Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdborakı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

17 may 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kürdborakı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kürdborakı kəndinin yolu abadlaşdırılmışdır, kənd tamamilə qazlaşdırılmışdır.  Bu kənd  abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
          Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
İkinci Nazırlı  kənd sakini Zeynalov Xosrov Yuris oğlu pambıq əkdiyi ərazidə suvarma üçün subartezian quyusu vurulması, Şatırlı kənd sakini Hüseynov İldırım Musa oğlu Kürdborakı kənd tam orta məktəbinin əsaslı təmiri, Birinci Qazaxlar kənd sakini Quliyev Raqub Ələsgər oğlu Şatırlı-Qazaxlar kəndlərarası yolun asfaltlaşdırılması, Kürdborakı kənd sakini Hüseynov Rza İslam oğlu Kürdborakı kəndində içməli su üçün yeni artezian quyusunun vurulması, İkinci Nazırlı  kənd sakini Cəfərova Sevda Tapdıq qızı
boşandığı həyat yoldaşınının aliment ödəməsinin təmin olunması, Hacılı kənd sakini Qurbanov Dəyanət Hüseyn oğlu Kürdborakı kənd tam orta məktəbinin yaxınlığından keçən yeni tikilmiş avtomobil yolunda sürətin tənzimlənməsi üzrə yol işarələrinə baxmayaraq yolda sürətin çox olması, Şatırlı    kənd sakini Əsədova Milya Şamxal qızı
Kürdborakı kəndinin sakinləri üçün içməli su üçün bir ədəd artezian quyusunun vurulması, İkinci Nazırlı kənd sakini Cəfərova Vəfa Vəli qızı vaxtilə şəxsi vəsait hesabına aldıqları transformatorun şəbəkəyə qoşulması, Hacılı kənd sakini Kərimov Vəliyəddin Yunis oğlu yeni vurulacaq subartezian quyusunun qazılmasının sürətləndirilməsi, Şatırlı kənd sakini Səmədov  Halay Abbas oğlu çayxanasından  televizorunun oğurlanması, İkinci Nazırlı kənd sakini Rüstəmov Elbrus İsrafil oğlu İkinci Nazırlı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, kəndin yeni məhəlləsinə elektrik şəbəkəsi çəkilməsi, Şatırlı kənd sakini Yusibov Tahir Bəhmən oğlu ailəsinə maddi yardım göstərilməsi, Kürdborakı kənd sakini Hüseynova Səbinə Halay qızı diplomunun saxta çıxması ilə əlaqədar köməklik göstərilməsi, Şatırlı kənd sakini Əmirov Şəmil Sarı oğlu evinə elektrik xətti çəkilməsi,  Şatırlı  kənd sakini Salahov Sahib İsmayıl oğlu küçələrində yeni elektrik xəttinin çəkilməsi, Kürdborakı kənd sakini Baxışov Habil Əhməd oğlu avtoqəza nəticəsində qıçaları kəsilmiş Qarabağ müharibəsi veteranın ailəsinə maddi yardım göstərilməsi, Şatırlı kənd sakini Hüseynova Səbinə Halay qızı kənd körpələr evi-uşaq bağçasının təmiri barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər