Şriftin ölçüsü :

Saytın rəngi :

Kələntərli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

02 avqust 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
             Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kələntərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur, Kələntərli  İnzibati ərazi dairəsinin bütün kəndlərini birləşdirən  18 km yolun yenidən qurulması başa çatmaq ərafəsindədir, bütün kəndlərin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, bütün kəndlər  qazlaşdırılıb, Kələntərli, Muğanlı və Körpüsındıran kəndləri müstəsna olmaqla 4 kəndin elektrik şəbəkəsi kabelləşdirilib, bütün kəndlərə sürətli internet əlaqəsi verilib, Muğanlı və Qasımbəyli kəndlərinin küçələrinə içməli su xətləri çəkilib, küçələrdə bulaqlar tikilib, Kələntərli kəndlərarası yoldan məktəbə qədər 1 km yol asfalt-betonla tikilmişdir, suvarma üçün 1 ədəd subartezian quyusu qazılmışdır, elektron ATS-ə qədər xətt optik kabellə çəkilərək kəndə internet rabitəsi verilmişdir, Darğalar kəndi qazlaşdırılıb, kəndin elektrik xətləri kabelləşdirilib, kənddaxili 3 km yol qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), içməli su üçün istifadə olunan 1 ədəd subartezian nasosu təmir olunub, Əliyanlı kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi kabelləşdirilib, kəndin 7 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), kəndin küçələrinə içməli su xətti çəkilmiş, 120 evə içməli su verilmişdir (Az.KİL), kənddə suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, 2 aztəminatlı ailənin həyəti hasarlanıb,   Muğanlı kəndi qazlaşdırılıb, kəndin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), kəndin küçələrinə içməli su xətləri çəkilmiş, küçələrdə 9 ədəd bulaq tikilmişdir (Az.KİL), 1 ədəd subartezian quyusu təmir edilib,  Elektron ATS-ə qədər xətt optik kabellə çəkilərək kəndə internet rabitəsi verilmişdir. Körpüsındıran kəndi  qazlaşdırılıb, 1 ədəd suvarma subartezian quyusu bərpa edilib, kəndin 4 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), 300 metr torpaq kanal lildən təmizlənib, Alaçadırlı kəndi qazlaşdırılıb, kəndin elektrik xətləri kabelləşdirilib və abonentlər üçün SMART tipli sayğac quraşdırılmışdır, kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), 5 ədəd subartezian quyusunun nasosu təmir edilib. Qasımbəyli kəndi qazlaşdırılıb, kənddaxili 3 km yollar  qum-çınqılla əsaslı təmir edilib, kəndin küçələrinə içməli su xətti çəkilib, küçələrdə 11 bulaq tikilmiş, 2 krant quraşdırılmışdır.
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.   Kələntərli kənd sakinləri  Əliyev İsmayıl içməli su və elektrik xəttinin kabelləşdirilməsinin başa çatdırılması, Abbasova Sürəyya yolun 200-300 metr məsafədə kənd daxilinin asfaltlanması, Həsənov Nurəddin 50 hektar deyilən yerə artezian vurulması, Əliyeva Pərvanə uşaq bağçasının açılması,  İsmayılov nəbi kənd qəbristanlığı üstündə 17 hektar sahənin arxinin lildən təmizlənməsi , Həsənova Ağgül oğluna təqaüd verilməsi, Hüseynov kəndarası yolun asfaltlanması, Abdullayev Bəxtiyar kəndə marşrut açılması, Zamanov Şükür əməliyyat olunması , Bəhrəmov Elman maddi yardım göstərilməsi, Məmmədova Gülnar evinə işıq çəkilməsi,  İbişov Telman məktəb tikintisi, Abbasova Cəmilə pay torpaq olan yerə artezian vurulması   barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər