Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Daşkənd kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

13 aprel 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,   səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri   və kənd sakinləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Yeni Daşkənd kəndinin yolu abaddır, şəhərlə heç bir fərq yoxdur, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Əvvəlcə Yeni Daşkənd kənd sakini Mirzəyeva Gülbəniz  martın 25-sında Bərdə rayonuna tarixi səfər edən ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Daşkənd-Umudalılar yolunun açılışında iştirak etməsinin bütün kənd sakinlərində  çox böyük ruh yüksəkliyi yaratmasından, kəndin sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, saklinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün kənd sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını biıdirmişdir. 
Yeni Daşkənd kənd tam orta məktəbin müəllimi Vəliyev Azər   məktəb binasının təmirə ehtiyacının olması, Hacızadə Aqşin kənd Folklor  Evinin təmirə ehtiyacı olması, İsmayılov Səyyaf 18 hektar torpaq üçün, Canbaxışov Camal 72 ailənin torpaq sahəsinin suvarilması üçün subartezian quyusu vurulması, Ağdam rayonundan mıəcburi köçkün olaraq kənddə məskunlaşmış Allahverdiyeva Nigar mənzillə təmin olunması, Qasımov Pırvaz Yeni Daşkənd kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi  və digər məsələlərlə bağlı müraciət etmişlər. 
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə  minnətdarlıqlarını bildirmişlər.
Keçidlər