Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraqoyunlu kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

02 may 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızın cari ilin birinci rübündə sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaraqoyunlu kəndində həyata keçirilən layihələrdən, görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. 
     Güloğlular kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb, elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, 4 kəndin içməli su şəbəkəsi tikilib, ərazidə 20 Yanvar abidəsi yenidən qurulub, 1 körpü salınıb, 1 yeni transformator quraşdırılaraq yeni məhlələrə elektrik şəbəkəsi tikilib, bütün kəndlərin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Gərənə, Qaradağlı və Qaraqoyunlu kəndlərinin baş yolları asfalt-betonla tikilib, ərazidən keçən magistral yolun 1 km məsafəsinə və ətrafdakı 4 kəndin baş yoluna gecə işıqlandırılması verilib,  suvarma üçün 5 ədəd subartezian quyusu vurulub, 4 ədəd subartezian quyusu bərpa edilib, 4 kənd qəbirstanlığı abadlaşdırılıb.
Qaraqoyunlu kəndi qazlaşdırılmış,  kəndin 0,8 km baş yolu asfalt betonla tikilmiş,  kəndin elektrik şəbəkəsinin 70 faizi kabelləşdirilmiş, kənddaxili 7 km yol qum-çınqılla əsaslı təmir edilmiş, kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 17 bulaq inşa edilmiş, 16 ton və 3 ton həcmində 2 su qülləsi quraşdırılmış, kəndin ərazisindən keçən 1,5 km açıq dren kanal və  küçələrdən keçən 1,5 km arxlar lildən təmizlənmişdir.
  2018-ci ildə kəndin ərazisində 36 hektar sahədə pambıq əkilmiş, orta hesabla hər hektardan 40 sentner məhsul götürülmüşdür. Cari ildə də sakinlərin pambıq əkininə marağı yüksəkdir. İndiyədək 55  hektar sahədə pambıq səpilmişdir. 2018-ci ildə kənddə 600 ədəd yerli çəkil tingi əkilmişdir. Hazırda kümxanalar təmir edilib istifadəyə yararlı vəziyyətə gətirilmişdir. 
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Süleyman Ağayev  kənd tam orta məktəb üçün yeni bina tikilməsi, Azad Əhmədov kəndi Güloğlular kəndi ilə birləşdirən 0,7 km yolun qum-çınqılla təmiri, Vaqif Quliyev kəndin kənarından keçən su arxının lildən təmizlənməsi, Şakir Əsədullayev kəndin elektrik şəbəkəsinə ayrıc qoyulması barədə müraciət etmişlər.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, müvafiq izahat verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər