Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir

25 fevral 2018 | 16:00
Fevralın 24 və 25 tarixlərində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə şəhərinin Heydər Əliyev prospektində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
Yarmarkada ərzaq məhsulları, gündəlik tələbat malları satışa çıxarılmışdır. Burada satılan məhsulların keyfiyyəti yüksək olmaqla qiymətləri bazar və digər ticarət şəbəkələrindəki qiymətlərdən 30-35 faiz  ucuz olmuşdur. Yarmarkada bazarlıq edənlər məmnunluq və razılıqlarını bildirmişlər.
Ərzaq məhsullarının satış yarmarkasının hər həftənin şənbə və bazar günlərində təşkil olunması nəzərdə tutulmuşdur.
Keçidlər