Şriftin ölçüsü :

Saytın rəngi :

Qarayusifli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

06 dekabr 2018 | 16:00
          Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qarayusifli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Alpout  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  Qarayusifli kəndində   2013-cü ildə kənddaxili 6,5 km yol qum-çınqılla əsaslı təmir edilib (Az.KİL), 2013-cü ildə optik xətt çəkilərək dairənin əhatə etdiyi hər 3 kəndə sürətli internet verilmişdir, 2014-cü ildə Qarayusifli kənd əsas məktəbi cari təmir edilib, 2014-cü ildə kənddə su qülləsi quraşdırılb, küçələrə 4.2 km su xətləri çəkilib, 8 bulaq tikilib (Az.KİL), 2015-ci ildə Qarayusifli kəndi qazlaşdırılıb,  2016-cı ildə suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb (“Püştə dibi” adlanan yerdə -ərazidə 12 ha pambıq və digər bitkilər əkilib – 40 ha sahəyə xidmət edir), təsərrüfatlararası 13,3 km su arxları lildən təmizlənib, yol kənarlarında, küçə və meydanlarda 1750 ədəd ağac əkilib.
           Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Muradova   Zöhrə Mustafa qızı kənddə kabelləşmənin başa çatdırılması, Xurşudov Səfiyar Heydər oğlu Yuxarı oba deyilən yerdə artezian vurulması, Mehdiyev Adil Göyüş oğlu suvarmada olan çətinlik, Rəhimova Təranə Qədir qızı evinə işıq çəkilməsi üçün 2 dirək basdırılması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
            Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər