Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş tədbir keçirildi.

01 iyun 2018 | 16:00
1 iyun 2018-cı il tarixdə Bərdə şəhər Heydər Əliyev adına park- bulvarda 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən öncə uşaqların bir hissəsi Heydər Əliyev adlna park-bulvarda yüksəldilmiş ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açmış, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğı göstərdiyini diqqətə çatdırmışdır.
Tədbirdə rayon Uşaq Fondunun sədri Ofelya Hüseynova  çıxış edərək göstərilən diqqət və qayğıya görə bütün valideyn və uşaqlar adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbir rayonun mədəniyyət işçiləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etmişdir.
Tədbirdə 500 nəfər iştirak etmişdir.
Keçidlər