Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənqaya kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

21 noyabr 2018 | 16:00
 Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Həsənqaya kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Həsənqaya  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  İnzibati ərazi dairəsinin bütün kəndlərini əhatə edən Yeni Daşkənd-Umudalılar kəndlərarası yol tikilib, kəndin 8 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (AzKİL), kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb, kəndin içməli su şəbəkəsi quraşdırılıb, küçələrdə 8 ədəd bulaq tikilib, bütün evlərə su çəkilib (AzKİL), kəndin sakinlərinin içməli su təminatının yaxşılaşdırılması üçün mövcud subartezian quyusuna yaxın vaxtlarda daha güclü 1 ədəd nasos quraşdırılıb (Subartezian quyuları istismarı idarəsi), kəndin 2 km baş arxı lildən təmizlənib (Suvarma sisyemləri idarəsi), Həsənqaya kəndində yaşayan Qarabağ müharibəsi əlili Qasımov Ruslan Hüseyn oğlunun ailəsinə  fərdi yaşayış evi tikilib.
              Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Quliyev Məmmədəli İsa oğlu Kəndin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması,  Musayev Suliddin Polad oğlu Məktəbin təmir edilməsi, kəndin “Bağbanlar” adlanan ərazisində həm içmək, həm də suvarma məqsədi ilə 1 subartezian quyusunun vurulması, Bağırov  Araz Kamran oğlu Məcburi köçkün kimi mənzillə təmin edilməsi, yataq dəsti verilməsi,  Meydanov Sahib Umud oğlu əmisi oğlu tərəfindən evinin yolunun zəbt edilməsi, Əhmədova Yeganə Bəylər qızı kənd xəstəxanasının təmir edilməsi, Qasımov Rasim Cəmil oğlu İşlə təmin, birdəfəlik maddi yardım göstərilməsi, Mehdiyev Həsən Yusif oğlu Kəndin “Bağbanlar” adlanan ərazisində 1 ədəd subartezian quyusunun vurulması, Qəhrəmanov Eldar Xıdır oğlu nəqliyyat vasitələrinin surətinin azaldılması üçün yolun məktəb ərazisindən keçən hissəsində tramplin qoyulması, Lətifov Elmidar Rüstəm oğlu
oğlunun rayon Polis şöbəsində işlə təmin edilməsi, Əliyeva Elmira Tarif qızı birdəfəlik maddi yardım   barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər