Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı günü Bərdədə təntənə ilə qeyd olundu.

08 noyabr 2018 | 16:00
Bərdədə   Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr edilmiş silsilə tədbirlər  keçirilmişdir.
    Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
       Bərdə rayon İcra Hakimiyyəti, YAP Bərdə rayon təşkilatı,  rayon Təhsil şöbəsi, Bərdə Regional Mədəniyyət İdarəsinin, Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə müvafiq qurumların nümayəndələri çıxış edərək  iştirakçıları  bayram münasibətilə təbrik etmiş, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağın 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə gətirilərək qəbul edilməsindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən əzəmətli bayrağının məhz Azərbaycanda ucaldılmasından, həm dövlət səviyyəsində, həm də hər bir azərbaycanlı ailəsində müstəqil Azərbaycan dövlətinin üçrəngli  bayrağının nə qədər əziz və müqəddəs tutulduğundan danışılmış və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad  olunmasını və  Azərbaycan Bayrağının  Qarabağda, Şuşada dalğalanmasını arzulamışlar. 

          Tədbirlərdə Milli Bayraq gününə həsr edilmiş kitab, əl işləri və  rəsm sərgisinə baxış keçirilmişdir.
          Tədbirlər konsert proqramı ilə davam etmişdir.
 

Keçidlər