Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynalılar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

12 iyul 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Gərənə kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Hüseynalılar kəndi qazlaşdırılmışdır, Hüseynalılar kənd Elektron ATS-nə optik kabel çəkilərək kəndlərə sürətli internet verilmişdir (2014),  kəndin 4 km baş suvarma arxı lildən təmizlənmiş,  kəndin daxili yolların ətrafı abadlaşdırılmış, ərazidə 1000-ə yaxın müxtəlif ağaclar əkilmişdir, Hüseynalılar kənd İƏD-i üzrə nümayəndəliyin və kənd uşaq bağçasının inzibati binaları cari təmir olunmuşdur. Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
         Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Hüseynalılar  kənd sakini İsmayılov Aqşin Cavanşir oğlu Kəndin 3 km baş yolunun asfaltlaşdırılması, Əhmədova Gülsarə Əhməd qızı Kənd körpələr evi-uşaq bağçasının təmiri, Hacıyeva Xuiraman Nəsib qızı gizir kimi xidmət edən oğluna həyətyanı torpaq sahəsi verilməsi, Qasımov Rafiq Ağalar oğlu Hüseynalılar kənd tam orta məktəbinin maye yanacaqla işləyən istilik-qazanxansının təbii qazla işləməsi, məktəbin içməli su ilə təminatı, Əhmədova Siyatel Həsən qızı həyətində olan aşağı gərginlikli çürümüş elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Süleymanova İradə Yolçu qızı pay torpağının bir hissəsinin hamarlanması üçün texnika verilməsi(qobunun kənarıdır, 1,5 ha pambıq əkib), Bayramova Elnarə Fəxrəddin qızı həyətinə əlavə qısa yol verilməsi, Əkbərov Vüqar Əkbər oğlu kənddə elektrik cərəyanının gərginliyinin artırılması üçün əlavə güc transformatorunun quraşdırılması, Məmmədov Xalqverdi Yaqub oğlu məktəbəqədər tərbiyəçi ixtisası almış həyat yoldaşının  kənd körpələr evi-uşaq bağçasında işlə təmin edilməsi, Salmanov Rəis Əsgərxan oğlu Hüseynalılar elektrik xətti ilə Qazaxlar elektrik xətti arasında ayrıcın quraşdırılması, sahə yolunun hamarlanması, İsgəndərov Zabil Qədim oğlu kəndin “Ceyranlı” yeri adlanan hissəsinə gedən sahə yolunun təmir edilməsi, Alıyeva Lilizbar Xankişi qızı himayəsində olan nəvəsinə maddi yardım göstərilməsi, Qaraşov Fikrət Qaraş oğlu kəndə sərnişin daşıma marşurutunun  açılması, Alıyev Cavan Xankişi oğlu kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsi, Hüseynov Eldar Sadıq oğlu Sənədlə verilmiş pay torpağının olmaması, Süleymanova Aidə Yolçu qızı
kənddə içməli su üçün bir ədəd artezian quyusunun qazılması  barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər