Şriftin ölçüsü :

Saytın rəngi :

Cəyirli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.

30 avqust 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cəyirli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur,Güloğlular kənd İnzibati Ərazi Dairəsinə daxil olan bütün kəndlər, o cümlədən Cəyirli kəndi qazıaşdırılıb, Cəyirli kəndinin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, “20 yanvar” abidəsi yenidən qurulub və abadlaşdırılıb, kəndin ərazisindən keçən magistral yolun kənarı hasarlanıb və rənglənib, kəndin yeni məhlələrinə elektrik xəttinin çəkilməsi üçün 1 transformator quraşdırılıb, elektrik şəbəkəsi yenidən tikilib,  kəndin ərazisində magistral yolun kənarı ilə 1,0 km səki tikilmiş, 1 km bardyor düzülmüş, 56 gecə işıqlandırılması dirəyi basdırılmışdır,  kəndin ərazilərində magistral avtomobil yollarının kənarlarında yeni yanacaqdoldurma məntəqələri tikilib istifadəyə verilmişdir, kənddə 1 ədəd subartezian quyusu vurulmuşdur, kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlıq hasara alınmış, mərasimlər üçün talvar tikilmiş, içməli su çəkilmişdir, kənddə müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmişdir.        
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.  Cəyirli kənd sakinləri  Cavadov Rəhim Abbas oğlu kəndin küçələrinə tökülmüş qum-çınqılın qreyderlənməsi, Cəfərova Lilpar Məcid qızı Küçələrində 9 ailəyə telefon xətti çəkilməsi, Zamanov Bəhrəm İsmayıl oğlu evinin telefonunun işləməməsi, Fərzəliyeva Gülçöhrə Mamed qızı barısının qonşu tərəfindən sökülməsi, Adıgözəlov Firəddin Qaryağdı oğlu uzun illərdın bəri işləməyən içməli su üçün subartezian quyusunun bərpa edilməsi, Paşayev Murtuza Hüsü oğlu
həyətində oğlu üçün tikdirdiyi fərdi yaşayış evinə gediş-gəliş yolunun açılması, Əhmədov İsmayıl Cabbar oğlu qonşusu tərəfindən kanalizasiyanın onun evinin yaxınlığında tikilməsinin yaşayışına ziyan vurması, Cəfərov Mehman Yusif oğlu
Sahibkarlıq üçün otorpaq sahəsinin digər şəxs tərəfindən zəbt edilməsi, Hüseynova Zibeydə Hüseyn qızı mənzillə təmin, Qarayeva Hökumə Sahib qızı mənzillə təmin, Quliyev Yaşar Lətif oğlu əvvəllər içməli su üçün istifadə edilmiş subartezian quyusunun bərpa edilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər