Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdənin Hacıbəyli və Kafarlı kəndlərində təbii qaz verilişinin açılışı olmuşdur.

18 iyul 2018 | 16:00
18 iyul tarixində Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin  İctimayətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Salman İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kəndlərin sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
            Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti, abadlıq və quruculuq işləri aparıldığından, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulmasından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. Bildirmişdir ki, yaxın vaxtlarda daha 2 para kəndindin qazlaşdırılması ilə rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və rayonumuz respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır. Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar.  Hacıbəyli və Kafarlı kəndlərinin qazlaşdırılması üçün 13950 metr müxtəlif diametrli polad və poıietilən magistral qaz xətləri çəkilmiş, 33 ədəd siyirtmə və  224 ədəd sayğac və fərdi tənzimləmləyici quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. 224 ailəyə təbii qaz verilmişdir..
         Tədbirdə Hacıbəyli və Kafarlı kənd sakinləri Məhyəddin Şahbazov və Tamara Nəsirova çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
          Tədbirdə Millət vəkili Zahid Oruc  və   “Azəriqaz” İstehsalat birliyinin  İctimayətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalayev çıxış edərək kənd sakinlərini və tədbir iştirakçılarını bu kəndlərə mavi yanacaq verilməsi münasibəti ilə  təbrik etmişlər.
          Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili  Zahid Oruc,  “Azəriqaz” İstehsalat birliyinin  İctimayətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalaye kənd sakini M.Şahbazov ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.
Qaz çəkilişində iştirak etmiş fəhlələrə qiymətli hədiyyələr təqdim edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin  İctimayətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalayev, rayon rəhbərləri Hacıbəyli kənd sakini Tofiq Əliyevin evində təbii qazın alovlandırılmasında iştirak etmişlər.
Keçidlər