Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

22 noyabr 2018 | 16:00
          Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaradağlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.Güloğlular  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  
Kəndin elektrik şəbəkəsi yenidən qurulub, SMART tipli sayaclar quraşdırılıb,  İçməli su şəbəkəsi tikilib, küçələrdə 24 bulaq quraşdırılıb (AzKİL),  6,2 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib (AzKİL), Suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb,  4 km sahə yolları qum-çınqılla tikilib (bələdiyyə), kəndi ərazisində Bayraq meydanı inşa edilmişdir, kəndin ərazisindən keçən avyomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, kəndin ərazisində olan xidmət obyektləri müasir memarlıq üslubunda qurulub, Qaradağlı kəndi ərazisində 2 böyük ticarət mərkəzi tikilmişdir, kənd vaxtaşırı məişət tullantılarindan təmizlənir, kəndin 0,8 km baş yolu asfaltlaşdırılıb.

           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mirzəyev Aydın İbrahim oğlu Kəndin elektrik şəbəkəsinin yenidən qurulması Quliyev Eldar Qəhrəman oğlu Kənddə içməli suyun çatışmamazlığı,  Qurbanov İlqar Kərim oğlu Kəndin qidalandırıcı elektrik transformatorunun ətrafında təhlükəsizlik zonasının yaradılması,  Vəliyeva Xalidə Hümbət qızı Kəndin “Qoşa çinar” adlanan ərazisində suvarma suyunun çatışmaması Həsənova Nazilə Ağəli qızı Yeni tikdirdiyi fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Quliyev Knyaz Ağa oğlu Pay torpağının yerinin dəyişik düşməsi, Seyidov Qafar Nəsurullah oğlu Yaşadıqları küçədə suyun göllənməsi, Əliyev Vəzir Kərim oğlu kəndə verilən təbii qazın təzyiqinin aşağı olması,  Kərimova Gülnarə Binnət qızı kənddə körələr evi-uşaq bağçasının açılması, Hüseynova Fəridə Əsgər qızı nəvəsinin şəhər 6 saylı körpələr evi-uşaq bağçasına qəbul edilməsi barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciətetmişlər.
            Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər