Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Əyricə kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

21 iyun 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Əyricə kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Əyricə kəndinin yolu abadlaşdırılmışdır, kənd tamamilə qazlaşdırılmışdır. Kərimbəyli kəninin elektrik şəbəkəsi yenidən qurulub,  Tərtər çayı üzərindən keçən kəndlərarası körpü əsaslı təmir edilmişdir. Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcəkdir..
         Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əyricə kənd sakini Məmmədov Rafiq Məhəmməd oğlu Əyricə kəndinin içməli su şəbəkəsinin və su çəninin təmiri, Vahidov Məhərrəm Rəsul oğlu Əyricə kəndinin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması, Məmmədov Rəhbər Çıraq oğlu Əyricə kəndi ərazisindən keçən beton suvarma kanalına suyu tənzimləmək üçün qapı qoyulması, Məmmədov Azad Əsman oğlu Yeni Əyricə kəndinin elektrik şəbəkəsinin yenidən qurulması, Məmmədov Şaiq Səfərəddin oğlu Yeni Əyricə kəndinin içməli su çənindən həyətlərinə su çəkilməsi, su şəbəkəsində suyun olmaması, Məhərrəmova Şəhla Məhəmmədəli qızı yaşadığı küçədə və həyətindəki elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, İsmayılov Rəcəb Süleyman oğlu taxılın biçilməsi üçün kombaynların sayının artırılması, Hüseynov Telman Qiyas oğlu Əyricə kəndində icarəsinə torpaq verilməsi, Kəlbəcər rayonundan məcburi köçkün Əliyev Zöhrab xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına köməklik göstərilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər