Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar möhtəşəm tədbir keçirilmişdir

10 may 2018 | 16:00
Bərdədə     xalqımızın ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş möhtəşəm tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü  ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,  ictimaiyyət nümayəndələri  Bərdə şəhərinin mərkəzi meydanında  ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
         Rayon Mədəniyyət Mərkəzinin qarşısında Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı  sərgi maraqla qarşılanmışdır.
Tədbirdə   rayon İcra Hakimiyyətinin başçısı   Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır.
        Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayonun incəsənət xadimləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Keçidlər