Şriftin ölçüsü :

Saytın rəngi :

Şatırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

04 aprel 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışdı, ölkə başçısının imzaladığı sərəncamlarla əhalinin xeyli hissəsinin maddi-rifah halının yüksəldiyini, problemli kreditlərin həll edildiyini, həyata keçirilmiş tədbirlər nəticəsində artıq bu günlərdə ölkəmizdə 10 milyonçu vətəndaşın düyaya gələcəyinin gözlənildiyini bildirdi, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Şatırlı kənd    inzibati ərazi dairəsi ölkəmizlə birlikdə inkişaf edib, inzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, sakinlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunurlar.
Son illər Şatırlı kəndi  qazlaşdırılmış, Şatırlı kənd sakinlərinin də istifadə etdiyi Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolu yenidən qurulub, yolun kənarlarında 800 ədəd ağac əkilmiş, Yol boyu elektrik və qaz xətləri texniki normaya gətirilmiş, ərazidə abadlıq işləri aparılmış,   təsərrüfatdaxili 3 km arxlar lildən təmizlənmiş kəndin yüksək gərginlikli elektrik xətlərində təmir işləri aparılmış, xəttin qoruq zonasındakı ağaclar budanmışdır. 
2018-ci ildə Şatırlı kəndində 17 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 37 sentner olmaqla 63 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 49 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, pambıq əkiləcək sahələr şumlanmış və arat edilmişdir. Keçən il  1 nəfər kümçü tərəfindən 2 qutu barama götürülüb saxlanmış, hər qutudan 56 kq olmaqla 112 kq barama istehsal edilmişdir.  İndiyədək kənddə 5500 ədəd, o cümlədən 3500 ədəd xaricdən gətirilmiş tut tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri İldırım Hüseynov Tərtər çayından gələn suyun kəndə yönəldilməsi üçün 500 metr arxın çəkilməsi, Eldar Həsənov kənddə bankomat quraşdırılması, kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Mübariz Həsənov kənddə internet şəbəkəsinin genişləndirilməsi, yeni yaşayış məhəlləsinə əlavə elektrik transformatoru quraşdırılması, Azay Əsgərov Tərtər rayonun Xoruzlu kəndi ilə Birinci Qazaxlar kəndini birləşdirən yolun təmiri, Ofelya Hüseynova əlil oğlunun problemləri və ailəsinə ÜSY təyin edilməsi, Atlas Zeynalova ailəsinə ÜSY təyin edilməsi, Xosrov Zeynalov Yeni Daşkənd-Umudalılar kndlərarası yolun kənd ərazisindən keçən hissəsində avtomobillərin sürətinin azaldılması üçün trampilin qoyulması, Elbrus Rüstəmov İkinci Nazırlı kəndinin elektrik şəbəkəsinin yenidən qurulması, Məhərrəm Hüseynov özünə və övladlarına həyətyanı torpaq sahəsi verilməsi, Şəmil Əmirov Yeni Daşkənd-Umudalılar kəndlərarası yolunun Şatırlı kəndi ərazisində nəqliyyat vasitələrinin sürətinin azaldılması üçün gəmi kəndiri qoyulmasına icazə verilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər