Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.

14 iyun 2019 | 16:00
        Bərdə rayonunun Mərkəzi meydanında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
        Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
        Rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev   tədbiri açaraq   ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmış, o zaman ölkədə baş verən hadisələri bir daha xatırlatmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
   Tədbir  Regional Bərdə Mədəniyyət idarəsinin təşkil etdiyi   konsert proqramı ilə davam etdirilmişdir.
Keçidlər