Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Ordu sıralarından yanvar ayında tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.

25 yanvar 2019 | 16:00
Tədbirdən öncə Ordudan yeni tərxis olunmuş gənclərdən bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı eksponatlarla tanış olmuşlar. 
Tədbir Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmə-tə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin, hüquq-mühafizə orqanları-nın, idarə-müəssisə, təşkilatların rəhbərləri iştirak edirmişlər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Bərdə rayon şöbəsinin   rəisi, polkovnik –leytenan  Əfran Nəbiyev açaraq Milli Ordumuzun möhkəmlənməsindən danışmışdır.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısınıın müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya  geniş nitq söyləyərək ulu öndər Heydər Əliyevin Milli Ordumuzun qurulma-sı və möhkəmləndirilməsindəki xidmətlərindən, möhtərəm Prezidentimiz, Silahlı Qüvvə-lərin Ali Baş komandanı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu işlərdən, tor-paqlarımızın azad edilməsi uğrunda Milli Ordumuzun qazandığı nailiyyətlər danışmışdır. Bildirmişdir ki, bugün Milli Ordumuz düşmən işğalı altında qalmış torpaqlarımızı azad etmək gücünə malikdir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, həqiqi hərbi xidmətdən qayıtmış gənclərin sonrakı taleyi, onların işlə təminatı bu günün ən aktual məsələlərindən biridir.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Cəmiyyətinin sədri Oqtay Həşimov,  Qarabağ Azadlıq Təşkilatı  rayon şöbəsinin sədri, müharibə veteranı Gəray Əsədov, Ordu sıralarından terxis olunmuş  gənc İlkin  Quliyev  çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və xüsusi vurğuladılar ki, lazım gələrsə yenidən Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar.
Tədbirdə həqiqi hərbi xidmətdən yenicə tərxis olunmuş gənclər hərbi bilet və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Keçidlər