Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon Ağsaqqallar Şurasının Konfransı keçirilmişdir

14 noyabr 2018 | 16:00
               Rayon İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının  konfransı keçirilmişdir.
               Konfransdan öncə rayon ağsaqqallarından bir qrupu xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzmüşlər.
               Konfdransda  260 nəfər iştirak etmişlər.
               Konfransda  rayon İcra Hakimiyətinin başçısı V.İ.İsayev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov,   aparatın rəhbəri Yaqub Mehdiyev, təfriş komissiyasının üzvü Mayil Əlyev, Nizami rayon Ağsaqqallar Şurasının sədr müavini Vahid Hətəmov, mətbuat xidmətinin əməkdaşı Səfa Şərafət iştirak etmişlər.
                Konfransda rayon Ağsaqqllar Şurasının yeni tərkibi seçilmişdir.
                Rayon ağsaqqalı Zamanov Yaşar Ələkbər oğlu rayon Ağsaqqallar Şurasına yeni sədr seçilmişdir.
              
Keçidlər