Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Qacar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

21 fevral 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Qacar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Bala Qacar kəndindin də daxil olduğu Şirvanlı kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndlərin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb,
Bala Qacar kəndində son illər daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş,  kənddə suvarma üçün 2 ədəd subartezian quyusu qazılmış, 3 ədəd subartezian quyusu əsaslı təmir edilib,  kəndin uşaqlarının təhsil aldığı 180 şagird yerlik Qullar kənd ümumi məktəbi tikilmiş, kəndin elektrik şəbəkəsi kabelləşdirilmiş, abonentlərə SMART tipli sayğac quraşdırılmış, telefon rabitəsi şəbəkəsi kabelləşdirilib, kəndə sürətli internet verilmişdir.  
2018-ci ildə kənddə  30 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 29 sentner olmaqla 870 ton pambıq tədarük edilmiş, cari ildə 36 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 10 nəfər fermer 36 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmış, 30 hektar sahə şumlanmış, 18 hektar sahədə arat aparılmış, 2018-ci ildə kənddə 1 nəfər kümçü 3 qutu barama götürüb saxlamış, hər qutudan 52 kq olmaqla 156 kq barama istehsal etmişdir. 2018-ci ildə kənddə 55 ədəd yerli çəkil tingi əkilmişdir. 
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Şəfan Bəbişov Qullar kənd ümumi məktəbinin tam orta məktəbə çevrilməsi,  Oruc Heydərov Suvarma üçün 1 ədəd subartezian quyusunun qazılması, Qurban Abdullayev kəndin baş yolunun asfaltlaşdırılması, Elşən Qurbanov içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Xanım Cənnətəliyeva Kəndə sərnişin avtobusu açılması, Şamxal Əliyev yaşadığı evə ikinci qaz sayğacının quraşdırılması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər