rayonun 110 yaşayış məntəqəsindən 106-sı və ya 96,4 faizi, abonentlərin 99 faizindən çoxu təbii qazlaq təmin edilmişdir.
Bildiyiniz kimi bu yaxınlarda Lənbəran kəndinə təbii qaz verilişinin açılışı olmuş, 4 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli) qazlaşdırılması üçün tədbirlər görülmüşdür.
Görülmüş tədbirlərin nəticəsidir ki, İstehlak edilmiş qazın dəyərinin 86,0 faizi, o cümlədən əhali qrupu üzrə 90,0 faizi, qeyri əhali qrupu üzrə 74,0 faizi ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncamı əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğular quraşdırılmış, iş başa çatmaq ərafəsindədir. 
Həmçinin rayonun Kərimbəyli, Mollaəhmədli və Qasımbəyli kəndlərində 12,8 km su xətləri çəkilmiş, 9 ədəd su qülləsi quraşdırılmış, küçələrdə 51 ədəd bulaq və 6 krant tikilərək 1750 nəfər əhalinin içməli su təchizatı yaxşılaşdırılmışdır.
Rayonun Təhlə kəndində 160 nömrə tutumlu yeni Elektron ATS quraşdırılmış, 185 ədəd yeni dəmir dirək basdırılmış, 3 km yeni rabitə kabeli çəkilmiş, 192 ədəd istifadəyə yararsız dirək, 23 km rabitə naqili yenisi ilə əvəz olunmuş, 1010 abonentə yeni telefon rabitəsi verilmişdir.          İl ərzində telefon abonentlərinin sayı 1010, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 1272 nəfər artmışdır. 
2018-ci ildə qovşaqda gəlir proqnozuna 117,0 faiz əməl edilmişdir.
Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi yüksəlmiş, il ərzində əhaliyə göstərilən poçt xidmətləri proqnozuna 114 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 480 şagird yerlik şəhər 5 və 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəblərin əsaslı təmiri başa çatdırılmış, 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş və 400 şagird yerlik yeni tədris korpusu tikilmiş, Qaratəpə kəndində 80 şagird yerlik modul tipli məktəb tikilmiş, hazırda Hacılı kəndində 80 şagird yelik modul tipli, Güloğlular kəndində 220 şagird yerlik məktəb tikilir.
Hesabat dövründə  1150 şagird yerlik olan şəhər 2 və 3 saylı, Yeni Daşkənd və Güloğlular kənd tam orta məktəblərinin tikintisinin 2018-ci ilin investisiya proqramına daxil edilməsi üçün tədbirlər görülmüşdür.
Təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin ibtidai sinif müəllimi Əliyeva Flora Firudin qızı və İnternat tipli gimnaziyanın ingilis dili müəllimi Əsgərova Şəhla Həsən qızı Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15 fevral 2017-ci il tarixdən 15 may 2017-ci il tarixədək 82 müəssisə və təşkilatların işçiləri və 110 kəndin sakinləri daxil olmaqla  126125 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 404 nəfər stasionar, 577 nəfər ambulator müalicəyə, 32 nəfər cərrahiyə əməliyatına cəlb edilmiş, 266 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir.
Bildiyiniz kimi cari ilin fevral ayının 20-dan may ayının 1-dək rayon sakinləri tibbi müyinədək keçiriləcəkdir.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində hesabat dövründə rayonda ciddi yoluxucu xəstəliklərin yayılmasına yol verilməmişdir.
Rayonun Mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirlməsi üçün tədbirlər davam etdirilmiş, “Bərdə” türbəsinin və Torpaqqala tarixi abidəninin bərpası  və əsaslı təmiri işləri davam etdirilmiş, rayon Mədəniyyət mərkəzinin yenidən qurulması və əsaslı təmiri işlərinə başlanmışdır və yaxın vaxtlarda hər 3 obyektdə işlər başa çatdırılacaqdır.
İl ərzində mədəniyyət müəssisələrində 3442, o cümlədən Mədəniyyət mərkəzində 70, mədəniyyət evlərində və klublarda 1480, kitabxanalarda 1560, uşaq musiqi və incəsənət məktəblərində 261, Heydər Əliyev mərkəzində 34, Tarix-diyarşünaslıq muzeyində 24, Rəsm qalereyasında 23 mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 162,5 mindən çox əhali iştirak etmişdir.
Hesabat dövründə gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 54, idmanla bağlı 34 tədbir keçirilmişdir. Bu tədbirlərdə 8,8 min nəfər iştirak etmişdir.
İl ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində turism gəzintisində olmuşdur.
İl ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika  Beynəlxalq yarışlarında 17 qızıl, 10 gümüş və 11 bürünc olmaqla 38 medal qazanmışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu il ərzində sakinlərlə 312 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 15166 nəfər iştirak etmişdir.
İl ərzində Heydər Əliyev Mərkəzində 34 tədbir keçirilmiş, mərkəzi 40 min nəfərdən çox insan ziyarət etmişdir.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir. İl ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların informasiya bazasının təhlili göstərir ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur. Hazırda  rayonda Yeni Azərbaycan Partiyasının 11 min nəfərdən çox üzvü vardır
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları əsasında il ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
İl ərzində rayonun sakinləri ordu quruculuğu üçün 62,3 min manatdan çox və ya keçən ildəkindən 12,7 min manatdan çox (25,7%) maddi yardım göstərmişlər.
2016-cı ilə nisbətən keçən il törədilmiş cinayət hadisələrinin saylı 15,8 faiz azalmışdır. 
İl ərzində RİHB aparatına daxil olan vətəndaş müraciətləri keçən ilin müvafiq dövrünə nisbətən 203 ədəd və ya 11 faiz, o cümlədən Azəırbaycan Respublikasının Prezidenti Administrasiyasından 9,3 faiz, Nazirlər Kabinetindən 39,3 faiz, bilavasitə vətəndaşlardan 18,4 faiz azalmışdır.
Daxil olan müraciətlərdən 45,2 faizi bilavasitə vətəndaşlardan, 35 faizi Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 16,8 faizi digər mərkəzi orqanlardan daxil olmuşdur. Göründüyü kimi daxil olan vətəndaş müraciətləri xeyli azalmışdır.
Məruzə ətrafında Bərdə rayon Maliyyə şöbəsinin müdiri Mehman Allahverdiyev,  rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Rayon Suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov, Lənbəran bələdiyyəsinin sədri Qaraş Hacıyev, Bərdə Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov çıxış etmişlər.

         Hesabat yığıncağında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişlər.
Yığıncaqda müzakirə edilən rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.
          Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər
 

Keçidlər