Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar möhtəşəm tədbir keçirilmişdir.

10 may 2019 | 16:00
Bərdədə     xalqımızın ümummilli lider Heydər Əliyevin 96-ci ildönümünə həsr edilmiş möhtəşəm tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 96-ci ildönümü  ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,  ictimaiyyət nümayəndələri olmaqla bərdəlilər axın-axın gələrək Bərdə şəhərinin mərkəzi meydanında  ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
        Tədbir  Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.
         Tədbirdə   rayon İcra Hakimiyyətinin başçısı   Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanın bugünkü möhtəşəm uğurlarına görə ulu öndər Heydər Əliyev ideyalarına borcludur və minnətdardır.
        Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə rayonun incəsənət xadimləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdən sonra məktəbliərin hazırladığı   ulu öndər  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə hazırlanmış sərgiyə baxlmış, rayon Ağsaqqallar Şurasının xəttilə rayonun tanınmış adamları  tərəfindən məktəbliləörə 3 min ədəd kitab paylanmışdır.  Tədbir  musiq və rəqs ilə müşayiət olunmuşdur. 
Keçidlər