Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə həqiqi hərbi xidmətə çağırışçıların təntənəli yola salınma mərasimi keçirilmişdir.

11 iyul 2018 | 16:00
           Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsində  “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli  həqiqi   hərbi  xidmətə  çağırılması  və müddətli  həqiqi   hərbi   xidmət  hərbi  qulluqçularının  ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası  Prezidentinin  30 may 2018-ci  il  tarixli Sərəncamının  icrası ilə əlaqədar Bərdə rayonundan olan gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
   Tədbirdən öncə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi mayor  Efran  Nəbiyev və Bərdə rayonundan  həqiqi hərbi xidmətə yola salınan  gənclər ulu öndər H.Əliyevin abidəsi önünə tər güllər düzərək dərin hörmət və ehtiramlarını bildirmişlər.
         Rayonun müvafiq qurumlarının nümayəndələrinin, yeniyetmə və gənclərin,  müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi mayor Efran Nəbiyev giriş sözü ilə  açaraq çağırışçı gənclərə uğurlar arzulamışdır.
         Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək çagırışçılara uğurlu yol arzulamış, müstəqil Azərbaycan dövlətinin uğurlarından,  xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Ordumuzun yaradılmasındakı xidmətlərindən, möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qüdrətlənməsi yolundakı fəaliyyətindən, Ordu ilə xalqın monolit birliyindən danışmışdır. Bildirmişdir kİ,  bu gün Silahlı Qüvvələrimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında suda, quruda və havada böyük qüdrətə malikdir və məhz bu gücün, qüdrətin nəticəsidir ki, Azərbaycan Ordusu 2016-cı il Aprel döyüşlərində 2000 hektar, bu ilin mayında Naxçıvan əməliyyatında 11min hektar torpaqlarımız işğaldan azad olunmuşdur.
          Tədbirdə Qarabağ müharibəsi veteranları adından müharibə veteranı Gəray Əsədov, valideynlər adından  çağırışçı Məmmədov Emilin atası Məmmədov Rafiq və çağırışcılar adından   Hüsynli Cavid çıxış edərək ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin möhkəmləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Milli Ordumuzun, Silahlı Qüvvələrimizin qüdrətlənməsinə öz bacarıq və səylərini əsirgəməyəcəklərini bildirmişlər.
     Şəhər 5 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərindən ibarət “Cəsurlar” komandası hərbi məharətlərini nümayiş etdirmişlər.
     Mərasimdə 18 yaşı məhz bu yola salinma günü tamam olmuş Hüseynli Cavidə ad günü hədiyyəsi təqdim edilmişdir.
    Şəhər 7 saylı tam orta məktəbin şagirdləri kompozisiya nümayiş etdirərək çagırışçıları gül-çiçəklə  təbrik etmişlər.
          Çağırışçılar   Dövlət Bayrağını öpərək Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdikdən sonra rayon Mədəniyyət evinin”Qarabağ” xalq çalğı alətləri ansamblının şən musiqi sədaları altında hərbi xidmətə yola salınmışlar.
Keçidlər