Şriftin ölçüsü :

Saytın rəngi :

27 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının çıxışı ilə əlaqədar Bərdə rayon fəalllarının yığıncağı keçirilmişdir.

27 fevral 2019 | 16:00
Rayon İcra hakimiyyətinin akt zalında keçirilmiş yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.
Yığıncaqda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildiyini, müşavirədə çıxış edən ölkə başçısının Azərbaycanda aparılan islahatlar nəticəsində iqtisadiyyatın möhkəmləndiyini, sabitləşmə ili olan 2017-ci ildə çox önəmli addımlar atıldığını, bunun hesabına 2018-ci ildə çox ciddi islahatlara başlamağa imkan yarandığını, məhz bunların nəticəsində ilin birinci ayında ümumi daxili məhsul istehsalının 3 faiz artdığını və bunun son 2-3 ilin ən yüksək göstəricisi olduğunu, 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templə təmin edəcəyini və iqtisadi inkişafın davam etdiriləcəyini söylədiyini bildirmişdir.
Ölkəmizdə bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, dünyanın beynəlxalq maliyyə qurumları ölkəmizdə aparılan islahatlara çox böyük önəm verir, ölkəmizlə əməkdaşlığı genişləndirməyə səy göstərirlər. 
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı böyük uğurla başa çatmışdır. Yeni Dövlət Proqramında bütün digər məsələlərin nəzərdə tutulmuşdur.  
Aparılan ciddi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcəyə daxil olmaları çox vüsətlə artırmış, təkcə bir ay ərzində ümumi daxilolmaların 105 milyon manat artmışdır.
Vətəndaşların sosial müdafiəsi Azərbaycan dövlətininfəaliyyətinin prioritet istiqaməti olduğunu,  vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının ən başlıca vəzifə olduğunu qeyd edən dövlət başçısı,  2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bildirmişdir.
Cənab Prezident hələ keçən ilin dekabr prezident seçkilərindən sonra imzaladığı Fərmanın  şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı olduğunu, ilkin siyahıda təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəyi müəyyənləşdirildiyi halda dəqiqləşdirmədən sonra hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən ödəniş edildiyini və bu ilin sonuna qədər bu proqram tam icra olunacağını bildirmişdir.
Ölkə başçısı bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə müavinətlərin qaldırılması barədə  məsələ ilə əlaqədar  dərhal Fərman imzaladığını və bu müavinətin 242 manatdan 300 manata artırıldığını, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin də 220 manatdan 300 manata qaldırıldığını bildirmişdir.
Keçən il 5900 köçkün ailəsinə mənzil və evlər tikildiyini qeyd edən cənab Prezident, bu il 6 mindən 7 minə qədər köçkün ailəsinin yeni mənzillərlə, evlərlə təmin ediləcəyini bildirmişdir.
Ölkə başçısı indiyədək 6500-dən çox şəhid ailəsinin dövlət tərəfindən mənzillə təmin olunduğunu, keçən il şəhid ailələrinə 626 mənzil verildiyini diqqətə çatdırmış, bu il 800 mənzilin, iki il ərzində 1400-dən çox mənzilin alınıb şəhid ailələrinə veriləcəyini bildirmişdir.
Cənab Prezident bu il minimum əməkhaqqının 38 faiz artdığını, minimum əmək haqqının 130 manatdan 180 manata qalxdığını, bu artımın 600 min əhalini əhatə edəcəyini qeyd etmiş, minimum əmək haqqının gələcək artımı ilə bağlı təkliflər hazırlanması barədə göstəriş vermişdir.
Cənab Prezident minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildiyini, minimum pensiyaların məbləğinin də təxminən 38 faizdən çox artdığını - 116 manatdan 160 manata qədər artdığını, bunun 223 min insanı əhatə etdiyini, minimum pensiyanın səviyyəsinə görə Azərbaycanın MDB məkanında ikinci yerdə yerləşdiyini bildirmişdir.
Cənab Prezident uzun illərdən bəri narahatçılıq doğuran vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsinin həlli üçün Fərman imzaladığını, dörd yüz çoxmənzilli binada yaşayan təxminən 60 minə yaxın ailədə birləşmiş  toplam 300-400 min əhalinin mənzil sənədlərinin həll ediləcəyini bildirmişdir.
Cənab Prezident tələbələrin təqaüdlərinin artdığını, bu artımım 100 minə yaxın tələbəni əhatə edəcəyini və gələcəkdə də yeni artmaların nəzərdə tutulduğunu bildirmişdir.
Vətəndaşları narahat edən kreditlə bağlı problemlemin həlli istiqamətində artıq iş aparıldığını və təkliflər hazırlandığını qeyd etmiş, bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında gördüyünü bildirmişdir.
Cənab Prezident bütün bunlar 500 mindən çox əhalini əhatə edəcəyini, kreditlərdən əziyyət çəkən vətəndaşlarda bu proqrama daxil edilsə təqribən 2 milyon 200 min əhalinin dövlətin sosial təşəbbüslərinin icrasından faydalacağını bildirmişdir.
Cənab Prezident bütün bunların çox ciddi sosial paketin tərkibinin reallaşması kimi qiymətləndirmiş, 2019-cu ilin bütövlükdə ölkəmiz üçün uğurlu il olacağına, Azərbaycanın 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəyinə əminliyini ifadə etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Artıq bank kreditləri məsələlərinin həlli üçün Azərbaycan Respublikasının Prezidentinin Fərman imzaladığını bildirmiş və bütün bunlara görə rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Yığıncaqda DSMF-nin rayon şöbəsinin müdiri Vidadi Kərimov, QMƏVŞA İB-in sədri Etibar Hüseynova, rayon Məşğulluq Mərkəzinin direktoru Bilman Şadlinski və “Qaçqınkom”un rayon üzrə nümayəndəsi Yunis Məmmədov çıxış etmişlər.
Yığıncaq iştirakçıları əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər