Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə alman faşizmi üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar rayonda yaşayan 1941-45-ci illər müharibə iştirakçılarına evlərində baş çəkilmiş, qiymətli hədiyyələr təqdim edilmişdir.

09 may 2019 | 16:00
Alman faşizmi üzərində qələbənin 74-üi ildönümü ilə əlaqədar  rayon İcra hakimiyyəti və Respublika Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin  birgə təşkilatçılığı ilə 1941-45-ci illər müharibə iştirakçılarının evlərinə gedilmiş, onlara baş çəkilmiş və bayram münasibətilə hədiyyələr    təqdim edilmişdir.
Üç qrupda formalaşan tərkib onları ilk növbədə təbrik etmiş, alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən bərdəlilərin misilsiz xidmətləriilə bağlı söhbət etmişlər. Bildirmişlər ki, 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlı. O cümlədən rayonumuzun 4447 nəfər sakini silaha sarılaraq faşizmə qarşı mübarizədə iştirak etmişlər. Onların yarıdan çoxu müharibədə həlak olmuşlar. Müharibədə böyük igidliklər göstərdikləırinə görə 123 nəfər azərbaycanlı, o cümlədən rayonumuzun Zümürxan kənd sakini Aslan Vəzirov Sovet İttifaqı qəhrəmanı kimi fəxri ada layiq görülmüşdür.
            Böyük Vətən Müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri misilsiz xidmətlər göstərmişdir. Müharibə dövründə SSRİ-də istehsal olunan neftin 90 faizi Bakının payına düşürdü, hərbi texnikanbın çox böyük əksəriyyəti Bakı nefti ilə hərəkət edirdi.
           Keçən əsrin 90-cı illərində Azərbaycanın həmin dövrdəki səriştəsiz rəhbərləri tərəfindən faşizm üzərində tarixi qələbənin üzərinə qara ləkə salmağa cəhd edilmişlər. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımız üçün böyük itkilərə səbəb olmuş bu müharibənin veteranlarına diqqət və qayğı bərpa edilmiş, haqq-ədalət öz yerini tapmışdır.
            Bu gün Böyük Vətən Müharibəsi əlillərinə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən daima diqqət və qayğı göstərilir.        
            Müharibə iştirakçıları maüharibə xatirələrini bölüşmüş,  ölkə Prezidenti cənab İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər