Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

25 aprel 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, hələ də  martın 25-26-sında ölkə Prezidenti cənab İlham Əliyevin  Bərdə rayonuna tarixi səfəri zamanı burada görülən işlərdən razı qalması bütün bərdəlilərdə çox böyük ruh yüksəkliyi yaratmasından, rayonun sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, saklinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını biıdirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Saatlı kəndinin yolu abaddır, kənd tamamilə qazlaşdırılıb, kənd məktəbinin bir korpusu 2005-ci ildə H.Əliyev Fondu hesabına tikilmişdir, bu kənd ən gözəl, ən abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilib.  
Saatlı kənd ağsaqqalı Həsənov Bəhmən, Qasımov Qurban bu  görüşə görə ölkə Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından dərin minnətdarlığını bildirdi.  Kənd sakinləri Fərəcov Məhsul “50 hektar” adlanan yerdə, Quliyev Vidadi “56 hektar” adlanan yerdə subartezian quyusu vurulması,  Əliyev Elşən kənddə bulaq  və yığıncaq üçün yer tikilməsi, Nərimanov Qərib küçələrində elektrik dirəklərinin dəyişdirilməsi, Meydanov Sahib qəssab üçün torpaq sahəsi ayrılması, Mehdiyev Yavər veteran statusunu ala bilməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər