Şriftin ölçüsü :

Saytın rəngi :

Əmirli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul -görüşü olmuşdur.

06 sentyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cəyirli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur,Əmirli kənd   qazıaşdırılıb, elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, kənddaxili 14 km yollar qum-çınqılla əsaslı təmir olunub (AzKİL), kəndin baş yolunun asfalt-beton örtüyü cari təmir olunub (2.0 km), pay torpaqlarına gedən 2,5 km sahə yolu qum-çınqılla cari təmir olunub, “20 yanvar” abidəsi abadlaşdırılıb, kənddə xal-xalla birlikdə sahə baytarlıq məntəqəsi tikilib, suvarma üçün 3 ədəd subartezian quyusu vurulub, bu məqsədlə 25 ədəd yüksək gərginlikli elektrik dirəyi basdırılmış, 2000 metr xətt çəkilmiş, 3 ədəd transformator quraşdırılmış, 3 ədəd dərinlik nasosu quraşdırılmışdır,  kəndin baş yolunun kənarlarında abadlıq işləri görülüb, qəbirstanlığın yol təmir edilib, kənd müntəzəm olaraq məişət tullantıları təmizlənib,  təsərrüfatdaxili 3 km arxlar lildən təmizlənib,  kəndin aşağı gərginlikli elektrik dirəkləri dəyişdirilib və xətlər kabelləşdirilərək yeni sayğaclar quraşdırılmışdır, kənd klubu daxildən təmir edilib, kəndə internet verilib.       
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əmirli kənd sakinləri  Abışov Vaqif Həsən oğlu kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Eyvazov Qulam Eyvaz oğlu kənddə körpələr evi-uşaq bağçası açılması, Hənifəyev Məhəmməd Musa oğlu sakinlərin içməli su ilə təmin edilməsi üçün yeni artezian quyusu vurulması, Kazımov Qurban Əli oğlu kəndin su kanalının lildən təmizlənməsi, Nurəliyev İsmayıl İsa oğlu kəndin baş yolunun asfaltlaşdırılması, Fətəliyev Qiyas Həsən oğlu kəndin yüksək gərginlikli elektrik xətlərinin texniki normaya gətirilməsi, Calalov Cabbar Cəmil oğlu kəndin telefon rabitə xətlərinin texniki normaya gətirilməsi, Novruzov Şahbaz Məhəmmədəli oğlu kənddə, rayonda aparılan tikinti-abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi, kəndin baş yolunun asfaltlaşdırılmasını xahiş etdi, Qələndərov Rövşən Akif oğlu pay torpağının zəbt edilməsi, Calalov Nəsib Həsən oğlu kənd tam orta məktəbinin idman zalının olmaması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
          Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər