Şriftin ölçüsü :

Saytın rəngi :

Hacılar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

07 fevral 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hacılar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Hüseynalılar  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, bütün kəndlərin daxili yolları qum-çnqılla əsaslı təmir edilib,
Hacılar kəndində süd toplama müəssisəsi tikilib, Qaradırnaq kənd həkim məntəqəsi tikilmış, avadanlıq və inventarlarla təmin edilmiş,  Qaradırnaq kəndində içməli su üçün 1 ədəd subartezian quyusu vurulmuş, Hüseynalılar kənd Elektron ATS-nə optik kabel çəkilərək bütün kəndlərə sürətli internet verilmiş, Hacılar-Hüseyalılar-Qaradırnaq kəndlərarası 3 km yol cari təmir edilmiş, qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin edilmiş, Arabaçılar və Hacılar kəndinin hər birində 1 ədəd içməli su üçün artezian quyusunun vurulmuş, su şəbəkəsi tikilmiş, Arabaçılar kəndində 28 ədəd, Hacılar kəndində 27 ədəd bulaq tikilmişdir.
Hacılar kəndində son illər 10 km daxili yollar qum-çınqılla əsaslı təmir edilmiş,  Hacılar kəndində süd toplama müəssisəsi tikilib, kənddə içməli su üçün 1 ədəd subartezian quyusu qazılmış, su şəbəkəsi və 27 ədəd bulaq tikilmiş, kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb. 2018-ci ildə kənddə  20 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 32 sentner olmaqla 64 ton pambıq təhvil verilmiş, cari ildə 68 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 13 nəfər fermer 68 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmışdır, 68 hektar şumlanmış, 18 hektada artıq arat aparılmış, 2018-ci ildə kənddə1 nəfər kümçü 2 qutu barama götürüb saxlamış, hər qutudan 52 kq olmaqla 104 kq barama istehsal etmişdir. 2018-ci ildə kənddə 4000 ədəd, o cümlədən 3000 ədəd xaricdən gətirilmiş tut tingi əkilmişdir.  
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Cavan Alıyev Kəndin ərazisindən keçən Mamoy arxının lildən təmizlənməsi,  Alıyeva Nazilə kəndin yeni məhlələrində qrunt sularının aşağı salınması üçün tədbir görülməsi,  Qaraşov Rafiq Ağalar oğlu kəndin elektrik şəbəkəsinin yenidən qurulması, rayonda  universitet açılması, Əliyeva Lilizbar Xankişi qızı evinə telefon çəkilməsi, himayəsində olan nəvəsinə kompyuter və geyim əşyaları verilməsi, Əhmədova Rüqsayyə Əhməd qızı
Məkəbin istilik sisteminin qaza çevrilməsi, Qaraşov Fikrət Qaraş oğlu kəndə əlavə sərnişin avtobuzu marşurutu açılması, Məmmədov Qabil Əli oğlu  içməli su üçün əlavə 5 bulaq tikilməsi, Alıyev Güləli Suliddin oğlu elektrik şəbəkəsinin yenidən qurulması, su çəkilişi ilə əlaqədar yaşadığı küçənin qum-çınqılla təmiri, Qaraşova Gövhər Əli qızı ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, Mikayılov Mətləb Məhyəddin oğlu Qarabağ müharibəsi veteranlıq vəsiqəsi verilməsi barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər