Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bərdədə Agdam, Ağcabədi, Bərdə vəTərtər rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edərək müraciətlərini dinləmişdir.

25 may 2018 | 16:00
Qəbuldan əvvəl     Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildirmişlər.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev YAP Bərdə  rayon təşkilatının inzibati binasında  vətəndaşların müraciətlərini dinləyib aidiyyatı üzrə müvafiq tapşırıqlar vermis,  səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar müraciət müəlliflərinə hüquqi yardım göstərmiş, belə müraciətləri müvafiq qurumlara çatdırılması barədə əməkdaşlarına  müvafiq tapşırıqlar vermişdir.
Keçidlər