Şriftin ölçüsü :

Saytın rəngi :

Kolayır kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

11 may 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək  bu ilin martın 25-26-sında ölkə Prezidenti cənab İlham Əliyevin  Bərdə rayonuna tarixi səfəri zamanı burada görülən işlərdən razı qalmasının bütün bərdəlilərdə çox böyük ruh yüksəkliyi yaratmasından, rayonun sosial-iqtisadi inkişafının kənd əhalisinin rifah halının yaxşılaşmasına təsirindən, saklinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kolayır kəndinin yolu abadlaşdırılmışdır, kənd tamamilə qazlaşdırılmışdır.  Bu kənd  abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
Kolayır kənd  sakinləri  Qurbanov Şahin Süleyman oğlu kəndin elektrik şəbəkəsinin yenidən qurulması və elektrik xətlərinin kabelləşdirilməsi, Əhmədov Camal Calal oğluSüd qəbulu məntəqəsində işləyən oğlu tərəfindən əhalidən toplanıb “Bərdə Yağ Pendir” ASC-yə təhvil verilmiş südün haqının 2 ay ödənilmədiyi, Əhmədov Kamal Calal oğlu Nişanlı olan oğluna həyətyanı torpaq sahəsi verilməsi, Vəliyev Rəşad Malik oğlu kəsilmiş ünvanlı sosial yardımın bərpa edilməsi, Mənafov Məhərrəm Dursun oğlu Ailəsinin özünüməşğulluq proqramına cəlb edilməsi, Əhmədova Qarzu Əhməd qızı Ailəsinin icarəsinə torpaq sahəsi verilməsi, İbrahimov Azay Məhəmmədəli oğlu Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ərazidən keçən açıq dren-kanal üzərində nasos stansiyasının quraşdırılması, Abbasov Əhməd Sadiq oğlu İstifadə etdikləri subartezian quyusunun elektrik şəbəkəsinə qoşulması, Nəsibova Mahirə Lətif qızı orta təhsilli oğlunun işlə təmin edilməsi, Yusifova Hicran Oruc qızı maddi yardım göstərilməsi, Zamanov İlqar Mayıl oğlu İxtisasına uyğun işlə təmin edilməsi, Məmmədov Rəşid Əli oğlu pay torpağına gedən yolun açılması barədə məhkəmə qərarının icra olunmaması, Balakişiyeva İntizar Cuma qızı tək qəbul edilməsi üçün üçün tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər