Şriftin ölçüsü :

Saytın rəngi :

17 oktyabr 2018-cı il tarixdə Bərdə rayonunun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

17 oktyabr 2018 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.      Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağını açaraq Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə 2018-ci ilin oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentinin nitqi barədə geniş məlumat vermişdir.           Qeyd etmişdir ki, inkişaf dövrünü yaşayan Respublikamızda olduğu kimi 2018-ci ilin doqquz ayı rayonumuz üçün də uğurlu olmuş, rayonumuzun tarixində əlamətdar hadisələr baş vermişdir. Bu gün də bərdəlilər aprel ayının 25-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərinin yaratdığı xoş təsurat altında yaşayıb yaradırlar.   Cənab Prezident bu səfərində “Bərdə” türbəsinin bərpadan və Torpaqqala tarixi abidəsinin təmirdən, 17 kəndi birləşdirən 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulmadan sonra açılışında iştirak etmiş, respublikamızda ilk pambıq əkinində iştirak etmiş, əmək adamları ilə görüşmüş, aprel ayının 26-da “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ni keçrmiş, pambıqçılığın inkişafı ilə əlaqədar tapşırıqlarını vermişdir.             Cənab Prezident rayona səfərdən dərhal sonra Muğanlı-Körpüsındıran kəndlərarası yolun tikintisi üçün 7 milyon manat, Bərdə şəhərinin adablaşdırılması, küçələrin tikilməsi üçün isə 3 milyon manat vəsait ayrılması barədə Sərəncamlar imzalamışdır.
Bu gün də sakinlərimiz Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təəssürat altında yaşayıb yaradırlar.

Rayonda 9 ay ərzində 339,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,9 milyon manatlıq sənaye, 158,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 49,8 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 5,3 milyon manatlıq nəqliyyat xidməti, 1,0 milyon manatlıq informasiya və rabitə, 113,8 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2018-ci ilin doqquz ayında 2017-ci ilin müvafiq dövrünə nisbətən  ümumi məhsul istehsalı 5,4 faiz, kənd təsərrüfatı məhsulu üzrə 6,0 faiz, tikinti-quraşdırma işləri 2,5 faiz, nəqliyyat xidməti 3,5 faiz, informasiya xidməti 12,2 faiz, ticarət xidmətləri 6,3 faiz artmışdır.

Doqquz ayda rayon büdcəsinin yerli gəlirləri proqnozuna 60,9 faiz, xərcləri proqnozuna 100,8 faiz əməl edilmişdir.

Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 9 ay ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,1 faiz artmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2018-ci ilin 9 ayında 72 sahibkara 845,3 min manat güzəştli kredit verilərək 238 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 3143 sahibkara 75,960 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5879 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 ay ərzində 793-ü daimi olmaqla 19213 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 72-si yeni yardılmış müəssisələrdə, 2-si mövcud müəssisə və təşkilatlarda, 720-si fiziki şəxslərdə, 18419-u digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 74902 yeni iş yerləri açılmışdır ki, bunun da 2089-sı daimi iş yerləridir. 
Sahibkarlığın inkişaf etdirilməsi bundan sonra da daima diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə bütün lazımi şərait yaradılmalı, özəl sektor tərəfindən investisiya qoyuluşu bütün vasitələrlə dəstəklənməlidir.
Cari ilin ötən dövründə rayonda tikinti-abadlıq işləri davam etdirilmişdir.
-Rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır;
-“Bərdə” türbəsi və Torpaqqala tarixi abidələri bərpa edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır;
-Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmiş, ərazidə 300 p/metr bardyor düzülmüş, 2900 kv. metr sahə asfalt-betonla tikilmiş, santexniki işlər aparılmış, ərazidə ağac və güllər əkilmişdir;
- Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tippli məktəb tikilib istifadəyə verilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, məktəbə təbii qaz verilmiş,  220 şagird yerlik Güloğlular kənd tam orta məktəbinin və 100 yerlik körpələr evi-uşaq bağçasının, “Azərxalça” ASC-nin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi başa çatmaq üzrədir, 1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbin tikintisi üçün təşkilati işlər aparılmış və yaxın vaxtlarda tikitiyə başlanacaqdır;
- Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilmiş, yolun kənarları abadlaşdırılmış, ərazidə ağac və güllər əkilmişdir;
-13 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 17,5 km uzunluqda Muğanlı-Körpüsındıran kəndlərarası yolun yenidən qurulması başa çatmaq ərafəsindədir, yolda 42 ədəd müxtəlif diametrli su keçidi boruları, 18 ədəd avtodayanacaq, 227 ədəd yol nişanı quraşdırılmışdır;
- rayon mərkəzində 1 ədəd işıqfor quraşdırılmışdır;
- Bərdə şəhəri ərazisində Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzrindəki körpüsünün tikintisi davam etdirilmişdir;
- Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki körpünün tikintisi ilə əlaqədar şəhərin Tərtər çayının sağ sahilində ümumi nömrə tutumu 1400 ədəd olan yeni Elektron ATS quraşdırılmış, abonent xətləri və optik kabel yeni stansiyaya köçürülmüş, stansiya istifadəyə verilmişdir;
-şəhərin H.Əliyev prospektində 10 min kv. metr, 3 küçəsində 26,1 min kv. metr sahə asfaltlaşdırılmışdır;
-rayon mərkəzində Heydər Əliyev prospektində, 20 küçədə, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, 1 prospekt 7 küçədə, Bərdə-Tərtər və Bərdə-Yevlax yolları istiqamətində 36 km bardyorlar yağlı böya ilə rənglənmiş, ümumi uzunluğu 13,3 km olan 11 küçə qum-çınqılla təmir edilmiş, küçə və meydanlarda divarlar pardaqlanmış, 3 küçədə 2000 kv. metr divarlar aqlay və təbii qaya daşı ilə üzlənmiş, 3500 kv. metr yaşıllıq zolaqları salınmışdır;
-şəhərin Ü.Hacıbəyov, S.Vurğun, Sənaye, yeni adlandırılmış Sahil və S.Zöhrabbəyov  küçələrinin yenidən qurumasına başlanmış, indiyədək küçələrdə müasir memarlıq üslubunda 800 metr istinad divarları tikilmiş, 990 kv. metr divarlar suvanmış, 1,5 km məsafəyə bardyor düzülmüş, 1,5 km küçə asfalt-betonla inşa edilmiş, 1,5 km piyada yolu tikilmiş, küçələrdə 17 ədəd işıqlandırma dirəkləri basdırılmış, ərazidəki sahibkarlıq obyektlərinin fasadı aqlay daşı ilə üzlənmiş, ətraf ərazilərdə abadlıq işləri aparılır. Bunlarla yanaşı Ş.İ.Xətai, R.Rza küçələri və yeni yaşayış massivində 6 küçə yenidən qurulur, indiyədək küçələrdə 18,7 min kv. metr sahə qum-çınqıl verilmişdir, yenidənqurma işləri davam etdirilir;  
- respublika əhəmiyyətli avtomobil yollarının 10,5 min kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 180 ədəd siqnal dirəyi, 13 min kv. metr təhlükəsizlik xətləri çəkilmiş, bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;
-yerli əhəmiyyətli avtomobil yollarının 24,8 min kv. dağılmış asfalt-beton örtüyü bərpa edilmiş, 6,8 min kv.metr təhlükəsizlik xətləri çəkilmiş, yollarda 100 ədəd siqnal dirəyi quraşdırılmış,  bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;     
- rayonun 15 kəndində 41 km daxili yollar qum-çınqılla cari təmir edilmiş, 32 km təsərrüfatdaxili arxlar lildən təmizlənmiş, 54 kəndin baş yollarının kənarları və 38 kənd qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, kəndlər 154 maşın məişət tullantılarından təmizlənmişdir; 
- Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğu quraşdırılmış, hər kənddə şəbəkə tikilmiş, küçələrdə 34 bulaq inşa edilmişdır. Rayonun Arabaçılar və Hacılar kəndlərinin sakinlərinin içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 2 ədəd subartezian quyusunun qazılması və su şəbəkəsinin tikilməsi üçün layihə-smeta  sənədləri hazırlanmış, artıq Arabaçılar kəndində subartezian quyusunun vurulmasına başlanmışdır. Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərinin sakinlərinin  içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 4 ədəd subartezian quyusunun qazılması və su şəbəkəsinin tikilməsi üçün layihə sənədlərinin hazırlanmasına başlanmışdır;
- 35/10 kv-luq Şirvanlı yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 4 ədəd 35 kv-luq, 72 ədəd 10 kv-luq və 129 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 650 ədəd 10 kv-luq zədəli izalyator və 4203 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  421 ədəd yeni sayğac quraşdırılmış, 85,2 km SİP kabel çəkilmiş, 15,6 km qüsurlu naqillər yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq yarımstansiyalarda 40 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir edilmişdir;
29 kəndin 53 qidalandırıcı transformatorunun elektrik şəbəkəsi tam, 31 kəndin 54 qidalandırıcı transformatorunun şəbəkəsi qismən kabelləşdirilmişdir.
- 85,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndləri qazlaşdırılmış, 1149 ailəyə, fərdi qaydada 206 ailəyə təbii qaz verilmişdır. Şəhərin “Meyvə bağı” adlanan yaşayış məhəlləsində 94 abonentə təbii qaz verilməsi üçün layihə hazırlanmış və yaxın vaxtlarda işə başlanacaqdır. Rayonun  Hacıəhmədli,  Məşədiibişli və Təhlə kəndlərinin 178 abonentinə təbii qaz verilişi üçün işlər davam etdirilmiş və 2019-cu ildə həmin kəndlər də qazlaşdırılacaqdır.
- rayonun Təhlə kəndində 160 nömrəlik Elektron ATS quraşdırılmış, Yeni Daşkənd kəndinin 2 km optik birləşdirici kabeli çəkilmiş, Mehdixanlı, Umudalılar, Seyidyusifli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, Şirvanlı, Mustafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, Otuzikilər kənd EATS-dən Bayramlı kəndinə 1 km hava rabitə xətti çəkilmiş, 11 kəndin və şəhərin küçələrinnin rabitə şəbəkəsində təmir işləri aparılmış,  şəbəkədə 15,5 km naqil yenisi ilə əvəz edilmiş, 254 ədəd yeni dirək və 163 ədəd beton calaq basdırılmış, 585 abonentə telefon verilmiş, internet  xidmətindən istifadə edən abunəçilərin sayı 823 nəfər artmışdır; 
- bir ədəd 5 mərtəbəli və bir ədəd 2 mərtəbəli binaların 3850 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 17400 kv. metr fasad və giriş hissələri emussiya ilə rənglənmiş, 1871 kv. metr qapı və pəncərələr, 885 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 160 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 4 ədəd 5 mərtəbəli və 7 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 4 ədəd 5 mərtəbəli və 3 ədəd 4 mərtəbəli binaların 3350 kv. metr zirzəmiləri tullantılardan təmizlənmişdir.
- Azərbaycan Respublikasının Prezidentinin 04 oktyabar 2018-ci il tarixli 519 nömrəli Sərəncamı ilə 1 ədəd 3 mərtəbəli və 2 ədəd 4 mərtəbəli çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı hazırlıq işləri aparılmaqdadır;
- Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulmuş, çoxmərtəbəli yaşayış evlərinin əsaslı təmiri davam etdirilir.
- küçə və meydanlarda  5,5 min ədəd ağac, 13,5 min gül kolları, 35 min ədəd qızıl gül tingi əkilmişdir;
- Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında rayonun Böyük Qacar kəndində 96 və Təhlə kəndində 80 şagird yerli modul tipli ümumi, Nəcəfqulubəyli kəndində 56, İmamqulubəyli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün tədbirlər görülmüşdür;
Bu il rayonun Gərənə kəndi ərazisində məcburi köçkünlər üçün 1800 ailəlik hündürmərtəbəli yaşayş məhəlləsinin tikilməsi üçün tədbirlər görülmüş, bu məqsədlə 20 hektar torpaq ayrılması nəzərdə tutulmuşdur.
Hesabat dövründə Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işlərinin davam etdirilməsi, Yeni Daşkənd kənd tam orta məktəbinin 1 korpusunun və şəhər 3 saylı tam orta məktəbin tikintisi, Lənbəran kəndinin baş yolunun asfaltlaşdırılması, şəhərin ətraf 9 kəndlə birlikdə su-kanalizasiya sisteminin tikintisi üçün tədbirlər davam etdirilmişdir.  
Əminəm ki, digər obyektlərin tikintisi də 2019-cu ildə başa çatdırılacaq, 2018-ci il bütövlükdə rayonumuz üçün uğurlu olacaq, ilin qalan dövründə daha böyük nailiyyətlər əldə ediləcəkdir. 

Kommunal xidmətlər:

Hesabat dövründə əhaliyyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüş, 1470 fərdi ev və 230 sahibkarlıq obyektləri ilə kommunal xidmət göstərilməsi barədə bağlanmış müqavilələr icra olunur, rayon mərkəzində 65 küçə və meydanların 371 min kv. metr sahəsi müntəzəm süpürülür, küçə və meydanlar 78,3 min kub metrdən çox məişət tullantılarından və 22,2 min tondan çox çirkab sularından təmizlənmişdir. Mərkəzi zibilxanada məişət tullantılarının işlənilməsi davam etdirilmişdir. 
Bir ədəd 5 mərtəbəli və bir ədəd 2 mərtəbəli binaların 3850 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 17400 kv. metr fasad və giriş hissələri emusiya ilə rənglənmiş, 1871 kv. metr qapı və pəncərələr, 885 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 160 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 4 ədəd 5 mərtəbəli və 7 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 4 ədəd 5 mərtəbəli və 3 ədəd 4 mərtəbəli binaların 3350 kv. metr zirzəmiləri tullantılardan təmizlənmişdir.
Kommunal binalar 10200 kub metr məişət tullantılarından, 147325 kub metr çirkab sularından təmizlənmişdir.
Mənzil Təmir İstismar sahəsi üzrə gəlir proqnozuna 96,8 faiz əməl edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə prioritet istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
Pambıqçılığın, baramaçılığın inkişafının sürətləndirilməsi, şəkər çuğunduru istehsalının artırılması, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüş, mövcud pambıq zavodlarının emal avadanlıqları daha məhsuldar avadanlıqlarla əvəz edilməsinə başlanmış, yeni kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş, pambığın emalının müasir texnologiyasının tətbiqi üçün tədbirlər görülmüşdür. Bunlarla yanaşı 2019-cu ildə rayonda daha bir pambıq qəbulu məntəqəsinin tikintisi üçün tədbirlər görülməkdədir.  
9 ay ərzində rayonda 158,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 6,0 faiz çoxdur.
Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 771 min kub metr, açıq dren kanalları 378,5 min kub metr lildən təmizlənmiş, 177,7 min kub metr torpaq işi görülmüş, 1 ədəd nasos stansiyası, 45 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, 42 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş və sayğac quraşdırılmış, Tərtər çayının məcrasında 51 min kub metr tənzimləmə işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusu qazılmışdır. (Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı və Kələntərli kəndlərinin hər birində 1 ədəd,  Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd).
Bunlarla yanaşı 144 ədəd hidrotexniki qurğu, 29 ədəd hidropost, 9 km beton kanal, 6 ədəd nasos stansiyası cari təmir edilmiş, açıq dren-kolektorların ərazisində 1 hektar sahədə yeni meşə zolağı salınmışdır.
Əkinlrin ziyanvericilərdən qorunmasının təşkili üçün ərazilərdə müşahidə aparılmış, ziyanvericilər aşkar olunmuş ərazilərdə onlara qarşı mübarizə təıdbirləri görülməsi təmin edilmiş, ziyanvericilərin əkinlərə ziyan vurmasının qarşısı alınmışdır.
Həmçinin 111 ədəd özüyeriyən texnika, 20 ədəd traktor yedəyi, 47 ədəd asılan və qoşulan kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına götürülmüş, 745 ədəd özüyeriyən texnikaya, 140 ədəd traktor yedəyinə, 118 ədəd asılan və qoşulan texnikaya dövlət texniki baxışı keçirilmişdir.

Rayonda yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması təmin edilmiş,  9630 hektar sahədə pambıq, 406 hektar sahədə şəkər çuğunduru, 1104 hektar sahədə bostan məhsulları, 2533 hektar sahədə tərəvəz, 192 hektar sahədə kartof, 111 hektar sahədə qarğıdalı, 234 hektar sahədə dən üçün günəbaxan, 1993 hektar sahədə təzə yonca əkilmiş, sahələrdə yüksək məhsul yetişdirilmişdir.
Yetişdirilmiş məhsulun itkisiz yığılması üçün tədbirlər görülmüşdür.
Rayonda dənli bitkilərin yığımı başa çatmışdır.
Dənli bitkilərin (qarğıdalısız) 13858 hektar əkin sahəsindən 56112,0 ton, keçən ildəkindən 2,6 min ton çox taxıl istehsal edilmişdir. Hər hektardan orta hesabla 40,5 sentner məhsul yığılmışdır. Buğdanın məhsuldarlığı  hər hektardan orta hesabla 41,8 sentner, arpanın məhsuldarlığı hər hektardan 39,7 sentner olmuşdur. Keçən ilə nisbətən hər hektardan buğdanın  məhsuldarlığı 2,1 sentner, arpanın məhsuldarlığı 2,2 sentner artmışdır. Buğdanın məhsuldarlığına görə rayonumuz respublikada ikinci yerdədir.
Rayonumuzda pambıqçılığa dair keçirilən regional müşavirədə Azərbaycan Respublikasının Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər edilmiş, pambıq sahələrində yüksək məhsul yetişdirilmişdir.
İndiyədək 12 min tondan çox məhsul istehsal edilmişdir, hər gün 800-850 ton pambıq yığılır, hektardan orta hesabla təqribən 30 sentnerdən çox məhsul götürülür. Bu gün 10450 nəfər təkcə pambıqçılıqda işlə təmin olunmuşdur.
Digər kənd təsərrüfatı məhsullarının yığımı uğurla davam etdirilir.
İndiyədək rayonda 11 min ton çuğundur, 26 min tondan çox bostan məhsulları, 8,5 ton pamedor-xiyar, 2,3 min tondan çox kartof, 18 min tondan çox soğan, 841 ton qarğıdalı, 234 ton günəbaxan, 6,4 min ton kələm, 4,8 min ton badımcan, 2,6 min ton bibər, 3,7 min ton yerkökü, 926,5 ton sarımsaq, 7,6 min tondan çox yonca 612 ton süfrə çuğunduru istehsal edilmişdir.
Payızlıq əkinlər də müvəffəqiyyətlə davam etdirilir. İndiyədək 56 hektar sahədə buğda, 422 hektar sahədə dənlik arpa, 610 hektar sahədə kələm, 376 hektar sahədə baş soğan, 14 hektar sahədə sarımsaq, 1026 hektar sahədə təzə yonca, 866 hektar sahədə xəsil arpası əkilmişdir.
  Hesabat dövründə heyvan xəstəliklərinin qarşısının alınması üçün 99590 baş iri buynuzlu, 1407 baş tək dırnaqlı, 143402 xırda buynuzlu heyvanlar qarayara, 2158 baş cavan iri buynuzlu heyvanlarda revaksinasiya qarayara,  155684 baş iri buynuzlu və 94345 baş  xırda buynuzlu heyvanlar dabaq, 10642 baş iri buynuzlu və 5003 xırda buynuzlu heyvanlar leptospiroz, 143550 baş  xırda buynuzlu heyvanlar çiçək, 28608 baş xırda buynuzlu heyvanlar brüselyoz Rev-1, 92153  baş iri buynuzlu heyvanlar nodulyar dermatit, 13924 baş iri buynuzlu heyvanlarda brüsellyoz, taun xəstəliyi əleyhinə 591338 baş quşlar “H” vaksini və 589003 baş quşlar “La-sota” vaksini ilə, 7997 baş itlər quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.
Epizotik tədbirlər planına uyğun olaraq 9 ay ərzində 16346 baş iri buynuzlu və 2628 baş xırda buynuzlu heyvanlardan qan nümunələri götürülərək brüsellyoz xəstəliyinə görə labarator analizdən keçirilmiş, 81 baş iri və 36 baş xırda buynuzlu heyvanlarda brüsellyoz xəstəliyi aşkar edilərək təsərrüfatdan çıxarılaraq zərərsizləşdirilmişdir.
Həmçinin 5197 baş iri buynuzlu heyvanlar  vərəmə görə, 882 baş tək dırnaqlı heyvanlar manqo xəstəliyinə görə  müayinə edilmişdir.
Tədbirlər planına uyğun olaraq rayona damazlıq üçün gətirilmiş cins heyvanlar profilaktiki müayinə edilmiş və peyvənd edilmişdir. Rayonun təsərrüfatlarında heyvan saxlanılan ərazilərdə 59,7 min kv. metr sahə profilaktiki və 20,3 min kv. metr sahə məcburi dezinfeksiya edilmişdir.
9 ay ərzində 6120 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 3414  baş sağlam bala alınmışdır.
9 ayın sonuna  təsərrüfatlarda 96 min 886 baş iri buynuzlu mal-qara, o cümlədən 43 min 583 baş inək və camış, 144 min 935 baş qoyun və keçi mövcud olmuşdur.
9 ay ərzində diri çəkidə 15,4 min ton ət, 59,2 min ton süd, 26,8 milyon ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilin müvafiq dövrünə  nisbətən  ət istehsalı 2,0 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 2,0 faiz artmışdır. 
Cari ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmiş, təsərrüfatlarda mövcud və yeni əkilmiş tut tingələrinə aqrotexniki qaydada qulluq olunmuşdur. Baramaçılığın inkişafı üçün rayonda möhkəm yem bazası yaradılmışdır.
Cari ildə 219 nəfət kümçü 520 qutu barama götürüb saxlamış, 24,533 ton barama istehsal edilərək proqnoza 116,8 faiz əməl edilmişdir. 2017-ci ildəkindən təqribən 2 dəfə çox barama istehsal edilmişdir.
2019-cu ildə barama istehsalının daha da artırılması üçün mövcud tut tingləri budanmış, yeni əkilmiş tut tinglərinin aqrotexniki qaydada becərilməsi üçün tədbirlər davam etdirilmişdir.
9 ay ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 600 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Hesabat dövründə həmçinin rayon mərkəzində hər həftənin şənbə və bazar günlərində yarmarkalar təşkil edilmiş, indiyədək rayon mərkəzində keçirilən yarmarkalarda 850 tondan çox kənd təsərrüfatı və ərzaq məhsulları bazar qiymətindən 30-35 faiz aşağı qiymətə satılmışdır.
Əhalinin sosial müdafiəsi məsələləri daima diqqət mərkəzində saxlanılmışdır.
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, 9 ay ərzində 19528 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
2018-ci ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə 4913,2 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 3378 min manat (95,7%), qeyri-büdcə təşkilatları üzrə 1535,2 min manat (96,6%) vəsait toplanaraq cəmi proqnoza ümumilikdə 96 faiz əməl edilmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən qeyri büdcə təşkilatları üzrə 389,5, fiziki şəxslər üzrə 66 min manat çox vəsait toplanmışdır. 
Hesabat dövründə bir pəncərə prinsipi ilə 802 fiziki və 58 hüquqi şəxs qeydiyyatdan keçmiş, pay torpağı olan 305 nəfər qeydiyyata götürülmüşdür.
9 ay ərzində 3178,5 min manat vəsait icbari sığorta proqramı vasitəsilə sığortaolunanlar üzrə bölüşdürülmüşdür.
9 ay ərzində 254 nəfərə pensiya işi təyin edilmiş, 9396 nəfərə sosial müavinət, təqaüd və kompensasiya verilmiş, 253 nəfərə evində sosial xidmət göstərilmişdir.
Rayonda təqaüdlər və bütün növ müavinətlər mövcud bankomatlar vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
İmtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəliliyi, işləməyən əhalinin uçotu mövcud qanun əsasında aparılması davam etdirilmişdir.
Bunlarla birlikdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində maarifləndirmə işləri genişləndirilməli, təşkilatların debitor borclarının azaldılması üçün tədbirlər,  aztəminatlı əhali ilə ardıcıl və məqsədyönlü işlər bundan sonra da davam etdirilməlidir.
Əhalinin məşğulluğunun təmini üçün işlər davam etdirilmişdir. 9 ay ərzində 1536 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 595 nəfər işaxtaran münasib işlə təmin (129 nəfər qadın, 268 nəfər gənc, 67 nəfər məcburi köçkün, o cümlədən 6 nəfər əlil) edilmişdir. Müraciət edənlərdən 2 nəfərə işsizlik statusu verilərək, sığorta ödənişi təyin edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 11 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
İndiyədək 138 nəfər özünəməşğulluq layihəsi üzrə kurslara cəlb edilmişdir.
14 sentyabr 2018-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, yarmarkaya 5-i dövlət, 12-si qeyri dövlət müəssisəsindən 217 vakansiya çıxarılmış, yarmarkada 61 nəfər vakant iş yerlərinə göndərilmiş, 54 nəfər münasib işlə təmin edilmiş, 12 nəfər peşə hazırlığı kursuna cəlb edilmişdir.
Bunlarla yanaşı gənclərin rayonun əmək bazarına uyğun peşələri seçmələri üçün çoxsaylı maarifləndiurrici söhbətlər aparılmış, onlara hüquqi yardımlar göstərilmişdir.
İlin 9 ayında sığorta sahəsində işlər davam etdirilmiş, 107,4 min manatdan çox sığortala işləri aparılmış, proqnoza 95,5 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, rayonun Gərənə kəndi ərazisində hündürmərtəbəli binalardan ibarət 1800 ailəlik yaşayış məhəlləsinin tikilməsi üçün 20 hektar torpaq sahəsi ayrılmış və hazırda yaşayış məhəlləsinin layihə-smetası hazırlanır. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə daima əlaqə saxlanılılır, onların kompakt yaşadıqları yerlərdə vaxtaşırı görüş-qəbullar keçirilir, qaldırılan məsələlərin yerindəcə həll edilir. Məcburi köçkünlərin dövlət tərəfindən verilmiş bütün imtiyazlardan istifadə etmələri, humanitar təşkilatlar tərəfindən edilən yardımların onlara çatdırılması təmin edilir.
Hesabat dövründə dövlətimizin və xalqımızın tarixində əlamətdar günlərdə imkansız ailələrə, ahıl şəxslərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardım göstərilməsi, onların ailələrinə sovqatlar göndərilməsi davam etdirilmişdir.
Elektrik enerjisi təchizatı.
9 ay ərzində 35/10 kv-luq Şirvanlı yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılmış, şəbəkədə 4 ədəd 35 kv-luq, 72 ədəd 10 kv-luq və 129 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 650 ədəd 10 kv-luq zədəli izalyator və 4203 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  421 ədəd yeni sayğac quraşdırılmış, 85,2 km SİP kabel çəkilmiş, 15,6 km qüsurlu naqillər yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq yarımstansiyalarda 40 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir edilmişdir.
54 ədəd 10/04 kv-luq transformator təmir edilmişdir.
9 ay ərzində 29 kəndin 53 qidalandırıcı transformatorunun elektrik şəbəkəsi tam, 31 kəndin 54 qidalandırıcı transformatorunun şəbəkəsi qismən kabelləşdirilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlak edilmiş elektrik enerjisinin dəyəri 95, 7 faiz ödənilmişdir.
Təbii qazla təchizat
Hesabat dövründə yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmiş, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər görülmüşdür. 
9 ay ərzində podratçı təşkilatlar tərəfindən 85,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndlərində kütləvi qaydada 1149, fərdi qaydada, daha 206 ailəyə fərdi qaydada təbii qaz verilmişdir. Bərdə-Ağdam avtomobil yolunun kənarında “Meyvə bağı” adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmışdır.
Hazırda rayonun Hcıəhmədli, Məşədiibişli və Təhlə kəndlərinin 178 aabonentinə təbii qaz vermək üçün layihə işləri aparılır.
Rayonun 110 yaşayış məntəqəsindən 107-si və ya 97,2 faizi, abonentlərin 99,5 faizindən çoxu təbii qazla təmin edilmişdir.
Bunlarla yanaşı 117 km müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 70 p/metr qaz xətləri dayaq üzərinə çıxarılmış, 820 p/metr qaz xətləri kol-kosdan çıxarılmış, abonentləri fasiləsiz və itkisiz təbii qazla təmin etmək üçün şəbəkədə 97 ədəd qaztənzimləyici, 696 ədəd qaz krantları, 91 ədəd FQT quraşdırılmış, 1184 qəza çağırışının nəticələri aradan qaldırılmış. 7602 qaz sızmaları aradan qaldırılmış, 89 ədəd sayğac texniki normaya uyğun quraşdırılmış, 5893 p/metr müxtəlif diametrli qaz xətləri korroziya əleyhinə rənglənmişdir. 
Görülmüş tədbirlər nəticəsində şəbəkədə itki 11,4 faiz olmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlak ediliş təbi qazın dəyəri 108,2 faiz, o cümlədən əhali üzrə 117,4 faizi, qeyri əhali üzrə 79,4 faiz ödənilmişdir.
İstiliklə təminat
Rayonda işlək vəziyyətdə olan 8 istilik-qazanxana sistemlərindən istifadə olunması davam etdirilmiş, 8814 qeka-kalori istilik istehsal edilərək 69,2 min kv. metr yaşayış sahəsi istiliklə təmin edilmişdir. Hazırda 1454 ailə fasiləsiz olaraq istilik elektrik enerjisi ilə təmin olunur.
İstehlak edilmiş istilik enerjisinin dəyəri tam ödənilmişdir. 
İstilik-qazanxana sistemələrinin yeni mövsümə hazırlığı ilə əlaqədar təmir işləri başa çatdırılmışdır. 
İçməli su ilə təchizat
Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncamı əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğular quraşdırılmış, 4 kənddə içməli su şəbəkəsi və 36 bulaq tikilmişdir. 
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında rayonun Arabaçılar və Hacılar kəndlərində içməli su şəbəkəsinin tikilməsi və artezian quyusunun vurulması üçün layihə-smeta sənədləri hazırlanmış və artıq Arabaçılar kəndində subartezian quyusunun qazılmasına başlanmışdır. Nazırlı, Birinci Qazaxlar, Mehdili və Piyadalar kəndlərinin sakinlərinin  içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 4 ədəd subartezian quyusunun qazılması və su şəbəkəsinin tikilməsi üçün ərazidə topoqrafiya işləri aparılmış, layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır.
9 ay ərzində kommersiya strukturlarında 62 ədəd su sayğacı quraşdırılmış, 5 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 38 ədəd quyunun dərinlik nasosları və elektrik təsərrüfatı əsaslı təmir edilmiş, şəhərin su şəbəkəkəsində təmir-bərpa işləri aparılmış, 492 ədəd su qəzasının qarşısı alınmışdır.
Görülmüş tədbirlər nəticəsində istehlak edilmiş içməli suyun haqqı 96 faizi, o cümlədən əhali üzrə 95,3 faizi, qeyri-əhali üzrə 100 faiz ödənilmişdir.
Rabitə xidməti
Hesabat dövründə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı əsasında əhaliyə göstərilən rabitə və informasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmişdir.
Bərdə şəhərinin Tərtər çayının sağ sahilində 1400 nömrəlik Elektron ATS tikilmiş, abonentlərin xətti və optik kabeli yeni stansiyaya köçürülmüş, rayonun Təhlə kəndində 160 nömrəlik Elektron ATS quraşdırılmış, Yeni Daşkənd kəndinə 2 km optik birləşdirici kabel çəkilmiş, Mehdixanlı, Umudalılar, Seidyusifli, Hacallı, Həsənqaya kəndlərində 3,2 km yeni xətlər çəkilmiş, Şirvanlı, Mustafaağalı, Qaradəmirçi kənd  EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılmış, Otuzikilər kənd EATS-dən Bayramlı kəndinə 1 km hava rabitə xətti çəkilmiş, 11 kəndin və şəhərin küçələrinnin rabitə şəbəkəsində təmir işləri aparılmış,  şəbəkədə 15,5 km naqil yenisi ilə əvəz edilmiş, 254 ədəd yeni dirək və 163 ədəd beton calaq basdırılmış, 585 abonentə telefon verilmişdir.   
9 ayda 823 abunəçi internet xəttinə qoşulmuşdur.
9 ay ərzində Telekommunikasiya qovşağında gəlir proqnozuna 113 faiz, əhaliyə poçt xidməti proqnoza 92,9 faiz əməl edilmişdir.
Təhsil
Hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəb əsaslı təmir edilmiş, Qaratəpə və Hacılı kəndlərində hər biri 80 şagird yelik modul tipli ümumi orta məktəb tikilib istifadəyə verilmiş, Güloğlular kəndində 220 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılma ərafəsindədir. Yeni tədris ilinə hazırlıqla əlaqədar Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-liseydə, şəhər 5 saylı, Mustafağalı kənd tam orta məktəblərində yüksək səviyyədə təmir işləri aparılmış, digər məktəblər daxili imkanlar hesabına təmir edilmişdir. Həmçinin orta şəhər 2 saylı tam orta məktəbin sökülüb yenidən tikintisi işlərinə, 5 kənddə modul tipli məktəblərin quraşdırılmasına yaxın vaxtlarda başlanacaqdır.
Hesabat dövründə məktəblərdə təlim-tərbiyyə işinin yaxşılaşdırılması üçün ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyəti öyrənilmiş, açıq dərslər keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məktəb rəhbərlərinə və müəllimlərə tövsiyyə və məsləhətlər verilmiş, metodiki köməklik göstərilmişdir.
Məktəblərdə elmi-nəzəri, metodiki, psixoloji baxımdan interaktiv təlim metodları və onlardan istifadə olunması mövzusunda seminarlar keçirilmiş, dəyirmi masalar təşkil edilmiş, müxtəlif mövzularda unşa və rəsm müsabiqələri keçirilmişdir. Rayonun məktəblərində elmi nəzəri, metodiki, psixoloji baxımdan interaktiv təlim metodları və onlardan istifadə olunması mövzusunda seminarlar keçirilmiş, dəyirmi masalar təşkil edilmiş, “Şagirdlərin nitq mədəniyyətinin formalaşdırılması”, “Motiviasiya fəal təlimdə dərsin mühüm mərhələsidir”, “Əgər sülh elçisi olsaydım”, ”Bayrağımız qurur mənbəyidir”, “Bayraqlar icində seçilən bayraq”  mövzusunda inşa müsabiqəsi, “Fövqalədə hallar uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi təşkil edilmişdir.
Məktəblərdə təlim-tərbiyə işinin yaxşılaşdırılması sahəsində ayrı-ayrı fənlərin tədrisi vəziyyətinin öyrənilməsi, IV, IX və XI sinifif şagirdlərinin ümumrayon sınaq test yoxlamaları aparılmış, IX və XI buraxılış sinif şagirdlərinin məktəblərdə 8 fənn üzrə sınaq testləri təşkil edilmişdir.
Tarixə 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqrımının 26-cı ildönünunun keçirilməsinə dair tədbirlər planına əsasən “Xocalı soyqırımı tarixə yazılmış cinayət” mövzusunda ümumtəhsil məktəblərində inşa yazı, “Xocalı fəryadı” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, həmin rəsmlərdən ibarət sərgilər  təşkil edilmişdir.
Gənclərin hərbi xidmətə hazırlanmasıni üçün “Şahin” hərbi idman oyunlarının məktəblərin VIII-X sinif şagirdləri arasında 29 mart 2018-cı il tarixdə final yarışları keçirilmiş, birinci yeri i tutmuş şəhər 5 saylı tam orta məktəbin komandası Naftalan şəhərində keçirilən zona mərhələsinə vəsiqə qazanmışdır.
Ulu öndər H.Əliyevin anadan  olmasının  95-ci  illiyi münasibətilə ümumtəhsil məktəb şagirdləri  arasında  “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmiş, rayonun 2 №-li Nazırlı kənd tam orta məktəbin XI sinif şagirdi Mehdiyeva İlahə Rövşən qızı  qalib olaraq respublika mərhələsində II yerə çıxmış, qızıl medala layiq görülmüşdür. 
    Təhsil Nazirliyinin əmri əsasında rayonda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçilmiş,  rayonun Qazaxlar kənd tam orta məktəbinin IX sinif şagirdi Kərimova Zəhra Mərdan qızı rayon qalibi olmuş və respublika turunda iştirak etmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intelektual yarışmasında  rayon arasında rayonumuzu təmsil edən Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin, şəhər 3 nömrəli, Xanqaraqoyunlu kəna tam orta məktəblərindən təşkil edilmiş “Harun” komandası birinci yerə layiq görülmüşdür. 
2017-2018-ci ində rayonun ümumtəhsil məktəblərinin IX sinifində 1746, XI sinifində 1220 nəfər şagird təhsil almış, IX sinifi bitirən  1659 məzundan 1598-i adi,  61 nəfəri fərqlənmə atestatı, XI sinifi bitirən  1159 məzundan 1 nəfəri qızıl medala, 33 nəfəri fərqlənmə attestaına layiq görülmüşlər.
İmtahanlarda iştirak edən məzunların müvəffəqiyyət faizi otən ildəkindən yüksək olmuşdur.
XI sinif məzunlardan 729 nəfəri və ya  63 faizi ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 533 nəfəri və ya 73 faizi ali məktəblərə qəbul olmuşlar.
Ali məktəbə qəbul üçün sənəd verən məzunlardan 106 nəfəri və ya təqribən 20 faizi 500-dən, o cümlədən 47 nəfəri 600-dən  yuxarı bal toplamışlar.
Rayonun tarixində ilk dəfədir ki, ali məktəb tələbəsi adı alanların sayı 533 nəfərdir. Bu il təkcə Bakı Dövlət Universitetinə 92 nəfər bərdəli məzun daxil olmuşdur. Şəhər 8 saylı tam orta məktəbin məzunu 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakultəsinə daxil olmuşdur. 
Bu nailiyyətlərin əldə edilməsində Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin, şəhər 3, 4, 5, 8, Samux, Qaradəmirçi, Xanqaraqoyunlu, Kətəlparaq, Şirvanlı, Əmirli, Kürdborakı, Saatlı, Muğanlı, Gülgəzli, Mustafaağlı, Xəsili, Zümürxan, Bəcirəvan, Gərənə, Göyüşlü, Soğanverdilər, Mirzalıbəyli, 2 saylı Hacallı məktəblərini qeyd etmək istərdim.
Yeni tədris ili ilə əlaqədar müəllimlərin konfransı keçirilmiş, gənc müəllimlər qabaqcıl müəllimlərin açıq dərslərinə cəlb edilmişdir.
Rayonun 8 tam orta məktəbində təmayül siniflər, 3 məktəbində hər birində 1 sinif olmaqla pilot layihələr fəaliyyət göstərir, olimpiyadalar respublika mərhələsidə yüksək nəticələr göstərmiş, 6 və 7-ci sinif şagirdlərindən ibarət şəhər 3 saylı tam orta məktəbin nəzdində riyaziyyat-informatika, şəhər 5 saylı tam orta məktəbin nəzdində biologiya, fizika və kimya fənləri tədris olunmaqla təmayül siniflər fəaliyyət göstərir.
Xanqaraqoyunlu kənd tam orta məktəbinin X sinif şagirdi Xudiyeva Rəşidə Nadir qızı Beynəlxalq elm olimpiyadasının seçim turunda respublika üzrə 5-ci nəticəni göstərib və hazırda Bakı şəhərində hazırlıq turunda iştirak edir.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə  rayonda nailiyyətlərin əldə edilməsində xidmətləri olan şəhər 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mirzəyeva Rüxsarə Məhərrəm qızı “Tərəqqi medalı” ilə təltif edilmiş,  şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Ağayeva Rühiyyə İbrahim qızı və şəhər 6 saylı tam orta məktəbin fiziki tərbiyyə  müəllimi Əliyev Nurəddin Qəhrəman oğlu Təhsil Nazirliyinin “Fəxri fərman”ına layiq görülmüşlər.
Səhiyyə xidməti
Hesabat dövründə əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmişdir.
9 ay ərzində 30 həkim və 52 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 10 fevral 2018-ci il tarixdən 1 may 2018-ci il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar indiyədək 136 müəssisə və təşkilatların işçiləri və 59 kəndin sakinləri daxil olmaqla  96437 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 313 nəfər ambulator, 275 nəfər stosionar müalicəyə cəlb edilmiş, 156 nəfər müayinə və müalicə üçün Bakı şəhərinin klinikalarına göndərilmişdir.
9 ay ərzində səhiyyə müəssisələri tərəfindən 290 nəfər diabetli, 124 nəfər yeni törəməli, 12 nəfər böyrək çatışmazlığı, 95 nəfər vərəmli xəstə aşkar edilmiş, 16 nəfər hemofiliyalı və 37 nəfər talassemiya xəstələri nəzarətdədir.
Hazırda vərəmli xəstələrdən 24 nəfəri “DOTS müsbət” proqramı ilə müalicə olunur.
9 ay ərzində 1602 nəfər hamilə qadın tibbi nəzarətə götürülmüş, 1042 qeysəriyyə əməliyyatı aparılmış, 2243 diri uşaq doğulmuşdur.
9 ay ərzində 2277 cərrahi əməliyyatı, o cümlədən 347 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
9 ayda xəstəliklərin aşkarlanması üçün tibb müəsisələri tərəfindən 5147 nəfərdən qalın qan nümunəsi götürülərək parazitoloji laboratoriyada, 3224 nəfərdən qan nümunəsi götürülərək regional laboratoriyada analiz edilmişdir.
Xəstəliklərin qarşısının alınması üçün kompleks tədbirlər davam etdirilmiş, 15038 nəfər idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd edilmişdir. 
Rayonda perinatal ölümlərin, ölü doğulanların, erkən neonatal ölümlərin sayı orta respublika səviyyəsindən aşağıdır.
Hesabat dövründə imtiyazlı şəxslərin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, şəkərli diabet xəstələri qlükometr aparatı, şəkərsalıcı dərmanlarla təmin edilməsi davam etdirilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında 9 ay ərzində nigaha daxil olmaq istəyən 560 nəfər tibbi müayinədən keçirilmişdir.
Xəstələrin ərzaq məhsulları təmini üçün tədbirlər görülmüş, 9 ay ərzində 95,9 min manatlıq ərzaq məhsulları alınmışdır.
Hesabat dövründə rayon ərazisində pestisid və mineral gübrə saxlanılan yerlərdə müayinə tədbirləri görülmüş, uşaq və yeniyetmə müəsisilələrində gigiyena qaydalarına əməl olunmasına, təbii su mənbələrində, iş yerlərində sanitariya qaydalarının gözlənilməsinə, apreklərdə dərman pereparatlarının saxlanılmasına, qida məhsullarının saxlanılmasına və daşınmasına nəzərət olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Rayonda uşaqların vaxtlı-vaxtında peyvəndləri aparılır, aşkar edilmiş infeksion xəstəliklər barədə məlumatlar elektron müşahidə sistemində yerləşdirilməsi davam etdirilmişdir.
9 ayda sanitariya qayda və normalarını pozduqlarına görə 6 ictimai iaşə, 1 ərzaq ticarəti, 1 kommunal obyektin rəhbərinə xəbərdarlıq edilmişdir.
Rayonda ərazilərin sanitariya qaydalarına uyğun saxlanılması, infeksiya daşıyıcılarına qarşı mübarizə tədbirləri davam etdirilmiş, 9 ay ərzində 99 obyektdə ayda 2 dəfə olmaqla tədbirlər aparılmış, 150 min kv. metr ərazi deratizasiya, 154,3 min kv. metr ərazi dezinseksiya və 450 kv. metr ərazidə dezinfeksiya işləri aparılmışdır. 
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində hesabat dövründə rayonda ciddi yoluxucu xəstəliklərin yayılmasına yol verilməmişdir.
Mədəni xidmət
Rayonun Mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirlməsi üçün tədbirlər davam etdirilmiş, “Bərdə” türbəsi və Torpaqqala tarixi abidsi bərpa  və əsaslı təmir edilmiş, rayon Mədəniyyət mərkəzi yenidən qurulmuşdur. 
9 ay ərzində mədəniyyət müəssisələrində 1651, o cümlədən Mədəniyyət mərkəzində 36, mədəniyyət evlərində və klublarda 1364, kitabxanalarda 1034, musiqi və incəsənət məktəblərində 211, Heydər Əliyev mərkəzində 24, Tarix-diyarşünaslıq muzeyində 21, Rəsm qalereyasında 18 mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 281 mindən çox əhali iştirak etmişdir.
Rayonun kitabxana sistemi 386 nüsxə uşaq ədəbiyyatı olmaqla 1561 nüsxə ədəbiyyatla zənginləşmişdir.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş, mərkəzi 37 min nəfərdən çox insan ziyarət etmişdir.
Rayon Tarix Diyarşünaslıq Mərkəzində 21 tədbir keçirilmiş, muzeydəki eksponatlara 2292 nəfər baxmışdır.
Rayon Rəsm Qalereyasında 18 tədbir keçirilmiş, qalareyadakı sərgilərə 2300 nəfər tamaşa etmişdir.
Rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti yüksəlmiş, müəssisələrdə xalqımızın həyat və tarixi ilə əlaqədar müxtəlif formatlı tədbirlər keçirilmiş, konsert və tamaşalar nümayiş etdirilmiş, tarixi şəxsiyyətlərin yubileyləri ilə bağlı gecələr, günlər keçirilmiş, kitab bayramları, kitab sərgilri təşkil edilmişdir. Bunlarla yanaşı rayonun mədəniyyət və incəsənət işçilərinin, musiqiçilərinin Heydər Əliyev adına park-bulvarda, Qəhrəmanlar parkında, Bayraq meydanında, rayonda dislokasiya olunmuş hərbi hissələrdə açıq havada çıxışları təşkil olunmuş, gənclərin təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması təşkil edilmişdir.
Mədəniyyət müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yublileyi böyük coşqu və sevgi ilə təntənəli qeyd edilmiş, müxtəlif nominasiyalı çoxsaylı tədbirlər keçirilmişdir.
Turistlərin rayona cəlb olunması üçün 9 ay ərzində Turizm İnformasiya Mərkəzində tədbirlərin görülməsi davam etdirilmiş, “Strateji yol xəritəsi”nə uyğun olaraq tədbirlər görülmüş, kənd yaşıl turizmi ilə məşğul olan şəxslər müəyyənləşdirilmiş, onlarla maarifləndirici söhbətlət aparılmış, evlər barədə məlumatlar toplanmışdır.
Turizm İnformasiya Mərkəzində xalqımızın və dövlətimizin tarixində əlamərdar günlərə həsr edilmiş tədbirlərlə yanaşı əhalinin turizmə təşviq edilməsi üçün maarifləndirici tədbirlər görülmüşdür.
Həmçinin mərkəzdə rayonun tarixi abidələrini və gəzməli-görməli yerlərini əks etdirən stend nümayiş etdirilmiş, rayonun tarixi abidələrini, park və meydanlarını özündə əks etdirən suvenirlər və Mərkəzin göstərdiyi xidmətləri əks etdirən flayder hazırlanaraq turistlərə verilmişdir. Rayonun mədəniyyət müəssisələrində keçirilmiş bütün tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında, rayon Mədəniyyət və Turizm şöbəsinin facebook səhifəsində paylanılması davam etdirilmişdir. 
Gənclərlə iş
Hesabat dövründə gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 42, idmanla bağlı 18 tədbir keçirilmişdir. Bu tədbirlərdə 5,7 min nəfər iştirak etmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində işlərin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün geniş tədbirlər həyata keçirilmişdir. Mart ayında “Şahin” hərbi oyunların rayon birinciliyi keçirilmiş, şəhər 5 saylı tam orta məktəbin komandası birinci yeri, Respublika birinciliyinin zona turunda isə üçüncü yeri tutmuşdur. 
Gənclər arasında tarixi həqiqətlərin təbliğ edilməsi məqsədilə 9 ay ərzində 20 Yanvar, Xocalı faciələrinin ildönümü, Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar disputlar və dəyirmi masalar təşkil edilmiş, 2 fevrla –Gənclər günü, Novruz bayramı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi rayonda geniş qeyd edilmiş, müxtəlif nominasiyada silsilə tədbirlər keçirilmişdir. 
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində yaradılmış “Book cafe”-də bir sıra tədbirlər, o cümlədən “Azərbaycan – doğma diyar” mövzusunda “Nə? Harada? Nə vaxt” intelektual oyunu keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Xüsusi istedada malik yeniyetmə və gənclərin aşkar edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə məktəblilər arasında inşa-yazı və rəsm müsabiqələri keçirilmişdir. 
9 ay ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində turism gəzintisində olmuşdur.
Narkotiklərlə mübarizə və sağlam həyat şəraitinin təbliği sahəsində tədbirlərin keçirilməsi davam etdirilmişdir.
9 ay ərzində yeniyetmələr və gənclər sərbəst güləş, cudo, kikboksinq, futbol, karate-do, kyokuşinkaykan karate, “VMH” poliatlon çoxnövçülüyü və şahmat, üzrə 18 yarış keçirilmiş, bu yarışlarda 1855 nəfər gənc idmançı öz qüvvəsini sınamışdır.
9 ayda rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında 9 qızıl, 19 gümüş və 16 bürünc olmaqla 44 medal qazanmışlar. 
İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu 9 ay ərzində sakinlərlə 232 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 40 min nəfərdən çox dinləyici etmişdir.
Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatının mərkəzinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 9 ay ərzində 6 tədbir keçirmiş, ümummilli lider Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.
Rayonumuzda Prezident seçkiləri Seçki Məcəlləsinə uyğun tam demokratik və aşkarlıq şəraitində keçirilmiş, 16 seçici məntəqəsində seçkilərin gedişi ictimaiyyət tərəfindən izlənmiş, 50-yə yaxın məntəqədə beynalxalq və yerli müşahidəçilər olmuş, 8 seçki məntəqəsində exit-poll aparılmış və heç bir noqsan, pozuntu aşakar edilməmiş,  exis-pollun nəticələri ilə seçkilərin nəticəsi eyni olmuşdur.
Sakinlərimiz yekdilliklə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə səs vermiş, bununla gələcəyə, Azərbaycanın inkişafına və tərəqqisinə səs vermişlər, ölkəmizdə aparılan siyasəti müdafiə etdiklərini bir daha nümayiş etdirmişlər. 
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir 9 ay ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda inanclı insanların dini ibatədlərinin təmin edilməsi üçün tədbirlər görülmüş, məhərrəmlik mərasimləri heç bir insident olmadan keçirilmiş, Aşura günü imamzadədə təşkil edilmiş qanvermə aksiyasında  119 nəfər iştirak etmişdir. 
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri bir daha göstərdi ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur. Hazırda  rayonda Yeni Azərbaycan Partiyasının 11 min nəfərdən çox üzvü vardır.
Ordu quruculuğu
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 9 ay ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
9 ay ərzində rayonun sakinləri ordu quruculuğu üçün 61,2 min manatdan çox və ya keçən ilin müvafiq dövründəkindən 11,4 min manatdan çox (22,9%) maddi yardım göstərmişlər.
Kriminogen vəziyyət
Cari ilin ötən dövründə rayonda hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, yetkinlik yaşına çatmayanların və öz hüquqlarını icra etməyə imkanı olmayanların hüquqlarının təmini sahəsində işlər davam etdirilmişdir.
9 ayda 254 cinayət faktı qeydə alınmış, onların 96 faiznin açılması təmin edilmişdir.
Rayon Polis şöbəsi tərəfindən 37 nəfərdən ibarət 15 cinayətkar dəstə zərərsizləşdirilmiş, təqsirləndirilən şəxslərin tutulması 82 faiz, xəbərsiz itkin düşənlərin tapılması 76,9-nin tapılması təmin edilmişdir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində işlər davam edirilmiş, 9 ay ərzində bu sahədə 37 cinayət hadisəsi aşkar edilmiş, bu faktlar üzrə 37 nəfər cinayət və 5 nəfər inzibati məsuliyyətə cəlb edilmiş, 10 kq 521,231 qram çəkidə müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılmışdır.
9 ay ərzində 40 nəfər, o cümlədən 5 nəfər evdən qaçan, 8 nəfər valdeyn müraciəti əsasında çətin tərbiyə olunduğu, 13 nəfər barədə material olduğuna, 14 nəfər digər hüquqpozmaları üzrə yetkinlik yaşına çatmayan aşkar edilmiş, 2 nəfər yetkinlik yaşına çatmayanın valideynlərinə inzibati protokol tərtib edilmiş, haqlarında tədbir görülmüşdür. 15 nəfər barəsində profilaktiki iş açılmış, 3 nəfər islah olunmadığına görə profilaktiki işin müddəti uzadılmış, 3 nəfər barəsində profilaktiki iş müsbət nəticəyə görə dayandırılmışdır. Yetkinlik yaşına çatmayanlar tərəfindən 3 cinayət törədilmişdir.
9 ayda 5032 yol hərəkəti qaydalarının pozulması aşkar edilərək aidiyyatı sürücülər barələrində inzibati protokol tərtib edilərək 4117210 manat məbləğində cərimə edilmiş, onun 363431 manatının ödənilməsi təmin edilmişdir.
9 ay ərzində 15 yol nəqliyyat hadisəsi olmuş, bu hadisələrdə 6 nəfər ölmüş, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Keçən ilin müvafiq dövrünə nisbətən yol-nəqliyyat hadisələrinin azalmasına baxmayaraq yenə də çox olmaqla qalır.  
Hüquqi biliklərin təbliği, narkotiklərlə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində rayonda çoxsaylı tədbirlər keçirilmişdir.
Rayonda dini radikalizmlə mürarizə sahəsində işlər davam etdirilmiş, bu məqsədlə müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin nümayəndələri 54 məhkəmə işində iştirak etmiş, 5 nəfərin övladlığa uşaq götürmələri ilə əlaqədar rəy verilmiş, valideyin himayəsindən məhrum olmuş 18 nəfər, 8 nəfər hər iki valideynlərini itirmiş uşaq müəyyənləşdirilmiş, yol verilmiş inzibati xətaya görə 19 nəfər 2180 manat cərimə olunmuşdur.
Hesabat dövründə yetkinlik yaşına çatmayanların və öz hüquqlarını icra edə bilməyənlərin hüquqlarının qorunması daima diqqət mərkəzində saxlanılmış, valideynlərinin müraciətləri əsasında 12 nəfərin adı və ya soyadı dəyişdirilmiş, 18 nəfər yetkinlik yaşına çatmayan və 9 nəfər fəaliyyət qabliyyəti olmayan qəyyumluğa verilmişdir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, ictimai asayişin qorunması sahəsində bundan sonra da ardıcıl iş aparılmalıdır.
      Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili
Rayon İcra Hakimiyyəti başçısı aparatına, tabeli qurumlara daxil olan vətəndaş müraciətlərinə mövcud qanuna uyğun baxılması, vətəndaşların qəbulu işləri davam etdirilmişdir.
9 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 1322  ədəd, dövlət orqanlarından 752 ədəd, bilavasitə vətəndaşlardan 570 müraciəti daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel 503 nömrəli Fərmanının icrası təmin edilərək daxil olan bütün vətəndaş müraciətləri, müraciətlərlə əlaqədar görülən bütün işlər vahid informasiya sisteminə daxil edilməsi davam etdirilmişdir.
9 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  12011  nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1796  nəfər qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 30 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 6040 nəfər sakinin iştirakı təmin edilmiş, 333 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaş müraciətlərinin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.  
       Məruzə ətrafında rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüqar İsmayılov, Rayon Qaz istismar sahəsinin rəisi Əbdül Qasımov, “Azərişıq” ASC-nin Bərdə rayon Elektrik şəbəkəsinin rəisi Ziya Quliyev və RİHB-nin Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəylər Abdullayev
çıxış etmişlər.
             Yığıncaq müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul etmişdir.

Keçidlər