Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən ilk könülllərin Sertifikatları təqdim edilmişdir.

21 may 2019 | 16:00
Bərdə Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə  Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqi işiaparılmış və nəticə olaraq  ilk könüllülərə  iki aylıq fəaliyyətlərindən sonra     rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  Sertifikatlar təqdim edilmişdir.
İlk könüllülərə Sertifikatların təqdimedilməsi zamanı rayon İcra Hakimiyyyətinin başçısı V.İ.İsayev  könüllü gəncləri təbrik edərək  könüllüllük hərəkatının əhəmiyyətindən danışmış,  onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Keçidlər