Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Hacallı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

22 iyun 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hacallı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. 2011-ci ildə 220 şagird yerlik İkinci Hacallı kənd tam orta məktəbi tikilib, 2011-2015-ci illərdə inzibati ərazi dairəsinin bütün kəndlərinin daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL və MKSİF tərəfuindən 21,6 km), 2017-ci ildə Yeni Daşkənd-Umudalılar yolu tikilib, inzibati ərazi dairəsinin bütün kəndləri (7 kənd) həmin yoldan istifadə edir, 2012-ci ildə İkinci Hacallı kəndinin 40 ailəsinə xidmət edən içməli su şəbəkəsi əsaslı təmir edilib ( Aran),  2013-cü ildə İkinci Hacallı kəndinin böyük hissəsinin içməli su ilə təminatı üçün şəbəkə tikilib, 8 bulaq və 12 su krantı qurulub, 2014-cü ildə İkinci Hacallı kəndinin 35 ailəsinə xidmət edən su şəbəkəsi bələdiyyə xətt ilə əsaslı təmir edilib, 2015-ci ildə İkinci Hacallı kənd qəbristanlığı abadlaşdırılıb, 710 metr hasar, dalan, 1 otaq, 2 bulaq tikilib (Az.KİL), İkinci Hacallı kəndində suvarma üçün 1 ədəd subartezian quyusu bərpa edilib (Aran təşkilatı),  İnzibati ərazi dairəsində 7 km açıq dren-kanallar lildən təmizlənib, 2013-ci ildə Seyif Yusif Ağanın məqbərəsi tikilib, türbə avadanlıq və inventarlarla təchiz edilib, ərazidə 6,3 km yol asfaltlaşdırılb, yaşıllıq zolağı salınıb, ətrafdakı həyətlərin hasarları tikilib, 2011-2017-ci illərdə inzibati ərazi dairəsində 5 ədəd subartezian quyusu vurulub (Qayalı kəndində 1 ədəd, İkinci Hacallı kəndində 4 ədəd), 2 ədəd uzun illərdən bəri işləməyən subartezian quyusu bərpa edilib,  kənd tamamilə qazlaşdırılmışdır.  görülən işlər bundan sonra da davam etdiriləcək.
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.

Nuriyev Möhübbət Məhəmməd oğlu İkinci Hacallı kənd tam orta məktəbinin 300 metr yolunun asfaltlaşdırılması, Məhərrəmov Mahmud Mədət oğlu İkinci Hacallı kəndində “Əminənin çardağı” adlanan sahədə suvarma suyu üçün 1 ədəd subartezian quyusunun vurulması, İsmayılov Cicimli Saday Xasay oğlu Cicimli kəndi ilə Seyidyusifli kəndinin arasında olan subartezian quyusunun bərpası, Qəhrəmanova Nəzakət Garay qızı 3-cü kursda qiyabi təhsil alan qızının rayon Kənd Təsərrüfatı idarəsində işlə təmin edilməsi, Nuriyev İbadət Məhəmməd oğlu Suvarma suyu içün istifadə olunan 646 nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Həsənov Nəzər İmaməli oğlu Kəndin qəbirstanlıq yolu kənarındakı torpaqların suvarılması üçün əlavə 1 ədəd subartezian quyusunun vurulması, Qədimalıyev Siyavuç Nəriman oğlu Qardaşı üçün fərdi yaşayış evinin tikilməsi, Sərvəri Samir Sabir oğlu
Evinin üstündən keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, Orucov Əbülfət Səfər oğlu Yaxın günlərdə ailə həyatı qurması ilə əlaqədar birdəfəlik maddi yardım göstərilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər