Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

04 sentyabr 2018 | 16:00
 Tədbirdən öncə tələbə adı  qazanmış gənclərdən  bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər.
            Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.
Tədbir başlamamışdan öncə şəhər 7 saylı tam orta məktəbin şagirdləri tələbə adını qazanmış gəncləri şerlə təbrik etmişlər.
            Tədbiri rayon  İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açmış, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışmışdır. Bildirmişdir ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış etmişdir.  Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə  təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  bu gün uğurla davam etdirilir.  Daha sonra bildirmişdir ki, Bərdə rayonunda bu il attestat alan məzunların sayı  1159 nəfərolmuş, onlardan 1 nəfər qızıl medal, 83 nəfər fərqlənmə, 1075 nəfəri adi attestat almışdır. ali məktəbə sənəd verən məzunların sayı 729 nəfər  olmuşdur. Onlardan 533 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu  sənəd verənlərin 73 faizi deməkdir. Ali məktəbə qəbul olunanlardan 500-dən yuxarı bal toplayan 60 nəfər,  600-dən yuxarı bal toplayan 47 nəfər olmuşdur. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 155 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar.   Akademik Z.Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb- lisey bu il də ən yüksək nəticə əldə etmişdir. Buranın  93 nəfər məzunlarından 75 nəfər ali məktəbə qəbul olunmuşlar.  Şəhər saylı tam orta məktəbdən 33 nəfər, şəhər 3 saylı tam orta məktəbdən 32 nəfər, şəhər 2 saylı tam orta məktəbdən 20 nəfər, şəhər 5 saylı tam orta məktəbdən 17 nəfər və s.daxil olmaqla rayonun bütün məktəblərində ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur, qəbulu olmayan məktəbimiz yoxdur.  Rayonun builki məzunların 92 nəfər Bakı Dövlət Universitetinə qəbul olunmuşlar. Şəhər 8 nömrəli tam orta məktəbin məzunu Leyla Təhməzova rayon məzunları arasında ən yüksək nəticə göstərərək, 695 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub, Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri, respublikanın Əməkdar müəllimi Rzaqulu Şərifov, şəhər 8 saylı tam orta məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Qənbər Ağayev,  tələbə adını qazanmış məzunlar - şəhər 8 saylı tam orta məktəbin məzunu, 695 balla  Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə qəbul olunmuş tələbə, Prezident təqaüdçüsü Təhməzova Leyla,  Kətəlparaq kənd tam orta məktəbin məzunu, 690 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültətəsinə qəbul olunmuş tələbə Nəcəfov Rəhman, şəhər akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunu, 680 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbə Əliyeva Fidan, 2 saylı Nazırlı kənd tam orta məktəbin Qızıl medalçı məzunu, 627 balla Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olunmuş tələbə Mehdiyeva İlahə, Xanqrqoyunlu kənd tam orta məktəbin məzunu, 677 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunmuş tələbə İsmayılova Lamiyyə, Kürdborakı kənd tam orta məktəbin məzunu, 685 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş tələbə Hüseynzadə Zülfiyyə, Muğanlı kənd tam orta məktəbin məzunu, 681 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş tələbə Allahverdiyev Qəhrəman,  valideynlər adından şəhər 3 saylı tam orta məktəbin məzunu 502 balla Fövqəladə Hallar Akademiyasının həyat təhlükəsizliyi fakültəsinə qəbul olunmuş tələbə Əliyev İlkinin  valideyni  Əliyev Rabil tədbirdə çıxış edərək bütün   bu uğurları qazanmaqda  ölkə Prezidenti, təhsilin ən böyük qayğıkeşi cənab İlham Əliyevə və ölkənin Birinci vitse-Prezidenti minnətdar olduqlarını bildirdilər.
           Sonda   500-dən yuxarı bal toplamış 107 nəfər tələbə gəncə qiymətli hədiyyələr təqdim ediımişdir.
Sonda tələbələrlə xatirə şəkli çəkilmişdir.
Keçidlər