Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda baramaçılıq və pambıqçılıqla bağlı kənd təsərrüfatı müşavirəsi keçirildi

19 iyun 2018 | 16:00
19 iyun 2018-ci il tarixdə Bərdə rayonunda baramaçılıq və pambıqçılıqla əlaqədar  müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,   idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən pambıq emalı müəssisələrinin və  kəndli-fermer təsərrüfatlarının rəhbərləri, mütəxəssislər iştirak etmişlər.
      Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev açaraq rayon ərazisində barama və pambıqçılığın inkişafı ilə bağlı yaradılmış hərtərəfli şərait, müasir innovativ texnologiyaların, dərman preparatlarının, peptisidlərin və gübrələrin tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən  zəruri dəstək barədə danışmış, dövlət səviyyəsində yaradılan bu şəraitin baramaçılığın və pambıqçılığın geniş inkişafına güclü təkan olduğunu xüsusi vurğulamış, barama istehsalı üzrə məhsuldarlığın yüksək olduğunu, proqnoza indiyədək 115 faiz əməl edildiyini, məhsul istehsalının davam etdiyini  bildirmişdir. Cari ildə əkilmiş 9630 hektar sahədə yüksək pambıq becərildiyini, aqrotexniki qaydalara tam əməl olunduğunu, yüksək pambıq məhsulu istehsalının gözlənildiyini qeyd etmiş, əsas diqqətin ziyanvericilərə qarşı mübarizəyə, pambığın veğetasiya   dövründə suvarma suyu ilə təminatına yönəldilməli oduğunu bildirmişdir.
     Müşavirədə “MKT İK” ASC-nin rayon filialının direktoru Mehman Abdullayev, “Azərpambıq” ASC-nin rayon filialının direktoru Azər Vəliyev, Soğanverdilər kəndindən kəndli- fermer təsərrüfatının rəhbəri Sahib Abdullayev, Mustafağalı kəndindən kəndli fermer təsərrüfatının rəhbəri Hikmət Vəliyev, Azərpambıq” ASC-nin ərazi nümayəndəsi Ərəstun Cavadov, “MKT İK” ASC-nin ərazi nümayəndəsi Rasim Həmidov, Əlyanlı kəndindən kəndli-fermer təsərrüfatının rəhbərli Telman İbişov, rayon icra hakimiyyəti başçısının  Məmmədli kənd inzibati ərazi dairəsi nümayəndəsi Vazik Nuriyev, Kətəlparaq bələdiyyəsinin sədri Ədalət  Allahyarov, rayon İcra Hakimiyyəti başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif İsmayılov, Birinci Qaradəmirçi kəndindən kəndli fermer təsərrüfatının rəhbəri Kamal İsayev çıxış edərək pambığın becərilməsinin aqrotexniki tələblər səviyyəsində aparılması üçün görülən işlərdən  danışmış, müəyyən çətinliklərin aradan qaldırılması üçün həlli vacib məsələləri önə çəkmiş,  istehsalçılar üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini  bildirmişlər.
Keçidlər