Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə idmançılarla görüş keçirildi.

20 iyun 2019 | 16:00
Bərdə Rayon İcra Hakimiyyətində 2019-cu ilin I yarımili ərzində idman sahəsində yüksək nəaliyyətlər əldə etmiş idmançıların və onların məşqçilərinin rayon rəhbərliyi ilə görüşü keçirilmişdir. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli son yarım ildə rayon gənclərinin əldə etdiyi uğurlar barədə məlumat verdi. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illərdə ölkəmizdə idman sahəsinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışdı və qeyd etdi ki, məhz bunun nəticəsidir ki, idmançılarımız olimpiyadalarda, Dünya və Avropa çempionatlarında ,beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər.Sevindirici haldır ki, rayonumuzun gənc idmançıları da idmanın müxtəlif növlərində yüksək nəaliyyətlər əldə etmişdir. Rayon rəhbəri idmançıları və məşqçilərı təbrik etmiş, uğurlar arzulamışdır. Karate, cyutaido, kunq fu-sanda, kikboksinq idman növü üzrə yüksək nəaliyyət əldə etmiş 19 idmançı və 5 məşqçi Bərdə rayon Gənclər və İdman idarəsinin xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Yekunda xatirə şəkili çəkdirilmişdir.
Keçidlər