Şriftin ölçüsü :

Saytın rəngi :

Gərənə kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

13 iyul 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Gərənə kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Gərənə kəndi qazlaşdırılıb, kəndin bir hissəsinin  elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Gərənə kəndinin sakinlərinin içməli su ilə təminatı üçün su qüllələri quraşdırılb, şəbəkə tikilib, küçələrdə 79 bulaq inşa edilb, magistral yolda Gərənə   dairəsi yenidən qurulub,  Gərənə kəndindən keçən magistral yolun kənarına 15000-dən çox ağac əkilib, 1 km məsafədə yolun hər iki tərəfinə gül əkilib, magistral yoldan Gərənə kəndinin mərkəzinə kimi 1,5 km yol asfalt-betonla tikilib. Gərənə kənd orta məktəbinin həyətində 200 ədəd ağac əkilib.  Gərənə kəndində “Ağ yer”  adlanan sahədə olan mövcud subartezian quyusunun bərpa edilib. Gərənə kəndinin baş yolunda müasir memarlıq üslubunda giriş qapısı tikilmiş, 250 metr səki inşa edilmiş, gecə işıqlandırılması verilmişdir.Gərənə kəndinin yolu abadlaşdırılmışdır, kənd tamamilə qazlaşdırılmışdır.   Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcəkdir..
         Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.Gərənə kənd sakini Əhmədova Şəriqiyyə Oruc qızı Ağcabədi Pedaqoji Kollecini bitirmiş qızının körpələr evi-uşaq bağçasında işlə təmin edilməsi, Qocayev Fəxrəddin Məhər oğlu Divanlı kəndi ərazisində uzun illər əvvəl sökülmüş dülgər sexinin əvəzinə torpaq sahəsi ayrılması, Məmmədov Səbuhi Məhəmməd oğlu Həyətyanı torpaq sahəsi verilməsi və ya mənzil növbəsinə götürülməsi, Ağayev Şirin Səməd oğlu Həyətyanı torpaq sahəsi verilməsi, telefonunun işləməməsi, Balayev Sərdar Mehralı oğlu Kəndə sərnişin marşurutunun açılması, Həsənov Baxşeyiş İsmayıl oğlu Kənd sakini Əzizə Mustafayevanın bələdiyyəyə məxsus 40 sot yeri zəbt etməsi, Ələsgərov Rüstəm Aydın oğlu Elektrik enerjisinə borcunun olması ilə əlaqədar işığının yanmaması, şəhər 2 saylı msərnişin marşurutunun kənddən keçməsi, Məmmədov Vaqif Allahverdi oğlu Məskunlaşdığı evin təmir edilməsi, Əliyev Rahib Adil oğlu işlə təmin olunması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər