Şriftin ölçüsü :

Saytın rəngi :

13 fevral 2019-cu il tarixdə Bərdə rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı olmuşdur.

13 fevral 2019 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Milli məclisinin deputatı Gövhər Baxşəliyeva iştirak etmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 2018-ci ilin bütün respublikamızı üçün uğurlu olduğu kimi rayonumuz üçün də uğurlu olduğunu bildirmişdir.
2018-ci il  ərzində rayon üzrə iqtisadiyyartın əsas sahələri üzrə 480,8 milyon manatlıq ümumi məhsul, o cümlədən 13,8 milyon manatlıq sənaye, 229,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 86,2 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 7,2 milyon manatlıq nəqliyyat xidməti, 1,3 milyon manatlıq informasiya və rabitə, 142.3 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2017-ci ilə nisbətən  rayon üzrə ümumi məhsul istehsalı 14,9 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 17,8  faiz, tikinti-quraşdırma işləri 32,5 faiz, nəqliyyat xidməti 4,6 faiz, informasiya xidməti 10,5 faiz, ticarət xidmətləri 5,3 faiz artmışdır
İl ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 102,2 faiz, xərcləri proqnozuna 95,8 faiz əməl edilmişdir
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17,4 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İl ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 6,7 faiz artmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2018-ci ildə 97 sahibkara 1,084 milyon manat güzəştli kredit verilərək 264 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 3168 sahibkara 76,199 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5905 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il  ərzində 1168-i daimi olmaqla 20323 yeni iş yerləri açılmışdır.
Dövlət Proqramları qəbul olunandan indiyədək 76012 yeni iş yerləri açılmışdır ki, bunun da 21270-i daimi iş yerləridir.
Rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulmuş və əsaslı təmir edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır;
-“Bərdə” türbəsi və Torpaqqala tarixi abidələri bərpa edilmiş, ətraf ərazilər abadlaşdırılmışdır;
-Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmiş, ərazidə 300 p/metr bardyor düzülmüş, 2900 kv. metr sahə asfalt-betonla tikilmiş, santexniki işlər aparılmış, ərazidə ağac və güllər əkilmişdir;
- Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tipli məktəb, 220 şagird yerlik Güloğlular kənd tam orta məktəbi, 100 yerlik körpələr evi-uşaq bağçası tikilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəb əsaslı təmir edilmiş və məktəbə təbii qaz verilmişdir. Hazırda İmamqulubəyli kəndində 20 şagird yerlik,  Nəcəfqulubəyli kənfinfə 56 şagird yerlik modul tipli ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik  və Təhlə kəndində 80 şagird yerlik ümumi, Lək kəndində Ağdam köçkün 65 saylı tam orta məktəbi üçün  modul tipli məktəblər tikilir.
- “Azərxalça” ASC-nin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi tikilmiş, hazırda Xalça emalatxnasının tikintisi üçün hazırlıq işləri aparılır;
-Bərdə-Ağdam avtomobil yolunun Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindən keçən hissəsində müasir tələblərə cavab verən körpü tikilmişdir;
-13 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 17,5 km uzunluqda Muğanlı-Körpüsındıran kəndlərarası yolun yenidən qurulması başa çatmaq ərafəsindədir, yolda 42 ədəd müxtəlif diametrli su keçidi boruları, 18 ədəd avtodayanacaq, 227 ədəd yol nişanı quraşdırılmışdır;
- Bərdə şəhərinin Tərtər çayının sağ sahilində ümumi nömrə tutumu 1400 ədəd olan yeni Elektron ATS quraşdırılmış, abonent xətləri və optik kabel yeni stansiyaya köçürülmüşdür;
- Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilmiş, yolun kənarları abadlaşdırılmış, ərazidə ağac və güllər əkilmişdir;
- şəhərin H.Əliyev prospektində 10 min kv. metr, 3 küçəsində 26,1 min kv. metr sahə asfaltlaşdırılmışdır;
- rayon mərkəzində 2 yerdə işıqfor quraşdırılmış, rayon mərkəzində Heydər Əliyev prospektində, 20 küçədə, kommunal yaşayış binalarının ətrafında  abadlıq işləri aparılmış, 1 prospekt 7 küçədə, Bərdə-Tərtər və Bərdə-Yevlax yolları istiqamətində 36 km bardyorlar yağlı böya ilə rənglənmiş, ümumi uzunluğu 13,3 km olan 11 küçə qum-çınqılla təmir edilmiş, küçə və meydanlarda divarlar pardaqlanmış,
- 4 küçədə 2662 kv. metr divarlar aqlay və təbii qaya daşı ilə üzlənmiş, 3500 kv. metr ərazidə yaşıllıq zolaqları salınmışdır.
- Ü.Hacıbəyov, S.Vurğun, Sənaye və S.Zöhrabbəyov  küçələri yenidən qurulur, müasir memarlıq üslubunda dekorativ divarları tikilir, ətrafdakı ərazilərdə abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınır, küçələrdə 1,5 km məsafə asfalt-betonla tikilmiş, 17 ədəd işıqlandırma dirəkləri basdırılmış, 2 km məsafəyə bardyor düzülmüş, 1700 metr dekorativ divarları yenidən qurulmuş, 1600 kv. metr divarlar suvanmışdır. Yeni yaşayış massivində 6 küçə yenidən qurulur;
- Küçə və meydasnlarda  5,5 min ədəd ağac, 13,5 min gül kolları, 35 min qızıl gül tingi əkilmişdir.
- respublika əhəmiyyətli avtomobil yollarının 21,2 min kv. metr dağılmış hissələr asfalt-beton örtüyü bərpa edilmiş, 180 ədəd siqnal dirəyi, 13 min kv. metr təhlükəsizlik xətləri çəkilmiş, bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;
- Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulmuşdur;
-yerli əhəmiyyətli avtomobil yollarının 38,4 min kv. dağılmış asfalt-beton örtüyü, 65,7 min kv. metr dağılmış hissəsi qum-çınqılla bərpa edilmiş, 6,8 min kv.metr təhlükəsizlik xətləri çəkilmiş, yollarda 100 ədəd siqnal dirəyi quraşdırılmış,  bardyor və keçidlər rənglənmiş, xidmət işləri aparılmışdır;
- rayonun 21 kəndində 52 km daxili yollar qum-çınqılla cari təmir edilmiş, 39 km təsərrüfatdaxili arxlar lildən təmizlənmiş, 68 kəndin baş yollarının kənarları və 47 kənd qəbirstanlıqları kol-kosdan təmizlənmiş, ağaclar budanmış, kəndlər 196 maşın məişət tullantılarından təmizlənmişdir; 
- 35/10 kv-luq Şirvanlı yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 8 ədəd, Seyid Yusifli kəndində 5 ədəd müasir KTM quraşdırılmış, Ağalı kəndində 630 kv-luq transformator 1000 kv-luq transformatorla əvəz edilmiş,  şəbəkədə 6 ədəd 35 kv-luq, 103 ədəd 10 kv-luq və 159 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 760 ədəd 10 kv-luq zədəli izalyator və 5498 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  579 ədəd yeni sayğac quraşdırılmış, 112,4 km SİP kabel çəkilmiş, 17,4 km qüsurlu naqillər yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq yarımstansiyalarda 40 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir edilmişdir. 31 kəndin 58 güc transformatorunun .əəbəkəsi tam, 31 kəndin 54 güc transformatorunun şəbəkəsi qismən SİP kabellə tikilmişdir. Hazırda Bəcirəvan yarımstansiyasının genişləndirilməsi və modrenləşdirilməsi üçün layihələndirmə işləri aparılır;
- 86,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndləri qazlaşdırılmış, 1149 ailəyə, 4 kənddə və şəhərin 2 küçəsində 5 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, fərdi qaydada 358 ailəyə təbii qaz verilmişdır. 20 kənddə və 8 küçəsə 97 ədəd Qaztənzimləyici şkaflar quraşdırılmışdır. Bunlarla yanaşı rayonun Məşədiibişli və Hacıəhmədli kəndlərinin, Əliyanlı kəndi yaxınlığında yaşayış məhəlləsinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikintiyə başlanacaqdır;
- Bərdə şəhərinin Tərtər çayının sağ sahilində 1400 nömrəlik Elektron ATS tikilmiş, abonentlərin xətti və optik kabeli yeni stansiyaya köçürülmüş, 100 a/saatlıq akkumlyator batareyası quraşdırılmış, rayonun Təhlə kəndində 160 nömrəlik Elektron ATS quraşdırılmış, 5 kəndin 9,5 km optik brləşdirici kabeli çəkilmiş, 9 kənddə və B.Hacıyev küçəsində 9,2 km yeni xətlər çəkilmiş, 4 kənd  EATS-də 384 nömrəlik, şəhərdə 1 ədəd şkaf və 48 portluq DSLAM avadanlıqları quraşdırılmış, şəhər mərkəzində Mərkəzi ATS-dən 1 km radiusda magistral kabellər texniki normaya gətirilmiş, Otuzikilər kənd EATS-dən Bayramlı kəndinə 1 km hava rabitə xətti çəkilmiş, 18 kəndin və şəhərin küçələrinnin rabitə şəbəkəsində təmir işləri aparılmış, şəhərdə 7 ədəd paylayıcı şkaf və 48 ədəd kabel qutusu yenidən qurulmuş, şəbəkədə 21,5 km naqil yenisi ilə əvəz edilmiş,  269 ədəd yeni dirək və 163 ədəd beton calaq basdırılmış, 1122 abonentə telefon verilmişdir; 
- Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğu quraşdırılmış, hər kənddə şəbəkə tikilmiş, küçələrdə 34 bulaq inşa edilmişdır. Rayonun Arabaçılar və Hacılar kəndlərinin sakinlərinin içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 2 ədəd subartezian quyusu qazılmış və su şəbəkəsi tikilmiş, Arabaçılar kəndində 27 ədəd, Hacılar kəndində 28 ədəd bulaq tikilmişdir. Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərinin sakinlərinin  içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 4 ədəd subartezian quyusunun qazılması və su şəbəkəsinin tikilməsi üçün layihə sənədləri hazırlanır;
- Bir ədəd 9 mərtəbəli,  İki ədəd 5 mərtəbəli, iki ədəd 4 mərtəbəli, iki ədəd 3 mərtəbəli və iki ədəd 2 mərtəbəli binaların 6871 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 18300 kv. metr fasad və giriş hissələri suvanmış və emusiya ilə rənglənmiş, 2065 divarlar aqlay daşla üzlənmiş, 1871 kv. metr qapı və pəncərələr, 1250 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 180 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 6 ədəd 5 mərtəbəli və 9 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 4 ədəd 5 mərtəbəli və 3 ədəd 4 mərtəbəli binaların 3350 kv. metr zirzəmiləri tullantılardan təmizlənmişdir;
- Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında hazırda rayonun Böyük Qacar kəndində 96 və Təhlə kəndində 80 şagird yerli modul tipli ümumi, Nəcəfqulubəyli kəndində 56, İmamqulubəyli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb, Ağdam köçkün 65 saylı tam orta məktəbi tikilir;
- rayonun Gərənə kəndi ərazisində məcburi köçkünlər üçün 1800 ailəlik hündürmərtəbəli yaşayş məhəlləsinin tikilməsi üçün tədbirlər görülür, layihə-smeta sənədləri hazırlanır, bu məqsədlə 20 hektar torpaq ayrılır;
-yeni yaradılmış Sahil küçəsində “Azərxalça” ASC-nin Xalça emalatxanasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış, torpaqayırma sənədləri hazırlıq mərhələsindədir;
- Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2018 tarixli 3593 saylı Sərəncamının icrası ilə əlaqədar “Bərdə Peşə Liseyinin moderinləşdirilməsi” proqramı hazırlanmış, Peşə liseyində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülmüş və  bütün infrastrukturu olan 1000 yerlik Bərdə Peşə Liseyinin layihə sənədləri hazırlanmış və yaxın mərkəzinin tikintisinə başlanacaqdır;
- Rayonda yeni pambıq qəbulu və barama qəbulu məntəqələrinin tikintisi üçün müvafiq işlər aparılır.
Hesabat dövründə rayon mərkəzində 65 küçə və meydanların 371 min kv. metr sahəsi müntəzəm süpürülür, küçə və meydanlar 106,3 min kub metrdən çox məişət tullantılarından və 29,6 min tondan çox çirkab sularından təmizlənmişdir. Mərkəzi zibilxanada məişət tullantılarının işlənilməsi davam etdirilmişdir. 
Bir ədəd 9 mərtəbəli,  İki ədəd 5 mərtəbəli, iki ədəd 4 mərtəbəli, iki ədəd 3 mərtəbəli və iki ədəd 2 mərtəbəli binaların 6871 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmiş, 18300 kv. metr fasad və giriş hissələri suvanmış və emusiya ilə rənglənmiş, 2065 divarlar aqlay daşla üzlənmiş, 1871 kv. metr qapı və pəncərələr, 1250 kv. metr məhəccərlər təmir edilmiş və rənglənmiş, 180 kv. metr bina bloklarına tamet döşənmiş, həmçinin 6 ədəd 5 mərtəbəli və 9 ədəd 2 mərtəbəli, binalarda cari təmir işləri aparılmış, 4 ədəd 5 mərtəbəli və 3 ədəd 4 mərtəbəli binaların 3350 kv. metr zirzəmiləri tullantılardan təmizlənmişdir.
Kommunal binaların əraziləri 13973 kub metr məişət tullantılarından, 14900 kub metr çirkab sularından təmizlənmişdir.
Mənzil Təmir İstismar sahəsi üzrə gəlir proqnozuna 96,8 faiz əməl edilmişdir.
2018-ci ildə bütün respublikamızda olduğu kimi rayonumuzda da Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə prioritet istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
Pambıqçılığın, baramaçılığın inkişafının sürətləndirilməsi, şəkər çuğunduru istehsalının artırılması, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüş, mövcud pambıq zavodlarının emal avadanlıqları daha məhsuldar avadanlıqlarla əvəz edilmiş, yeni kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş, pambığın emalının müasir texnologiyasının tətbiqi üçün tədbirlər görülmüş, rayonda müasir memarlıq üsulunda tarla düşərgəsi tikilmişdir. Bunlarla yanaşı 2019-cu ildə rayonda daha bir pambıq qəbulu  və barama qəbulu məntəqələrinin tikintisi üçün tədbirlər görülməkdədir. 
İl ərzində rayonda 229,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 17,8 faiz çoxdur.
    Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 1073 min kub metr, açıq dren kanalları 531,8 min kub metr lildən təmizlənmiş, 250,8 min kub metr torpaq işi görülmüş, 1 ədəd nasos stansiyası, 21 ədəd subartezian quyusu əsaslı təmir edilmiş, Tərtər çayının məcrasında 70 min kub metr tənzimləmə işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı və Kələntərli kəndlərinin hər birində 1 ədəd,  Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd olmaqla 18 ədəd subartezian quyuları qazılmışdır.
Bunlarla yanaşı 11 km beton kanal, 8 ədəd nasos stansiyası, 40 ədəd hidopost, 200 ədəd hidrotexniki qurğu cari tımir edilmiş, 55 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş və sayğac quraşdırılmış, 673 ədəd subarteziam quyusu cari təmir edilmiş, 61 ədəd subartezian quyusunda sazlama işləri aparılmış, açıq dren-kolektorların ərazisində 3 hektar sahədə yeni meşə zolağı salınmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində əkinlərin 4,6 dəfə suvarılmışdır.
Əkinlrin ziyanvericilərdən qorunmasının təşkili üçün ərazilərdə müşahidə aparılmış, ziyanvericilər aşkar olunmuş ərazilərdə onlara qarşı mübarizə təıdbirləri görülməsi təmin edilmiş, ziyanvericilərin əkinlərə ziyan vurmasının qarşısı alınmışdır.
Həmçinin 147 ədəd özüyeriyən texnika, 22 ədəd traktor yedəyi, 52 ədəd asılan və qoşulan kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına götürülmüş, 1145 ədəd özüyeriyən texnika, 165 ədəd traktor yedəyi, 130 ədəd asılan və qoşulan texnika dövlət texniki baxışından keçirilmişdir.
2018-ci ilin məhsulu üçün,  9630 hektar sahədə pambıq, 406 hektar sahədə şəkər çuğunduru, 1104 hektar sahədə bostan məhsulları, 2533 hektar sahədə tərəvəz, 192 hektar sahədə kartof, 111 hektar sahədə qarğıdalı, 234 hektar sahədə dən üçün günəbaxan, 1993 hektar sahədə təzə yonca əkilmiş, məhsulun itkisiz yığılması üçün tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə rayonumuzda pambıqçılığa dair keçirilən regional müşavirədə, ölkədə pambıq səpininə Bərdə rayonundan start verilməsi pambıqçılarımızda əmək çoğunluğu yaratmışdır.  Azərbaycan Respublikasının Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər edilmiş, pambıq sahələrində yüksək məhsul yetişdirilmişdir.
İl ərzində hər hektardan 26,4 sentmer olmaqla 25373,2 tondan çox pambıq tədarük edilmişdir. Hər hektardan orta məhsuldarlığa görə rayonumuz respublikada ön sıradadır.
Pambıqçılığın həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ilə nisbətən  2018-ci ildə pambıq əkini sahəsi 8 dəfə, pambıq istehsalı 8,5 dəfə artmışdır. 2017-ci ildəkindən 1100 hektar çox  sahədə pambıq əkilmiş, 3 min ton çox pambıq tədarük edilmişdir.
Ötən il pambıqçılıqdan rayona 19 milyon manatdan çox vəsait daxil olmuşdur ki, onun da 15 milyon manatı əmək adamlarının xalis qazancıdır. Bu qazancın 2,4 milyon manatdan çoxu Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə verilən subsidiyadır.
Cari ildə də pambıqçılığın inkişaf etdirilməsi üçün tədbirlər davam etdirilmişdir. Ən məhsuldar 9730 hektar sahədə pambıq əkilməsi üçün 1877 nəfər fermerlə istehsal müəssisələri müqavilə bağlamış, pambıq əkiləcək sahələr şumlanmış və arat aparılmışdır.
Əminəm ki, cari ildə də rayonumuzun pambıqçıları yüksək məhsul əldə edəcəklər.
Digər kənd təsərrüfatı məhsullarının istehsalı da uğurla başa çatdırılmışdır. 
Dənli bitkilərin (qarğıdalısız) 13858 hektar əkin sahəsindən 56112,0 ton, keçən ildəkindən 2,6 min ton çox taxıl istehsal edilmişdir. Hər hektardan orta hesabla 40,5 sentner məhsul yığılmışdır. Buğdanın məhsuldarlığı  hər hektardan orta hesabla 41,8 sentner, arpanın məhsuldarlığı hər hektardan 39,7 sentner olmuşdur. Keçən ilə nisbətən hər hektardan buğdanın  məhsuldarlığı 2,1 sentner, arpanın məhsuldarlığı 2,2 sentner artmışdır. Buğdanın məhsuldarlığına görə rayonumuz respublikada ikinci yerdədir.
İl ərzində 12,5 min ton şəkər çuğunduru, 27,9 min ton bostan məhsulları, 12,5 min tondan pamedor-xiyar, 2,3 min tondan çox kartof, 18,3 min ton soğan, 2,4 min tondan çox qarğıdalı, 493,7 ton günəbaxan, 24,1 min tondan çox kələm, 5,5 min ton badımcan, 2,7 min tondan çox bibər, 20,2 min ton yerkökü, 926,5 ton sarımsaq, 2,7 min ton süfrə çuğunduru istehsal edilmişdir.
Bütün kənd təsərrüfatı bitkiləri üzrə hektardan orta məhsuldarlıq 2017-ci ildəkindən yüksək olmuşdur.
Payızlıq əkinlər də müvəffəqiyyətlə həyata keçirilmişdir. 9005 hektar sahədə buğda, 2568 hektar sahədə dənlik arpa, 612 hektar sahədə kələm, 460,5 hektar sahədə baş soğan, 30,5 hektar sahədə sarımsaq, 2493,2 hektar sahədə təzə yonca, 1146 hektar sahədə xəsil arpası əkilmişdir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı rayon iqtisadiyyatının 40 faizini təşkil edirdisə,  hazırda bu göstərici 48  faizə yüksəlmişdir. Həmin dövrdə rayonda ümumi məhsul istehsalı 41,7 artdığı halda, kənd təsərrüfatı məhsulları istehsalı 53,3 faiz artmışdır.
Hesabat dövründə heyvan xəstəliklərinin qarşısının alınması üçün 102291 baş iri buynuzlu, 1407 baş tək dırnaqlı, 143990 xırda buynuzlu heyvanlar qarayara, 17273 baş cavan iri buynuzlu heyvanlarda revaksinasiya qarayara,  161074 baş iri buynuzlu və 94345 baş  xırda buynuzlu heyvanlar dabaq, 10642 baş iri buynuzlu və 5003 xırda buynuzlu heyvanlar leptospiroz, 145504 baş  xırda buynuzlu heyvanlar çiçək, 28608 baş xırda buynuzlu heyvanlar brüselyoz Rev-1, 92962  baş iri buynuzlu heyvanlar nodulyar dermatit, 13924 baş iri buynuzlu heyvanlarda brüsellyoz, taun xəstəliyi əleyhinə 591338 baş quşlar “H” vaksini və 589003 baş quşlar “La-sota” vaksini ilə, 7997 baş itlər quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.
Epizotik tədbirlər planına uyğun olaraq 9 ay ərzində 16346 baş iri buynuzlu və 2628 baş xırda buynuzlu heyvanlardan qan nümunələri götürülərək brüsellyoz xəstəliyinə görə labarator analizdən keçirilmiş, 81 baş iri və 36 baş xırda buynuzlu heyvanlarda brüsellyoz xəstəliyi aşkar edilərək təsərrüfatdan çıxarılaraq zərərsizləşdirilmişdir.
Həmçinin 5544 baş iri buynuzlu heyvanlar  vərəmə görə, 882 baş tək dırnaqlı heyvanlar manqo xəstəliyinə görə  müayinə edilmişdir.
Tədbirlər planına uyğun olaraq rayona damazlıq üçün gətirilmiş cins heyvanlar profilaktiki müayinə edilmiş və peyvənd edilmişdir. Rayonun təsərrüfatlarında heyvan saxlanılan ərazilərdə 190 min kv. metr sahə profilaktiki və 25,9 min kv. metr sahə məcburi və  34,3 kv. metr sahə profilaktiki dezinfeksiya edilmişdir.
İl ərzində 7838 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 4570  baş sağlam bala alınmışdır.
İlin sonuna  təsərrüfatlarda 95 min 269 baş iri buynuzlu mal-qara, o cümlədən 42 min 635 baş inək və camış, 141 min 249 baş qoyun və keçi mövcud olmuşdu.         
Dövlət dəstəyi və həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində  arıçılıq təsərrüfatlarının sayı  66  faiz , arı ailələrinin sayı isə 2,9 dəfə artaraq arıçılıq rəsərrtüfatlarının sayı 220-yə, arı ailəsinin sayı  3916-ya çatmışdır.
İl ərzində diri çəkidə 21,8 min ton ət, 82,0 min ton süd, 32,1 milyon ədəd yumurta istehsal edilmişdir. 2017-ci ilə nisbətən  ət istehsalı 6,7 faiz, süd istehsalı 1,0 faiz, yumurta istehsalı 1,3 faiz artmışdır. 
Rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmiş,
2018-ci ildə 219 nəfər kümçü 520 qutu barama saxlamış, 24,533 ton barama istehsal edilərək proqnoza 116,8 faiz əməl edilmişdir. 2016-cı ildəkindən 5,4 dəfə, 2017-ci ildəkindən təqribən 2 dəfə çox barama istehsal edilmişdir.
2019-cu ildə də rayonda baramaçılığın inkişaf etdirilməsi üçün 180 min, o cümlədən xaricdən gətirilmiş 70 min tut tingi əkilmiş, təsərrüfatlarda mövcud və yeni əkilmiş tut tingələrinə aqrotexniki qaydada qulluq olunmuş, bütün çəkil ağacaları budanmışdur.
İl ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 800 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Hesabat dövründə həmçinin rayon mərkəzində şənbə və bazar günlərində yarmarkalar təşkil edilmiş, kənd təsərrüfatı və ərzaq məhsulları bazar qiymətindən 30-35 faiz aşağı qiymətə satılmışdır.
İl ərzində “Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, il ərzində 19450 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
2018-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə 6929,2 min manat, o, cümlədən büdcə təşkilatları üzrə 4826,8 min manat (97,5%), qeyri-büdcə təşkilatları üzrə 2102,5 min manat (97%) vəsait toplanaraq cəmi proqnoza ümumilikdə 97,3 faiz əməl edilmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən qeyri büdcə təşkilatları üzrə 424,6, fiziki şəxslər üzrə 66,7 min manat çox vəsait toplanmışdır. 
Hesabat dövründə bir pəncərə prinsipi ilə 907 fiziki və 74 hüquqi şəxs qeydiyyatdan keçmiş, pay torpağı olan 318 nəfər qeydiyyata götürülmüşdür.
2018-ci ildə 261 nəfərə pensiya işi təyin edilmişdir.
İl ərzində 6929,2 min manat vəsait icbari sığorta proqramı vasitəsilə sığortaolunanlar üzrə bölüşdürülmüşdür.
9396 nəfərə sosial müavinət, təqaüd və kompensasiya verilmiş, 253 nəfərə evində sosial xidmət göstərilmişdir.
Rayonda təqaüdlər və bütün növ müavinətlər mövcud bankomatlar vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
İmtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəliliyi, işləməyən əhalinin uçotu mövcud qanun əsasında aparılması davam etdirilmişdir.
İl ərzində 2458 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 636 nəfər işaxtaran münasib işlə təmin (148 nəfər qadın, 274 nəfər gənc, 70 nəfər məcburi köçkün) olunmuşdur. Müraciət edənlərdən 10 nəfərə işsizlik statusu verilmiş (2 nəfər qadın, 2 nəfər gənc, 2 nəfəri məcburi köçkün), 10 nəfərə müavinət təyin edilmişdir. Sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 11 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında 144 nəfər özünəməşğulluq proqramına cəlb edilmiş, onlardan 112 nəfər biznes planı müvəffəqiyyətlə icra edilmiş, müsabiqədən keçən 90 nəfər nəzərdə tutulmuş aktivlərlə təmin olunmuşdur.
14 sentyabr 2018-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, yarmarkaya 5-i dövlət, 12-si qeyri dövlət müəssisəsindən 217 vakansiya çıxarılmış, yarmarkada 62 nəfər vakant iş yerlərinə göndərilmiş, 54 nəfər münasib işlə təmin edilmiş edilmişdir.
2018-ci il ərzində 440 nəfər ictimai işlərə cəlb edilmişdir.
Cari ildə də rayonda 440 nəfərin ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuş, bu məqsədlə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında yaradılmış “DOST İŞ Mərkəzi” MMC filialı rayonda yaradılır. İndiyədək artıq 300 nəfərə işə göndəriş verilmişdir.
Hesabat dövründə rayonda gənclərin peşə hazırlığına cəlb edilməsi daima diqqət mərkəzində saxlanılmışdır. Yaxın vaxtlarda bütün infrastrukturu olan 1000 yerlik  Bərdə Peşə Liseyinin tikilməsi gənclərin peşə hazırlığına böyük təkan verəcəkdir. 
Bunlarla yanaşı gənclərin rayonun əmək bazarına uyğun peşələri seçmələri üçün çoxsaylı maarifləndiurrici söhbətlər aparılmış, onlara hüquqi yardımlar göstərilmişdir.
2018-ci ildə sığorta sahəsində işlər davam etdirilmiş, 129,6 min manatdan çox sığortalama işləri aparılmış, proqnoza 86,4 faiz əməl edilmişdir. Sakinlərin əmlak və mülklərinin, qəzalardan sığortalanması üçün bundan sonra da ardıcıl tədbirlər davam etdirilməlidir. 
Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə daima əlaqə saxlanılılır, onların kompakt yaşadıqları yerlərdə vaxtaşırı görüş-qəbullar keçirilir, qaldırılan məsələlərin yerindəcə həll edilir. Məcburi köçkünlərin dövlət tərəfindən verilmiş bütün imtiyazlardan istifadə etmələri, humanitar təşkilatlar tərəfindən edilən yardımların onlara çatdırılması təmin edilir.
Hesabat dövründə rayonun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, rayonun Gərənə kəndi ərazisində hündürmərtəbəli binalardan ibarət 1800 ailəlik yaşayış məhəlləsinin tikilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, 20 hektar torpaq sahəsi ayrılması üçün tədbirlər görülmüşdür.
Hesabat dövründə 35/10 kv-luq Şirvanlı yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilmiş, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 8 ədəd, Seyid Yusifli kəndində 5 ədəd müasir KTM quraşdırılmış, Ağalı kəndində 630 kv-luq transformator 1000 kv-luq transformatorla əvəz edilmiş,  şəbəkədə 6 ədəd 35 kv-luq, 103 ədəd 10 kv-luq və 159 ədəd 04 kv-luq beton və metal dirəklər basdırılmış, 760 ədəd 10 kv-luq zədəli izalyator və 5498 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilmiş,  579 ədəd yeni sayğac quraşdırılmış, 112,4 km SİP kabel çəkilmiş, 17,4 km qüsurlu naqillər yenisi ilə əvəz edilmişdir. 35/10 kv-luq yarımstansiyalarda 40 ədəd 10 kv-luq hava xətlərinin yağ açarları təmir edilmişdir.
31 kəndin 58 güc transformatorunun şəbəkəsi tam, 31 kəndin 54 güc transformatorunun şəbəkəsi qismən SİP kabellə tikilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində şəbəkəyə 1,9 milyon manat gəlir gəlmiş, istehlak edilmiş elektrik enerjisinin dəyəri 97,5 faiz ödənilmişdir.
Hesabat dövründə yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmiş, əhalinin və iqtisadiyyatın təbii qazla fasiləsiz təminatı üçün tədbirlər görülmüşdür. 
86,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndləri qazlaşdırılmış, 1149 ailəyə, 4 kənddə və şəhərin 2 küçəsində 5 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, fərdi qaydada 358 ailəyə təbii qaz verilmişdır. 20 kənddə və 8 küçəsə 97 ədəd Qaztənzimləyici şkaflar quraşdırılmışdır.
Hcıəhmədli və Məşədiibişli kəndlərinin, Bərdə-Ağdam avtomobil yolunun kənarında “Meyvə bağı” adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmışdır.
Bunlarla yanaşı kəndlərin müasir standartlara uyğun tikilməmiş qaz təminatı ssistemlərinin yenidən qurulması üçün ardıcıl iş aparılmışdır.
Hazırda rayonun 110 yaşayış məntəqəsindən 107-si və ya 97,2 faizi, abonentlərin 99,5 faizindən çoxu təbii qazla təmin edilmişdir.
Əminəm ki, cari ildə rayonun bütün kəndləri təbii qazla təmin ediləcəkdir.  
Bunlarla yanaşı 136 p/metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 2000 p/metr qaz xətləri dayaq üzərinə çıxarılmış, 3820 p/metr qaz xətləri kol-kosdan çıxarılmış, abonentləri fasiləsiz və itkisiz təbii qazla təmin etmək üçün şəbəkədə 97 ədəd qaztənzimləyici, 924 ədəd qaz krantları, 160 ədəd FQT, 13 ədəd çevirici rəzələr quraşdırılmış, 1643 qəza çağırışının nəticələri aradan qaldırılmış. 10613 qaz sızmaları aradan qaldırılmış, 125 ədəd sayğac texniki normaya uyğun quraşdırılmış, 6000 p/metr müxtəlif diametrli qaz xətləri korroziya əleyhinə rənglənmişdir. 
Görülmüş tədbirlər nəticəsində şəbəkədə itki 6,1 faiz, 2017-ci ildəkindən təqribən 2 dəfə az olmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlak ediliş təbi qazın dəyəri 97,5 faiz, o cümlədən əhali üzrə 97,5 faizi, qeyri əhali üzrə 120,7 faiz ödənilmişdir.
İl ərzində işlək vəziyyətdə olan 8 istilik-qazanxana sistemlərindən istifadə olunması davam etdirilmiş, 11752 qeka-kalori istilik istehsal edilərək 69,2 min kv. metr yaşayış sahəsi, 67,25 kv. metr sosial obyektlər istiliklə təmin edilmişdir. Hazırda 1454 ailə fasiləsiz olaraq istilik elektrik enerjisi ilə təmin olunur.
İstehlak edilmiş istilik enerjisinin dəyəri tam ödənilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli 2693 saylı Sərəncamı əsasında 1500 nəfər əhalinin yaşadığı Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin sakinlərinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğular quraşdırılmış, 4 kənddə içməli su şəbəkəsi və 36 bulaq tikilmişdir. 
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2018-ci il tarixli Sərəncamı əsasında rayonun Arabaçılar və Hacılar kəndlərində subartezian quyuları qazılmış, şəbəkə tikilmiş, Hacılar kəndində küçələrdə 28, Arabaçılar kəndində küçələrdə 27 bulaq tikilmişdir. 
Nazırlı, Birinci Qazaxlar, Mehdili və Piyadalar kəndlərinin sakinlərinin  içməli suya olan tələbatının daha dolğun ödənilməsi ilə bağlı 4 ədəd subartezian quyusunun qazılması və su şəbəkəsinin tikilməsi üçün ərazidə topoqrafiya işləri aparılmış, layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır.
Bunlarla yanaşı il ərzində abonentlərə 162 ədəd su sayğacı quraşdırılmış, 6 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 62 ədəd quyunun dərinlik nasosları və elektrik təsərrüfatı əsaslı təmir edilmiş, şəhərin su şəbəkəkəsində təmir-bərpa işləri aparılmış, 690 su qəzasının qarşısı alınmışdır.
Məcburi köçkünlərin məskunlaşdığı yaşayış məhəlləsində diametri 300 mm olan 150 p/metr kanalizasiya xətti çəkilmiş, Heydə Əliyev adına park-bulvarda 45 ədəd su krantı yenisi ilə əvəz edilmişdir.
Görülmüş tədbirlər nəticəsində istehlak edilmiş içməli suyun haqqı 98,1 faizi, o cümlədən əhali üzrə 96,1 faizi, qeyri-əhali üzrə 100 faiz ödənilmişdir.
Hesabat dövründə rayonda təhsilin infrastrukturunun  və məzmununun yeniləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmiş, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəb əsaslı təmir edilmiş, Qaratəpə və Hacılı kəndlərində hər biri 80 şagird yelik modul tipli ümumi orta məktəb, Güloğlular kəndində 220 şagird yerlik tam orta məktəb tikilib istifadəyə verilmiş, Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-liseydə, şəhər 5 saylı, Mustafağalı kənd tam orta məktəblərində yüksək səviyyədə təmir işləri aparılmışdır. Hazırda İmamqulubəyli kəndində 20 şagird yerlik,  Nəcəfqulubəyli kənfinfə 56 şagird yerlik modul tipli ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik  və Təhlə kəndində 80 şagird yerlik ümumi, Lək kəndində Ağdam köçkün 65 saylı tam orta məktəbi üçün  modul tipli məktəblər tikilir.
Hesabat dövründə məktəblərdə təlim-tərbiyyə işinin yaxşılaşdırılması üçün ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyəti öyrənilmiş, açıq dərslər keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məktəb rəhbərlərinə və müəllimlərə tövsiyyə və məsləhətlər verilmiş, metodiki köməklik göstərilmişdir.
Məktəblərdə elmi-nəzəri, metodiki, psixoloji baxımdan interaktiv təlim metodları və onlardan istifadə olunması mövzusunda seminarlar keçirilmiş, dəyirmi masalar təşkil edilmiş, müxtəlif mövzularda unşa və rəsm müsabiqələri keçirilmişdir. Rayonun məktəblərində elmi nəzəri, metodiki, psixoloji baxımdan interaktiv təlim metodları və onlardan istifadə olunması mövzusunda seminarlar keçirilmiş, dəyirmi masalar təşkil edilmiş, “Şagirdlərin nitq mədəniyyətinin formalaşdırılması”, “Motiviasiya fəal təlimdə dərsin mühüm mərhələsidir”, “Əgər sülh elçisi olsaydım”, ”Bayrağımız qurur mənbəyidir”, “Bayraqlar icində seçilən bayraq”  mövzusunda inşa müsabiqəsi, “Fövqalədə hallar uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi təşkil edilmişdir.
Tarixə 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqrımının 26-cı ildönünunun keçirilməsinə dair tədbirlər planına əsasən “Xocalı soyqırımı tarixə yazılmış cinayət” mövzusunda ümumtəhsil məktəblərində inşa yazı, “Xocalı fəryadı” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, həmin rəsmlərdən ibarət sərgilər  təşkil edilmişdir.
Gənclərin hərbi xidmətə hazırlanmasıni üçün “Şahin” hərbi idman oyunlarının məktəblərin VIII-X sinif şagirdləri arasında final yarışlarında birinci yeri tutmuş şəhər 5 saylı tam orta məktəbin komandası respublika yarışlarında üçüncü yriə layiq görülmüşdür.
Ulu öndər H.Əliyevin anadan  olmasının  95-ci  illiyi münasibətilə ümumtəhsil məktəb şagirdləri  arasında  “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmiş, rayonun 2 №-li Nazırlı kənd tam orta məktəbin XI sinif şagirdi Mehdiyeva İlahə Rövşən qızı  qalib olaraq respublika mərhələsində II yerə çıxmış, qızıl medala layiq görülmüşdür. 
Təhsil Nazirliyinin əmri əsasında rayonda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçilmiş,  rayonun Qazaxlar kənd tam orta məktəbinin IX sinif şagirdi Kərimova Zəhra Mərdan qızı rayon qalibi olmuş və respublika turunda iştirak etmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intelektual yarışmasında  rayon arasında rayonumuzu təmsil edən Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb liseyin, şəhər 3 nömrəli, Xanqaraqoyunlu kəna tam orta məktəblərindən təşkil edilmiş “Harun” komandası birinci yerə layiq görülmüşdür. 
2017-2018-ci ində rayonun ümumtəhsil məktəblərinin IX sinifini bitirən 1659 məzundan 1598-i adi,  61 nəfəri fərqlənmə atestatı, XI sinifi bitirən  1159 məzundan 1 nəfəri qızıl medala, 33 nəfəri fərqlənmə attestaına layiq görülmüşlər.
İmtahanlarda iştirak edən məzunların müvəffəqiyyət faizi əvvəlki tədris ilindəkindən yüksək olmuşdur.
XI sinif məzunlardan 729 nəfəri və ya  63 faizi ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 533 nəfəri və ya 73 faizi ali məktəblərə qəbul olmuşlar.
Ali məktəbə qəbul üçün sənəd verən məzunlardan 106 nəfəri və ya təqribən 20 faizi 500-dən, o cümlədən 47 nəfəri 600-dən  yuxarı bal toplamışlar.
Rayonun tarixində ilk dəfədir ki, ali məktəb tələbəsi adı alanların sayı 533 nəfərdir. Bu il təkcə Bakı Dövlət Universitetinə 92 nəfər bərdəli məzun daxil olmuşdur. Şəhər 8 saylı tam orta məktəbin məzunu 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakultəsinə daxil olmuş və Prezident təqaüdçüsüdür. 
Bu nailiyyətlərin əldə edilməsində Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin, şəhər 3, 4, 5, 8, Samux, Qaradəmirçi, Xanqaraqoyunlu, Kətəlparaq, Şirvanlı, Əmirli, Kürdborakı, Saatlı, Muğanlı, Gülgəzli, Mustafaağlı, Xəsili, Zümürxan, Bəcirəvan, Gərənə, Göyüşlü, Soğanverdilər, Mirzalıbəyli, 2 saylı Hacallı məktəblərini xidmətləri daha böyük olmuşdur.
Yeni tədris ili ilə əlaqədar müəllimlərin konfransı keçirilmiş, gənc müəllimlər qabaqcıl müəllimlərin açıq dərslərinə cəlb edilmişdir.
Rayonun 8 tam orta məktəbində təmayül siniflər, 3 məktəbində hər birində 1 sinif olmaqla pilot layihələr fəaliyyət göstərir, olimpiyadalar respublika mərhələsidə yüksək nəticələr göstərmiş, 6 və 7-ci sinif şagirdlərindən ibarət şəhər 3 saylı tam orta məktəbin nəzdində riyaziyyat-informatika, şəhər 5 saylı tam orta məktəbin nəzdində biologiya, fizika və kimya fənləri tədris olunmaqla təmayül siniflər fəaliyyət göstərir.
Xanqaraqoyunlu kənd tam orta məktəbinin X sinif şagirdi Xudiyeva Rəşidə Nadir qızı Beynəlxalq elm olimpiyadasının seçim turunda respublika üzrə 5-ci nəticəni göstərib və hazırda Bakı şəhərində hazırlıq turunda iştirak edir.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə  rayonda nailiyyətlərin əldə edilməsində xidmətləri olan şəhər 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Mirzəyeva Rüxsarə Məhərrəm qızı “Tərəqqi medalı” ilə təltif edilmiş,  şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Ağayeva Rühiyyə İbrahim qızı və şəhər 6 saylı tam orta məktəbin fiziki tərbiyyə  müəllimi Əliyev Nurəddin Qəhrəman oğlu Təhsil Nazirliyinin “Fəxri fərman”ına layiq görülmüşlər.
İl ərzində 51 həkim və 84 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 10 fevral 2018-ci il tarixdən 12 may 2018-ci il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar 161 müəssisə və təşkilatların işçiləri və 110 kəndin sakinləri daxil olmaqla  148367 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 452 nəfər ambulator, 346 nəfər stosionar müalicəyə cəlb edilmiş, 206 nəfər müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Tibbi müayinə nəticəsində 128 nəfərdə 17 növ xəstəlik aşkar edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə bu il də əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. 
İl ərzində səhiyyə müəssisələri tərəfindən 414 nəfər diabetli, 156 nəfər yeni törəməli, 13 nəfər böyrək çatışmazlığı, 95 nəfər vərəmli xəstə aşkar edilmiş, 12 nəfər hemofiliyalı və 37 nəfər talassemiya xəstələri nəzarətdədir.
Hazırda vərəmli xəstələrdən 24 nəfəri “DOTS müsbət” proqramı ilə müalicə olunur.
2018-ci ildə 2682 nəfər hamilə qadın tibbi nəzarətə götürülmüş, 1346 qeysəriyyə əməliyyatı aparılmış, 3253 diri uşaq doğulmuşdur.
İl ərzində 2969 cərrahi əməliyyatı, o cümlədən 432 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
2018-ci ildə 504 nəfər it dişləmiş vaksinasiya edilmişdir.
İl ərzində xəstəliklərin aşkarlanması üçün tibb müəsisələri tərəfindən 6415 nəfərdən qalın qan nümunəsi götürülərək parazitoloji laboratoriyada, 4427 nəfərdən qan nümunəsi götürülərək regional laboratoriyada analiz edilmişdir.
Xəstəliklərin qarşısının alınması üçün kompleks tədbirlər davam etdirilmiş, 42196 nəfər idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd edilmişdir. Vərəm əleyhinə 3168, Hepatit B əleyhinə 3192, Göyöskürək Difteriya Tetanus əleyhinə 2121, Hipatit B-Hib əleyhinə 2088 nəfər peyvənd olunmuşdur. 
Rayonda perinatal ölümlərin, ölü doğulanların, erkən neonatal ölümlərin sayı orta respublika səviyyəsindən aşağıdır.
Hesabat dövründə imtiyazlı şəxslərin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsi, şəkərli diabet xəstələri qlükometr aparatı, şəkərsalıcı dərmanlarla təmin edilməsi davam etdirilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında il ərzində nigaha daxil olmaq istəyən 760 nəfər tibbi müayinədən keçirilmişdir. Bu zaman 26 nəfərin talasemiya daşıyıcısı olduğu müəyyənləşdirilmişdir.
Rayonda uşaqların vaxtlı-vaxtında peyvəndləri aparılır, aşkar edilmiş infeksion xəstəliklər barədə məlumatlar elektron müşahidə sistemində yerləşdirilməsi davam etdirilmişdir.
İl ərzində sanitariya qayda və normalarını pozduqlarına görə 6 ictimai iaşə, 2 ərzaq ticarəti, 2 kommunal obyektin rəhbərinə xəbərdarlıq edilmişdir.
Rayonda ərazilərin sanitariya qaydalarına uyğun saxlanılması, infeksiya daşıyıcılarına qarşı mübarizə tədbirləri davam etdirilmiş, il ərzində ərzində 99 obyektdə ayda 2 dəfə olmaqla tədbirlər aparılmış, 321,4 min kv. metr ərazi deratizasiya, 578,8 min kv. metr ərazi dezinseksiya və 600 kv. metr ərazidə dezinfeksiya işləri aparılmışdır. 
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində hesabat dövründə rayonda ciddi yoluxucu xəstəliklərin yayılmasına yol verilməmişdir.
Rayonun Mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirlməsi üçün tədbirlər davam etdirilmiş, “Bərdə” türbəsi bərpa və Torpaqqala tarixi abidsi əsaslı təmir edilmiş, rayon Mədəniyyət mərkəzi yenidən qurulmuşdur. 
İl ərzində mədəniyyət müəssisələrində 1651, o cümlədən Mədəniyyət mərkəzində 55, mədəniyyət evlərində və klublarda 156, kitabxanalarda 1630, musiqi və incəsənət məktəblərində 160, Heydər Əliyev mərkəzində 24, Tarix-diyarşünaslıq muzeyində 24, Rəsm qalereyasında 20 mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 285 mindən çox əhali iştirak etmişdir.
Rayonun kitabxana sistemi 386 nüsxə uşaq ədəbiyyatı olmaqla 1561 nüsxə ədəbiyyatla zənginləşmişdir.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş, mərkəzi 40 min nəfərdən çox insan ziyarət etmişdir.
Rayon Tarix Diyarşünaslıq Mərkəzində 24 tədbir keçirilmiş, muzeydəki eksponatlara 12550 nəfər baxmışdır.
Rayon Rəsm Qalereyasında 19 tədbir keçirilmiş, qalareyadakı sərgilərə 2400 nəfər tamaşa etmişdir.
Rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti yüksəlmiş, müəssisələrdə xalqımızın həyat və tarixi ilə əlaqədar müxtəlif formatlı tədbirlər keçirilmiş, konsert və tamaşalar nümayiş etdirilmiş, tarixi şəxsiyyətlərin yubileyləri ilə bağlı gecələr, günlər keçirilmiş, kitab bayramları, kitab sərgilri təşkil edilmişdir. Bunlarla yanaşı rayonun mədəniyyət və incəsənət işçilərinin, musiqiçilərinin Heydər Əliyev adına park-bulvarda, Qəhrəmanlar parkında, Bayraq meydanında, rayonda dislokasiya olunmuş hərbi hissələrdə açıq havada çıxışları təşkil olunmuş, gənclərin təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması təşkil edilmişdir.
Mədəniyyət müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yublileyi böyük coşqu və sevgi ilə təntənəli qeyd edilmiş, müxtəlif nominasiyalı çoxsaylı tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevın təşəbbüsü ilə keçirilən növbəti 7-ci televiziya muğam müsabiqəsində rayonumuzu 2 nəfər təmisil edəcəkdir.
Turistlərin rayona cəlb olunması üçün il ərzində Turizm İnformasiya Mərkəzində tədbirlərin görülməsi davam etdirilmiş, “Strateji yol xəritəsi”nə uyğun olaraq tədbirlər görülmüş, kənd yaşıl turizmi ilə məşğul olan şəxslər müəyyənləşdirilmiş, onlarla maarifləndirici söhbətlət aparılmış, evlər barədə məlumatlar toplanmışdır.
Turizm İnformasiya Mərkəzində xalqımızın və dövlətimizin tarixində əlamərdar günlərə həsr edilmiş tədbirlərlə yanaşı əhalinin turizmə təşviq edilməsi üçün maarifləndirici tədbirlər görülmüşdür.
Həmçinin mərkəzdə rayonun tarixi abidələrini və gəzməli-görməli yerlərini əks etdirən stend nümayiş etdirilmiş, rayonun tarixi abidələrini, park və meydanlarını özündə əks etdirən suvenirlər və Mərkəzin göstərdiyi xidmətləri əks etdirən flayder hazırlanaraq turistlərə verilmişdir. Rayonun mədəniyyət müəssisələrində keçirilmiş bütün tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında, rayon Mədəniyyət və Turizm şöbəsinin facebook səhifəsində paylanılması davam etdirilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində işlərin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün geniş tədbirlər həyata keçirilmişdir. Mart ayında “Şahin” hərbi oyunların rayon birinciliyi keçirilmiş, şəhər 5 saylı tam orta məktəbin komandası birinci yeri, respublika birinciliyinin zona turunda isə üçüncü yeri tutmuşdur. 
Gənclər arasında tarixi həqiqətlərin təbliğ edilməsi məqsədilə il ərzində 20 Yanvar, Xocalı faciələrinin ildönümü, Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar disputlar və dəyirmi masalar təşkil edilmiş, 2 fevrla –Gənclər günü, Novruz bayramı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi rayonda geniş qeyd edilmiş, müxtəlif nominasiyada silsilə tədbirlər keçirilmişdir. 
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində yaradılmış “Book cafe”-də bir sıra tədbirlər, o cümlədən “Azərbaycan – doğma diyar” mövzusunda “Nə? Harada? Nə vaxt” intelektual oyunu keçirilmiş, qaliblər mükafatlandırılmışlar.
Xüsusi istedada malik yeniyetmə və gənclərin aşkar edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə məktəblilər arasında inşa-yazı və rəsm müsabiqələri keçirilmişdir.
“Gənclər gələcəyimizdir”, “Azərbaycan gəncliyi dünən, bu gün və sabah” mövzusunda, gənclərin peşə seçiminə,  Narkotiklərlə mübarizə və sağlam həyat şəraitinin təbliği, dini radikalizmə qarşı mübarizə sahəsində silsilə tədbirlər keçirilmişdir.
İl ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində turism gəzintisində olmuşdur.
İl ərzində yeniyetmələr və gənclər sərbəst güləş, cudo, kikboksinq, futbol, karate-do, kyokuşinkaykan karate, güllə atıcılığı, “Çoxmübarizəli İdman Döyüş Növləri”, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü və şahmat, üzrə 22 yarış keçirilmiş, bu yarışlarda 2327 nəfər gənc idmançı öz qüvvəsini sınamışdır.
İl ərzində rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında 37 qızıl, 17 gümüş və 23 bürünc olmaqla 72 medal qazanmışlar.
Sərbəst güləş idaman növünün inkişafında xidmətlərinə görə məşqiçi müləllimlər Babayev Əli Xalıqverdi oğlu və Muxtarov Nadir İbrahim oğlu “Respublikanın Əməkdar Məşqiçisi” fəxri adına layiq görülmüşlər.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu il ərzində sakinlərlə 305 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 52 min nəfərdən çox dinləyici iştirak etmişdir.
Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatının mərkəzinə çevrilmişdir.
Ümummillilider Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı il ərzində 24 tədbir keçirmiş, ümummilli lider Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.
Rayonumuzda Prezident seçkiləri Seçki Məcəlləsinə uyğun tam demokratik və aşkarlıq şəraitində keçirilmiş, 16 seçici məntəqəsində seçkilərin gedişi ictimaiyyət tərəfindən izlənmiş, 50-yə yaxın məntəqədə beynalxalq və yerli müşahidəçilər olmuş, 8 seçki məntəqəsində exit-poll aparılmış və heç bir noqsan, pozuntu aşakar edilməmiş,  exis-pollun nəticələri ilə seçkilərin rəsmi nəticəsi eyni olmuşdur.
Sakinlərimiz yekdilliklə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə səs vermiş, bununla gələcəyə, Azərbaycanın inkişafına və tərəqqisinə səs vermişlər, ölkəmizdə aparılan siyasəti müdafiə etdiklərini bir daha nümayiş etdirmişlər. 
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir. İl ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda inanclı insanların dini ibatədlərinin təmin edilməsi üçün tədbirlər görülmüş, məhərrəmlik mərasimləri heç bir insident olmadan keçirilmiş, Aşura günü imamzadədə təşkil edilmiş qanvermə aksiyasında  119 nəfər iştirak etmişdir. 
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 9 ay ərzində rayonda gənclərin hərbi xidmətə çağırılması və təntənəli şəkildə hərbi hissələrə göndərilməsi uğurla təmin edilmiş, proqnoza tam əməl edilmişdir.
İl ərzində rayonun sakinləri ordu quruculuğu üçün 84,6 min manatdan çox və ya keçən ildəkindən 22,4 min manat çox (35,9%) maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım bundan sonra da davam etdiriləcəkdir.
2018-ci ildə rayon ərazisində 336 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 327 hadisə, yəni 97,3 %-i açılmış, 9 hadisə bağlı qalmışdır. Baş vermiş cinayətlərin 35-i ağır və xüsusilə ağır cinayət olmuşdur.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar aparılmış mübarizə nəticəsində 2018-i il ərzində 14-i satış, 25-i qanunsuz olaraq narkotik vasitələri saxlamaq, 6 fakt isə əkib-becərmə olmaqla ümumilikdə 45 fakt aşkar edilmişdir.
Qeyd edilən faktlar üzrə 83,376 qram heroin, 11 kq 134,27 qram qurudulmuş marixuana, 35 ədəd çətənə kolu olmuşdur.
Həmin faktlar üzrə 45 nəfər cinayət məsuliyyətinə, 13 nəfər isə inzibati məsuliyyətə cəlb olunmuşdur.
2018-ci il ərzində rayon Polis şöbəsinin əməkdaşları və ictimai təşkilatların nümayəndələri ilə keçirilmiş “Xaş-xaş-2018” şərti adı altında kompleks tədbirlər planına uyğun olaraq rayon ərazisində 2 fakt üzrə sahibsiz 0,50 hektar ərazidə yabanı halda bitmiş 1220 ədəd çətənə kolu yığılaraq ümumi kütləsi 1125 kq olmaqla yandırılaraq məhv edilmişdir.
2018-ci ildə rayon Poliklinikasının Narkoloji Kabinetində əvvəlki illər də daxil olmaqla 506 nəfər narkoloji xəstə qeydiyyatda olmuşdur. Bunlardan 71 nəfəri xroniki alkoqolizm, 141 nəfər opium narkomaniyası, 192 nəfər həşiş narkomaniyası, 102 nəfər profilaktik qeydiyyatdadır.
İl ərzində rayon Poliklinikasının narkoloji kabinetində 72 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Onlardan 10 nəfəri opidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu diaqnozu ilə, 42 nəfər xroniki alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu ilə, 20 nəfər profilaktik qeydiyyata götürülüb, 39 nəfər xəstə müayinə və müalicə üçün Bakı şəhərinə Narkoloji dispanserə göndərilmişlər.
İl ərzində əhalidən 7 ədəd müxtəlif növ silah, 4 ədəd müxtəlif növ döyüş sursatı və 237 ədəd müxtəlif kalibrli avtomat və pulemyot patronları yığılaraq Daxili İşlər Nazirliyinin silah və sursat anbarına təhvil verilmişdir.
İl ərzində axtarışda olan 73 nəfər şəxsdən 63 nəfəri yaxalanmış, 10 axtarış işi ilin sonuna qalıq qalmışdır. 22 nəfər itkin düşmüş şəxsdən 19 nəfəri tapılmış, 3 nəfər barədə axtarış davam etdirilir.
İl ərzində 59 nəfər, o cümlədən 5 nəfər evdən xəbərsiz qaçan, 3 nəfər siqaret çəkən, 9 nəfər valdeyn müraciəti əsasında çətin tərbiyə olunduğu, 20 nəfər barədə material olduğuna, 1 nəfər avaralıq edən, 1 nəfər protexniki vasitələrdən istifadə edən, 15 nəfər digər hüquqpozmaları üzrə yetkinlik yaşına çatmayan aşkar edilmiş, onlarla profilaktiki söhbətlər aparılmışdır. Həmçinin aşura mərasimində iştirak edən 34 nəfər yetkinlik yaşına çatmayan aşkar edilmiş, onların müəllim və valideynləri ilə profilaktiki söhbətlər aparılmışdır. 
İl ərzində 2 nəfər yetkinlik yaşına çatmayanın valideynlərinə inzibati protokol tərtib edilmiş, yetkinlik yaşına çatmayanlara siqaret satdığına görə 2 iaaşə pobyektinin ashibi cərimə olunmuş, 2 nəfər barədə material  Dövlət Yol Polisinə göndərilmişdir.
20 nəfər barəsində profilaktiki iş açılmış, 3 nəfər islah olunmadığına görə profilaktiki işin müddəti uzadılmış, 4 nəfər barəsində profilaktiki iş müsbət nəticəyə görə dayandırılmışdır. Yetkinlik yaşına çatmayanlar tərəfindən 5 cinayət hadisədi törədildiyi, 7 nəfərin erkən nigaha daxil olması qeydə alınmışdır.
İl ərzində 7624 yol hərəkəti qaydalarının pozulması aşkar edilərək 6834 sürücü barəsində inzibati protokol tərtib edilərək 524010 manat məbləğində cərimə edilmiş, onun 498677 manatının və ya 95,2 faizinin ödənilməsi təmin edilmişdir.
2018-ci ildə 23 yol nəqliyyat hadisəsi olmuş, bu hadisələrdə 8 nəfər ölmüş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Keçən ilə nisbətən yol-nəqliyyat hadisələri azalmışdır. 
Vətəndaşların qeyri-qanuni hərəkətləri barədə tərtib edilmiş 36 inzibati xəta barədə işlərə görə 36 nəfər barədə 3540 manat cərimə tətbiq edilmişdir. 
Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyi artırılmış, bu məsələyə diqqət gücləndirilmişdir. 2018-ci il ərzində rayon məhkəməsinin icraatında mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə 111 mülki iş daxil olmuş, onlardan 38 iş üzrə qətnamə çıxarılmış, 38 iş üzrə iddia təmin edilmiş, 10 iddia rədd edilmiş, 36 iş qərardadla baxılmamış saxlanılmış, 8 iş qərarla geri qaytarılmış, 19 iş qalıq qalmışdır.
Hüquqi biliklərin təbliği, narkotiklərlə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində rayonda çoxsaylı tədbirlər keçirilmişdir.
Rayonda dini radikalizmlə mürarizə sahəsində işlər davam etdirilmiş, bu məqsədlə müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmişdir.
Hesabat dövründə rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri 72 məhkəmə işində iştirak etmiş, valideynlərin tələbi ilə rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə 16 nəfərin adı və soyadı dəyişdirilmiş, valideyn himayəsindən məhrum olmuş 11 nəfər qəyyumluğa və ya himayəyə verilmiş, məhkəmənin qərarı əsasında 46 nəfərə uşaqla ünsiyyətdə olmaq, 3 nəfərə  övladlığa götürmə, 29 nəfərə uşaq tələbi, 3 nəfərə himayəyə götürmə üçün müvafiq rəy verilmiş, törətdikləri inzibati xətaya görə 36 nəfər 3540 manat cərimə edilmişlər.
İl ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 1733  ədəd, dövlət orqanlarından 972 ədəd, bilavasitə vətəndaşlardan 761 müraciəti daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir. Keçən ilə nisbətən daxil olan müraciətlərin sayı 4,8 faiz artmasına baxmayaraq şikayətlərin sayı 39,4 faiz azalmışdır. Bunlarla bərəbər 2017-ci ildə daxil olan müraciətlərin 20,1 faizi həll və qismən həll edildiyi halda 2018-ci ildə 21,8 faizi həll və qismən həll edilmişdir. Göründüyü kimi  müraciətlərə daha məsuliyyətlə yanaşılma təmin edilmişdir. Daxil olmuş vətəndaş müraciətlərinin 85,6 faizinə bilavasitə rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmışdır.  
Daxil olan müraciətlərin 1554-ü məktub, 117-si teleqram, 60-ı elektron məktub, 2-si faksla daxil olmuşdur.
Rayonun Həsənqaya, Hacalllı, Mollalı, Şirvanlı, Kətəlparaq və Lək kəndlərinin hər birindən 25-47, Zümürxan, Alaçadırlı, Qaradəmirçi, Samuxlu, Məmmədli, Alpout, Xəsili, Mirzəxan Qaraqoyunlu, Cəyirli, Şorəlli və Güloğlular kəndlərinin hər birindən 20-24 müraciət daxil olmuşdur. Bu kəndlərdən Qaradəmirçi, Mirzəxan Qaraqoyunlu, Həsənqaya, Hacallı kəndlərində əhalinin hər 1000 nəfərinə düşən müraciətlər daha yüksəkdir. Aidiyyatı icra nümayəndələri, bələdiyyə sədrləri vətəndaşların müraciətlərinə baxılması işinə diqqəti artırmalı, hər bir vətəndaş müraciətinə ətraflı izahat verilməsini təmin etməlidirlər. 
Azərbaycan Respublikasının Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel 503 nömrəli Fərmanının icrası təmin edilərək daxil olan bütün vətəndaş müraciətləri, müraciətlərlə əlaqədar görülən bütün işlər vahid informasiya sisteminə daxil edilməsi davam etdirilmişdir.
İl ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  14696  nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2438  nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısnın tabeli qurumlarında 7246 vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 46 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 8 min nəfərdən çox sakinin iştirak etmiş, 484 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaş müraciətlərinin çox böyük əksəriyyəti yerindəcə həll olunmuşdur.  
Yığıncaqda rayon Suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov, DSMF-nin rayon şöbəsinin müdiri Vidadi Kərimov, Rayon Polis şöbəsinin rəisi İlqar Məmmədov və Milli Məclisin deputatı Gövhər Baxşəliyeva çıxış etmişlər.
Yığıncaq rayon Bərdə rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabatı üzrə müvafiq qərar qəbul etmişdir.
Keçidlər