Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzəcəfərli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

19 iyul 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
          Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mirzəcəfərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Mirzəcəfərli kəndi qazlaşdırılıb, kəndin bir hissəsinin  elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Mirzəcəfərli, Qarağacı və Mollagüllər kəndlərinin 20 km daxili,  kəndlərarası 6 km yol yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), Qarağacı  və Mollagüllər kəndinin sakinlərinin içməli su ilə təminatı üçün su şəbəkəsi  tikilib,   Mirzəcəfərli kəndində Qarabağ əlili Qurbanov Mais Allahverdi oğluna fərdi yaşayış evi tikilib, Mirzəcəfərli kənd Elektron ATS-nə optik kabel çəkilərək hər 3 kəndə internet verilmişdir, ərazidə 10 km açıq dren kanal lildən təmizlənmiş, hazırda açıq dren-kalalların lildən təmizlənməsinə yenidən başlanmışdır. Mollagüllər kındi ərazisində 4 min ədəd xarcdən gətirilmiş çəkil tingləri, hər 3 kənddə 3 ədəd yerli çəkil tingləri əkilmiş, 1000 ədəd çəkil ağacları budanmışdır, ərazidə 4 km beton kanal tikilmişdir. Hər 3 kənddə elektrik xətlərinin kabelləşdirilməsinə başlanmışdır. 20 km sahə yolları qreyderlə hamarlanmışdır. İnzibati ərazidə 5 ticarət obyekti yenidən qurulub, 20 fərdi yaşayış evi tikilib. kənddə suvarma üçün bir ədəd artezian quyusu qazılmışdır, kəndin hava rabitə xətlərində istismara yararsız dirəklər yenisi ilə əvəz edilmişdir. Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcəkdir..
         Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mirzəcəfərli kəndindən Musayev Mirfazil Mirmöhsüm oğlu Mqarağacı-Mirzəcəfərli-Mollagüllər kəndlərarası 8 km yolun asfaltlaşdırılması, Qurbanov Kamandar Hidayət oğlu Mirzəcəfərli kəndidnə içməli su üçün 1 ədəd artezian quyusunun vurulması, Musayev Nüsrət Möhsüm oğlu suvarma arxlarının lildən təmizlənməsi, Əliyev Allahverdi Binnət oğlu kəndin “Çinarın altı” adlanan ərazisində olan əkinlərin suvarılması üçün suvarma suyu verilməsi, Haqverdiyev Mirzə Əziz oğlu Kəndin elektrik şəbəkəsinin yenidən qurulması, kəndə əlavə 2 ədəd güc transformatorunun quraşdırılması, Allahverdiyev Vidadi Sabir oğlu su ayrıcınının qaydaya salınması, Ağayev Xəqani Ağa oğlu müalicəsi üçün maddi yardım göstərilməsi, Abbasov Elsevər Arzuman oğlu istifadə etdiyi əlil arabasından verilməsi, Səlimov Arzu Rəhim oğlu maddi yardım göstərilməsi, Əliyev Musa Əsgər maddi yardım göstərilməsi, Göyüşov Seyfəddin Həbil oğlu Mollagüllər kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Abdullayev Fehti Nəsib oğlu Əkdiyi yonca sahəsinə suvarma suyu verilməsi, sahə yolunun hamarlanması, İbrahimov Hüseyn Əli oğlu pay torpağındakı əkinlərə suvarma suyu verilməsi, Allahverdiyev Zahid Sabir oğlu yeni məhlələr adlanan küçənin elektrik xətlərinin yenidən çəkilməsi, Əliyarova Gülşən Şükür qızı yaşadığı kənddə işlə təmin olunması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər