Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 –ci ildönümü təntənə ilə qeyd olunmuşdur.

28 aprel 2018 | 16:00
Bərdə şəhərindəki Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
            Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəb-liseyin həyətindəki büstü önünə gül-çiçək düzmüş, görkəmli oftalmoloq alimin xatirəsinə ehtiramlarını bildirmişlər. Məktəblilər arasında “Şən startlar” oyununa baxış keçirilmişdir.
             Tədbirdə akademik Z.Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək dünya şöhrətli akademik Zərifə xanım Əliyevanınin zəngin həyat yolundan, alimlik, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmışdır. Bildirmişdir ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın və ana adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz simalardandır.
             Tədbirdə digər çıxış edənlər Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Rəna Mustafayeva,  akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb –liseyin direktoru Vidadi Süleymanov  görkəmli alimin keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafındakı xidmətlərindən bəhs etmişlər. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.
            Tədbirdə məktəblilərin iştirakı ilə “Şən startlar” oyunu, səhnəcik və musiqili kompozisiya nümayiş olunmuşdur.
Keçidlər