Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Günü təntənə ilə qeyd edilmişdir.

05 oktyabr 2018 | 16:00
Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
Şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri müəllimləri şerlə təbrik etmişlər.
      Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil  məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin kollektivlərindən bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
      Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək rayon müəllimlərini 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan   milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından,  ölkənin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, 8 nömrəlı tam orta məktəbin müəllimi müəllimi Cəmilə Məmmədova,  Bərdə Peşə liseyinin direktor müavini Rafiq Alıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiyas kollecinin direktor əvəzi Xaləddin Ələkbərov, Kətəlparaq kənd tam orta məktəbin direktoru Adib Salmanov  və başqaları   çıxış etmiş, müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
     Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna rayon İcra Hakimiyyətinin, YAP Bərdə rayon təşkilatının və rayon Təhsil şöbəsinin Fəxri-fərman və hədiyyələri təqdim edilmişdir.
Keçidlər