Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsinə təntənə ilə yola salındılar

14 noyabr 2018 | 16:00
Noyabrın 13-də Bərdədə  Heydər Əliyev Mərkəzində YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində rayonun 40 nəfər nümunəvi məktəblisinin Quba-Qusar-Xaçmaz istiqamətində yola salınması ilə bağlı təntənəli tədbir keçirilmişdir.
           Tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq   gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin müxtəlif bölgələrinin müasir həyatının, tarixinin, mədəni irsinin, adət-ənənələrinin, özünəməxsus xüsusiyyətlərinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə növbəti səyahətlərinin başlandığını bildirmişdir. Qeyd etmişdir ki, dövlət başçısının tapşırığına əsasən təşkil olunan bu aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Daha sonra  tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş biliklər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə emiş və mənalı istirahət arzulamışdır.
Tədbirdə tur aksiyada iştirak edən məktəblilərdən şəhər 3 saylı tam orta məktəbin şagirdi Camalzadə Ayşən, şəhər 5 saylı tam orta məktəbin valideyni Əliyeva İlahə, şəhər 2 saylı tam orta məktəbin direktoru Muxtarova Pakizə, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon Qadınlar Şurasının sədri Məleykə Qasımova çıxış edərək “Ölkəmizi tanıyaq!” layihəsinin əhəmiyyətindən danışmış, gənclərə göstərilən diqqət və qayğıya, bu tur aksiyanın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Noyabrın 14-də tədbir “Ölkəmizi taniyaq!” layihəsi çərçivəsində məktəblilərin yola salınma mərasimi davam etdirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və məktəblilər yola salınma tədbirində iştirak etmişlər.Rayon icra hakimiyyətinin başçısı V.İsayev çıxış edərək, məktəblilərə  uğurlar arzulamış, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün bərdəlilər adından dərin minnətdarlığını bildirmişdir. Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın şimal bölgəsinə yola salınmışlar.
Keçidlər