Şriftin ölçüsü :

Saytın rəngi :

Otuzikilər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

24 aprel 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri   və kənd sakinləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirmişdir. Martın 25-26-sında ölkə Prezidenti cənab İlham Əliyevin  Bərdə rayonuna tarixi səfəri zamanı burada görülən işlərdən razı qalması bütün bərdəlilərdə çox böyük ruh yüksəkliyi yaratmasından, rayonun sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, saklinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını biıdirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Otuzikilər kəndinin yolu abaddır, Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir olunaraq ötən il istifadəyə verilmişdir,   bu kənd ən gözəl, ən abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilib.   
Xanqaraqoyunlu kənd tam orta məktəbin müəllimi  Əliyeva Güllü   bu gözəl məktəbə görə ölkə Prezidenti cənab İlham Əliyevə kollektiv adından dərin minnətdarlığını bildirdi.  Kənd sakinləri Cəfərova Vəfa kənddə bağça açılması, Məmmədov Rəhim, Mikayılaova Cəvahir kəndin 2 arteziana ehtiyacı olması, Aprel döyüşlərinin iştirakçısı Muradov Vüsal əlil olaraq evlə təminatı,  Mustafayeva Fəridə, Muradova Almaz, Məmmədov Röyal, Məmmədova Elnarə ünvanlı sosial yardım alması,  Kəlbəcər rayonundan məcburi köçkün olaraq kənddə məskunlaşmış  İlyasov Sevindik mənzillə təmin olunması və digər məsələlərlə bağlı müraciət etmişlər. 
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə  minnətdarlıqlarını bildirmişlər.
Keçidlər