Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2018-ci il tarixdə Bərdə rayonunda Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

26 fevral 2018 | 16:00
Bərdə rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü  ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri,  YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri və fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
     Tədbir iştirakçıları tədbirdən əvvəl   rayon məktəblilərinin  “Xocalı uşaqların gözü ilə” adlı rəsm   və Xocalı faciəsinə həsr edilmiş kitab  sərgisi ilə tanış olmuşlar.
Tədbir Xocalı faciəsi ilə bağlı video-çarxın izlənməsi ilə başlanmışdır.
      Tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
      Tədbiri açan  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  Xocalı faciəsi ilə əlaqədar məruzə etmişdir. Bildirmişdir ki, Xocalı faciəsi bütünlükdə insanlığa qarşı törədilmiş cinayətdir. O müdhiş gecədə Xocalıdan Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni tikilmiş qəsəbələrdə mənzillərlə təmin olunmuşlar.  Hazırda Bərdə rayonunda 126 Xocalı ailəsi yaşayır.
       Tədbirdə   Xocalı rayon İcra Hakimiyyətinin Bərdə rayon üzrə səlahiyyətli nümayəndəsi Ramiz Qəhrəmanov, iki şəhid qardaşın baçısı Zümrüd Quliyeva, Azərbaycanın Milli Qəhrəmanı Tabil Qəhrəmanovun həyat yoldaşı Lətifə Həsənova, Azərbaycanın Milli Qəhramanı Şakir Salahovun qardaşı Akif Salahov həmin gecə baş vermiş faciənin canlı şahidləri olaraq gördüklərini tədbir iştirakçıları ilə bölüşmüşlər və bu gün  ölkə prezidenti cənab İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqət və qayğısına görə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər