Şriftin ölçüsü :

Saytın rəngi :

Əlyanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

18 oktyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Əlyanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kələntərli kənd    İnzibati Ərazi Dairəsinin     Əlyanlı kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi kabelləşdirilib, kəndin 7 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), kəndin küçələrinə içməli su xətti çəkilmiş, 120 evə içməli su verilmişdir (Az.KİL), kənddə suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, kənd ərazisindən keçən magistral yolun kənarları abadlaşdırılıb, 2 aztəminatlı ailənin həyəti hasarlanıb, 3 ədəd subartezian quyusunun nasosları təmir edilib, kəndin ərazisində xidmət obyektləri yenidən qurulub
             Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sadıqov Süleyman Oruc oğlu Əliyanlı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Rəcəbov İdris Aslan oğlu kənd tibb məntəqəsi üçün bina tikilməsi, pay torpağı verilməsi, Hüseynov Məhərrəm Xəlil oğlu kəndin meyvə bağı adlanın hissəsinin qazlaşdırılması, Ağayev Abbas Ələsgər oğlu evinə təbii qaz çəkilməsi, Yusibova Xalidə Məhərrəm qızı Evinə qaz sayğacı quraşdırılması, Əliyeva Gülşən İbrahim qızı Darğalar kəndində içməli su üçün bir ədəd artezian quyusunun vurulması, kəndə sərnişin marşurutunun açılması, pay torpağı verilməsi, Nəsirova Elza Qasım qızı Meyvə bağı adlanan ərazinin qazlaşdırılması, Zeynalov Ceyhun Allahverdi oğluKənddə tam orta məktəb tikilməsi, kəndə sərnişin marşurutu açılması, Mehdiyev İlham İdris oğlu uşaqların kənd tam orta məktəbinə Bərdə-Ağdam avtomobil yolundan təhlükəsiz keçmələri üçün tədbir görülməsi, Paşayeva Aygün Faiq qızı Bərdə “Asan” xidmət mərkəzində və rayonda fəaliyyət göstərən banklarda ixtisasına uyğun işlə təmin edilməsi, Teymurov Ədalət Bayram oğlu Bərdə bazarının yaxınlığından sahibkarlıq üçün torpaq sahəsi ayrılması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
              Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər