Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala bölgəsinə yola salınıblar.

26 mart 2018 | 16:00
Martın 26-da Bərdə rayon Olimpiya kompleksinin qarşısındakı meydanında qələbəlik idi. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən məktəbliləri Qəbələ-Şəki Zaqatala marşrutu üzrə yola salmaq üçün meydana toplaşmışdılar.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Müəllim və valideynlər məktəblilərə yaradılmış bu gözəl şəraitə görə ölkə Prezidenti cənab İlham Əiyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər