Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə konsert keçirilmiş və atəşfəşanlıq olmuş, agacəkmə kompaniyası keçirilmişdir.

07 aprel 2019 | 16:00
Aprelin 6-na keçən gecə Bakıda ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətlə 3min nəfərin iştirakı ilə rayon İcra Hakimiyyətinin yanındakı Mərkəzi meydanda böyük bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev çıxış edərək bütün bərdəlilər adından ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla xalqımızı və bərdəliləri təbrik etmiş, ölkədə iqtisadi inkişafdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, sosial islahatlardan danışmış və bu inkişafın  Azərbaycanda demoqrafik yüksəlişə müsbət təsirinə diqqət çəkmişdir.
Tədbir konsert proqramı ilə davam etmiş, atəşfəşanlıq olmuşdur.
Tədbirin davamı olaraq 10 milyonuncu vətəndaşın şərəfinə ağacəkmə kompaniyası aparılmışdır. Kompaniya zamanı 3 min ədəd ağac və gül kolu əkilmişdir. 
Keçidlər