Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qaradəmirçi kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

15 noyabr 2018 | 16:00
 Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Birinci Qaradəmirçi kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Birinci Qaradəmirçi  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.   Kəndin 2,3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (AzKİL), kəndin ərazisindən keçən Bərdə-Alpout yolu abadlaşdırılıb, asfaltlanıb, kəndin ərazisindən keçən Bərdə-Alpout yolunu boyu bütün sahibkarlıq obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kənd müntəzəm olaraq məişət tulantılarından təmizlənir, kəndə sərnişin marşurutu açılmışdır, təndir çörəyi bişirən sex tikilmişdir, kənddə 2 sahibkarlq obyekti tikilib, azırda yeni çörək istehsalı sexi tikilir.
             Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Ramazanov Əlikram Nəzər oğlu kəndin icməli su ilə təminatı,  Əhmədova Minarə Mustafa qızı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikilməsi, Novruzov Elşad Cahangir oğlu İcarəyə götürdüyü sahələrin suvarılması üçün subartezian quyusunun təmiri, İslamov Vahid Oruc oğlu yüksək gərginlikli elektrik xəttinin altında kəndin ərazisində ot satışının ləğv edilməsi, Məmmədova Gülxar Yaqub qızı məskunlaşdıqları yerdən ailəsinin çıxarılmasına cəhd göstərilməsi, Fətəliyev Adıgözəl Seyfəli oğlu Şəxsi şəxsə məxsus kəndin “Kəhriz” adlanan ərazisindən çıxarılmasına cəhd göstərilməsi və məskunlaşdığı yerə təbii qaz çəkilişi, Nəsibov Nazim Yaqub oğlu məskunlaşdığı klubun təmir edilməsi və borca görə kəsilmiş işıqlarının bərpa olunması, Abdullayeva  Sara Ələkbər qızı ailəsinə fərdi yaşayış evinin tikilməsi, sayğaca müdaxiləyə görə kəsilmiş qazın bərpa edilməsi, Piriyeva Fəridə Məhəmməd qızı evinə telefon çəkilməsi və internet verilməsi, Teymurov Tağı Sovet oğlu Məktəbin həyətində əkmək üçün çəkil tingi verilməsi, kümün təmir edilməsi üçün material verilməsi, Səmədov Rəfayıl Möhü oğlu kənd tam orta məktəbin əsaslı təmiri, yolun kənarında əzilmiş avtobus dayanacağının bərpa edilib quraşdırılması, Piriyev Müşviq İmamverdi oğlu Evinə telefon çəliıməsi, internet verilməsi, Əliyev Zaur Azadxan oğlu sahibkarlıq üçün torpaq sahəsi ayrılması, Məmmədova Familə İbrahimxəlil qızı şəhidi üçün sığorta pulunun verilməməsi, Əliyeva Sədaqət Heydər qızı məskunlaşdıqları kənd məktəbində şəraitin ağır olması və başqa yerə köçürülmələrinə köməklik göstərilməsi, Tağıyev Bayram İslam oğlu birdəfəlik maddi yardım göstərilməsi, Həsənov Valeh Fərman oğlu pay torpaqlarının suvarılması su nasosunun gücünün çatmaması, Cəfərova Vəsilə Allahyar qızı İxtisaradüşdüyü kənd mədəniyyət evində işinə bərpa edilməsi, Süleymanova Yazgül Adışirin qızı birdəfəlik maddi yardım göstərilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
              Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər